GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Onu bağışlamaq olarmı?

Onu bağışlamaq olarmı?

Tarix: 12-10-2015, 13:44 Bölmə :Manşet Baxış: 0
Onu bağışlamaq olarmı?

Ziya Məmmədovun vurulmasının səbəbləri

Son aylarda nəqliyyat naziri Ziya Məmmədovun “vurulması” prosesi sürətlənib. Nazirin səlahiyyətləri bir-bir əlindən çıxır. Hətta vaxtı ilə onun əleyhinə bir cümlə olsun belə yazmayan, iqtidarın nəzarətində olan mətbuat orqanları da artıq nəqliyyat nazirini hədəfə alıblar.

Z.Məmmədovun YAP-dan deputat olan qardaşı Elton Məmmədovun hakim partiya tərəfindən noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olaraq irəli sürülməməsi də bir çox mətləblərdən xəbər verdi. Bu açıq şəkildə Məmmədovlara bir mesaj idi.

Belə şayiələr gəzir ki, nəqliyyat nazirinin sonunu gətirən hadisə Avropa Oyunları öncəsi baş verib. Yarışa bir gün qalmış, “Atletlər kəndi”ndə baş vermiş məlum qəza və idmançıların xəsarət almasını Z.Məmmədovun sonu hesab edənlər çoxluq təşkil edir. Amma bir səhvlə nəqliyyat nazirinin “vurulması” heç kəsə inandırıcı gəlmir. O zaman bir sual da yaranır: Ziya Məmmədovun suçu nədir?

Məsələ burasındadır ki, hakimiyyətin öz kadrlarına qarşı yürütdüyü siyasətdə görünən və görünməyən tərəflər var. Təbii ki, bunu hakimiyyətdaxili yüksək dairələrdə təmsil olunanlar daha yaxşı bilirlər. Cəmiyyətlə məsələnin görünən tərəfindən çıxış edərək deyə bilərik ki, Ziya Məmmədovun rəhbərlik etdiyi strukturla bağlı cəmiyyətdə böyük narazılıq var. Nəqliyyat sahəsində milyardlarla vəsaitin xərclənməsinə rəğmən, hələ də nəqliyyat sistemi acınacaqlı durumdadır. Nəqliyyat işçiləri intizamsız, kobud davranışlarla nazirliyi cəmiyyətə tanıdırlar. Nəqliyyat müfəttişlərinin küçənin ortasında sürücülərlə kobud davranışları böyük narazılıqlarla qarşılanır. Proses səngimək əvəzinə, getdikcə daha pis şəkil almağa başlayır. Hakimiyyətin yüksək dairələri bundan xəbərsiz deyillər.

Digər tərəfdən belə fikirlər də var ki, Z.Məmmədov Rusiyaya bağlı bir şəxsdir. Bəllidir ki, hakimiyyət iqtisadi yöndə müəyyən səhvləri bağışlaya bilir. Amma siyasi yöndə hər hansı bir xəyanət olanda, bunu özü üçün təhlükə sandığına görə, qətiyyən bağışlamır. Ziya Məmmədov isə deyilənlərə görə, Rusiyaya bağlı şəxsdir. Onun Rusiya hakim dairələri ilə əlaqələrinin olması da təkzibedilməzdir. 2013-cü il “Milyarderlər İttifaqı”nın yaradılması, onun təşəbbüskarı olan insanlarla Ziya Məmmədovun münasibətlərinin olması barəsində də konkret informasiyalar var. Ola bilsin ki, o zamandan hakimiyyətin ona qarşı münasibəti dəyişib.

Beləliklə, bu məsələnin arxasında müəyyən siyasi faktorlar dayanır.

