“Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yaxın gələcəkdə mümkün görünmür”.
Bunu “Ermənistanın Avropalı Dostları” təşkilatının təşkil etdiyi “Avropada qaçılması mümkün olan növbəti müharibə: Dağlıq Qarabağ” mövzusunda keçirilən konfransda alman politoloqu Kristian Kolter bildirib.
Politoloq münaqişənin həlli ilə bağlı nikbin olmadığını vurğulayıb: “Dağlıq Qarabağda vəziyyət hazırda stabildir. Ancaq müharibə riski var”.
İşğal olunmuş Azərbaycan torpaqlarında aeroportun tikilməsi ilə bağlı yaranan vəziyyətə toxunan politoloq Azərbaycan tərəfinin effektiv antitəbliğat apardığını qeyd edib.
Alman politoloqun fikrincə, Azərbaycanda hakimiyyət dəyişikliyi olacağı təqdirdə belə, Qarabağ münaqişəsinin həlli ilə bağlı indiki mövqe dəyişməyəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?