Onu da qeyd edək ki, eyni proseslər vaxtı ilə Fərhad Əliyevlə bağlı baş vermişdi. 2005-ci ilin fevralında onun sənaye ilə bağlı səlahiyyətləri əlindən alınaraq, Energetika Nazirliyinə verildi. Sənaye və Energetika Nazirliyi yaradıldı. Onun ən böyük səlahiyyəti olan Özəlləşdirmə Departamenti İqtisadi-İnkişaf Nazirliyinin tabeliyindən çıxarıldı, müstəqil quruma çevrildi. Ardınca Fərhad Əliyev həbs olundu və şirkəti əlindən alındı. İndi eyni situasiya ilə Ziya Məmmədov üzləşib. Avtovağzal və dəmiryolu onun nəzarətindən çıxarıldı, bir sıra səlahiyyətləri ASAN Xidmətə verildi. Sürətlə bu şəxs səlahiyyətlərini itirir. O vaxt Fərhad Əliyev də həbs olunanda, dövlət çevrilişi etmək cəhdində ittiham olundu. Sonradan korrupsiya ittihamı üzrə cəza aldı. Fərhad Əliyevin şəxsi ambisiyaları var idi. Baş nazir olmaq iddiasında idi. Amma Ziya Məmmədovla bağlı bunları demək çətindir. Amma faktiki olaraq, hazırda Ziya Məmmədov formal bir nazirə çevrilib. Sənaye və Energetika Nazirliyi kimi, məhdud səlahiyyətli bir quruma rəhbərlik edir.

Nazirin başının üstünü qara buludlar almasının bir səbəbi də deyilənlərə görə, onun ötən prezident seçkiləri ərəfəsində Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov arasında olan sıx təmaslardır.

Nəqliyyat nazirinin Kremlin xeyir-duası ilə Moskvada yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATI) rəhbəri A.Abbasovla əlaqələrinin olduğu yeni fakt deyil. Amma indi əsas xəbərlər ondan ibarətdir ki, hakimiyyətə qarşı sərt üslub seçən, iqtidar təmsilçilərini “tezliklə gedəcəklər” kimi ifadələrlə hədələməkdən belə çəkinməyən Abbas Abbasovun nəqliyyat naziri ilə o zamankı telefon əlaqələri deşifrə olunub. Yəni Məmmədovların qürubunun əsas səbəbi olaraq onların hakimiyyətə qarşı dönüklüyü göstərilir.

Bu barədə yayılan xəbərlərdə bildirilir ki, Abbas Abbasov Rusiyada yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATI) əsas memarlarından biri sayılırdı. Bu ittifaqın yaranma səbəbi isə onun vasitəsilə Moskvanın ölkəmizin iç işlərinə siyasi müdaxiləsi olaraq göstərilirdi. Məhz bu səbəbdən Ziya Məmmədovun həmin siyasi baxımdan gərgin aylarda, Abbas Abbasovun Rusiya hakimiyyətinin siyasi maraqları prizmasından çıxış etdiyi və iqtidar içindəki bəzi dairələrə davamlı tənqidi ismarışlar göndərdiyi dövrdə birbaşa təmas qurması suallar yaradır. Bildirildiyinə görə, nəqliyyat nazirinin sabiq baş nazir müavini ilə həmin təmasları deşifrə edilib və elə bu səbəbdən də hazırda Məmmədov hakimiyyət daxilində olduqca çətin anlar yaşayır.

Onu da qeyd edək ki, bir müdət öncə belə iddialar da dolaşırdı ki, RATİ-nin aparıcı simalarından biri “AST” şirkətlər qrupunun rəhbəri Telman İsmayılovdur və onunla Ziya Məmmədovun dostluq münasibətləri var. Eyni zamanda onların ortaq biznesinin olduğu da bildirilirdi. İddia edilirdi ki, Telman İsmayılovla dostluq Ziya Məmmədovla RATİ-nin sədri olmuş baş nazirin sabiq müavini Abbas Abbasov arasında da isti münasibətlər yaradıb. Sonradan isə Məmmədov artıq Abbasovla birbaşa təmaslara keçib, onunla telefon bağlantıları quraraq hansısa dialoqdan çəkinməyib.

Başqa bir xəbərə görə isə nəqliyyat nazirinin deputat qardaşı Elton Məmmədov Çeçenistanda biznes qurub. Onun bunu nazir qardaşından xəbərsiz etdiyini düşünmək sadəlövhlük olardı. Hazırda Məmmədovlarla Çeçenistan prezidenti Ramzan Kadırov arasında yaxşı işgüzar münasibətlərin olduğu bildirilir.

Ramzan Kadırovun isə Rusiya prezidenti Vladimir Putinlə hədsiz dərəcədə yaxınlığını bilməyən yoxdur. Kadırov Kremlin sahibinə hədsiz sədaqəti ilə bilinir və qeyd olunur ki, bu səbəbdən Putin ona yüksək etimad göstərir. Məmmədovların Çeçenistana sərmayə yatırmaları isə onların Kadırov vasitəsilə Putinlə yaxınlaşmaq cəhdlərinin təzahürü kimi dəyərləndirilir.

Beləliklə, bütün bu iddialardan görünən budur ki, nəqliyyat nazirinin Kremllə və ona yaxın olan Abbas Abbasovla sıcaq ilişgilər qurmaq üçün kifayət qədər cəhdləri və səyləri olub. İstisna deyil ki, Məmmədovların özləri və biznesləri ətrafında son aylarda cərəyan edənlər də məhz belə səylərin və cəhdlərin deşifrə edilməsi ilə birbaşa bağlıdır.

Bu informasiyaların məhz indi ortaya çıxması da təsadüf deyil. Çünki Məmmədovlar indi barələrində yazılan yazılara “bizi gözləri götürmür” deyə don geyindirirlər. Bununla da əslində hakimiyyətin gözündən və inamından düşdüklərini ört-basdır etmək istəyirlər. Amma bu xəbərin indi yayılması Məmmədovların sonunu gətirən qərarın yaxın günlərdə verilə biləcəyinə işarədir.

Qeyd edək ki, vaxtilə nazir Heydər Babayevin vurulmasının səbəbləri barədə də dəfələrlə yazılıb. İqtisadi inkişaf naziri vəzifəsini daşıyan H.Babayev öz ad günündə, yumşaq desək, ailədaxili söhbətləri çölə çıxarmışdı. Nəticədə prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibi təsdiqlənərkən o, “göyərtə”dən kənarda qaldı. Z.Məmmədovun vurulmasının səbəblərinə gəlincə isə görünən odur ki, nazirin hakimiyyətdə təmsil olunan qanadlarla eyni regiondan olmaması da onun hədəfə çıxmasında böyük rol oynayıb. Digər tərəfdən, nazirin böyük tikinti layihələrinin gerçəkləşməsi zamanı külli miqdarda “qənaət”i ustalıqla özününküləşdirə bilməsi nəzərlərdən yayınmayıb. Nəhayət, nazirin şərti adı “Salyan qruplaşması” olan bir klana daxil olmasını da onun barəsində qərar verilməsinə əsas saymaq olar.

Artıq nazirə yaxın şəxslər belə onun tezliklə yola salına biləcəyini istisna etmirlər. Belə ki, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da bu yaxınlarda bunu etiraf edib. O, ilk növbədə Sabir Rüstəmxanlı və özünün deputatlığa namizəd ola bilməməsini qabardıb və bunu bilavasitə Ziya Məmmədov ətrafında gedən proseslərlə bağlı olduğunu bildirib. Tənzilə Rüstəmxanlı deyib ki, həyat yoldaşı Sabir Rüstəmxanlının bu ilki seçkilərdə iştirakı əngəllənəndən sonra hər bir Azərbaycan vətəndaşı kimi o da millətinin səsi olmaq üçün bu marafona qoşulub və Sumqayıt 42 saylı ikinci seçki dairəsindən MM-ə namizədliyini irəli sürüb: “Mən ilk dəfə 2005-ci ildə seçkilərə qatılmışdım və çox uğurlu bir seçki kampaniyası aparmışdım. O zaman seçkilər daha

demokratik keçirdi və hər hansısa bir əngəllə qarşılaşmamışdım. Sadəcə olaraq, bir evdən iki namizəd olmasın deyə, geri çəkilmişdim. Deməyim odur ki,mənim bu sahədə yetərincə təcrübəm var və qanunları yaxşı deyil, çox yaxşı bilirəm. Bilmədiyim isə oyunun yazılmamış qaydalarıymış ki, onu da bu seçki marafonu başlamamış önümə çəkilən əngəllər sayəsində öyrənmiş oldum. Təfərrüat qoy məndə sirr olaraq qalsın. Hər şər görünəndə xeyir, xeyir kimi görünəndə isə şər var. Bəlkə də dostlarım çox üzüldü, ancaq mən bu oyundan xeyirlə çıxdım”.

T. Rüstəmxanlı son günlər Nəqliyyat naziri Ziya Məmmədovla qohum olduqlarına dair yayılan məlumatlara da aydınlıq gətirib: “Bu günlərdə barəmizdə aparılan çirkin kampaniyalardan biri də nəqliyyat naziri Ziya Məmmədovla qohumluq əlaqəmizdir. Biz türk ailəsiyik və türk adət-ənənəsinə görə, ailə qurularkən qohumlar seçilmir. İki gənc bir-birini sevib, evləniblər. Bir şəxs vəzifədəykən onunla qohum olmağı şərəf sayıb, “vuruldu” şayiəsi çıxar-çıxmaz qohumluqdan vaz keçənlər də, bizi özləri ilə qarışdırmasınlar. Bəli, Ziya Məmmədovun qardaşı İldırımın qızı mənim gəlinimdir. Hər kəs bilsin ki, istənilən məqam-vəzifənin gözümdə qızımdan ayırmadığım gəlinimin və nəvəm Mələyin dırnağı qədər dəyəri yoxdur! Bu qədər çirkinləşməyin”.

Sonda onu da qeyd edək ki, Nəqliyyat nazirinin vurulmasının əsas səbəblərindən biri də digər nazirlərdən fərqli olaraq, onun ciddi şəkildə korrupsiyaya qurşanmasına rəğmən, cahabdeh olduğu sahədə hec bir ciddi iş görə bilməməsidir. O, bu sahədə problemləri həll etməklə deyil, yeni-yeni problemlər yaratmaqla məşğul olub ki, bu da hakimiyyətin nüfuzuna ziyan vurub. Halbuki digər nazirlər də dövlət vəsaitlərini mənimsəyirlərsə də, müəyyən işlər də görürlər. Ən azı onların cavabdeh olduğu sahələrdə nizam-intizam var, bir sıra uğurlu layihələr həyata keçirilib. Ziya Məmmədovun əksər layihələri isə külli miqdarda dövlət vəsaitinin talan olunmasına hesablanıb. Əvəzində hec bir iş görülüməyib, çəkilən yollar dağlıb, alınan avtobuslarin bir neçə aydan sonra tamamilə keyfiyyətsiz olduğu üzə çıxıb, nəqliyyatın idarəetmə sistemi özünü doğrultmayıb və bununla da yüz milyonluq layihələrin fiaskoya uğradığı bəlli olub.

Ancaq vaxt vardı ki, nazirin övladının gözünü pul elə tutmuşdu ki, hamıya meydan oxuyurdu. Belə ki, “ZQAN Holdinq”in İdarə Heyətinin sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov “Gündəm Xəbər” qəzetinə qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdı. İddiaya qəzetdə dərc olunan “Nazir oğlu ölkənin dəmiryol nəqliyyatını ələ keçirir” başlıqlı məqalə səbəb olmuşdu. O zaman “Gündəm Xəbər” qəzeti Anar Məmmədovun iddiası üzrə 10 min manat cərimə edilmışdi.

Amma biz o zaman bu haqsızlıqa etiraz edəndə heç kim səsimizi eşitmirdi. Haqlı olsaq belə. Bu gün isə Ziya Məmmədov və onun ətrafının səsi, yalvarışları ölkə rəhbərliyi tərəfindən eşidilmir. Bizdən fərqli olaraq, Ziya Məmmədov haqsızdır. O, korrupsiyaya qurşanmaqla bağlı həm də xəyanətə bərabər siyasi səhvə yol verib. Bu səhv isə bağışlanmayacaq.

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib

    Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib ...

    15-09-2016, 16:50

  • 
  • Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... - Atası ilə əlaqədar problemlərlə bağlı...

    Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... ...

    28-09-2015, 12:50

  • 
  • Ziya Məmmədovun qardaşı: "...yəqin namizədliyimi verəcəm"

    Ziya Məmmədovun qardaşı: "...yəqin ...

    19-09-2015, 14:08

  • 
  • Ziya Məmmədovun qoçuları qəza törətdi

    Ziya Məmmədovun qoçuları qəza törətdi ...

    22-01-2015, 23:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu