GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Zəbt olunmuş torpaqlarla bağlı günah kimə yazılacaq

Zəbt olunmuş torpaqlarla bağlı günah kimə yazılacaq

Tarix: 6-11-2015, 13:55 Bölmə :Manşet Baxış: 0
Zəbt olunmuş torpaqlarla bağlı günah kimə yazılacaq

Hacıqabulda torpaqları zəbt olunan vətəndaşlara məhkəmə pul ayırdı, hələ də ödəniş edilməyib

Dövlət Neft Şirkəti ilə vətəndaşlar arasında torpaq mübahisəsi əsas problemlərdən biri olub. Belə problemlərdən əsasən neft şirkətinin vətəndaşların torpaq sahələrindən qanunsuz olaraq kəmərlərin çəkilməsi mübahisəli məsələyə çevrilib. Vətəndaşın mülkiyyətində olan torpaq sahələrində iş görsələr də, bu barədə vətəndaşa vaxtından əvvəlb məlumat belə vermirlər.

Hacıqabul rayon sakinləri Yusif Novruzov, Abbas İsmayılov, Zəfər Həsənov, Əliheydər Hüseynov, Mehdi İsmayılov, Fazil Piriyev, Qızbacı Piriyeva, Vahid İbrahimov, Rafiq Piriyev, Əli Piriyev, Həzi Gözəlov və Əliseyran Piriyev Hacıqabul Rayon Məhkəməsinə müraciət ediblər.

Onlar iddialarını belə əsaslandırıblar ki, Hacıqabul rayonu, Rəncbər kəndinin sakinləri olub, torpaq mülkiyyətçisi olaraq müvafiq hakimiyyət orqanlarının qanuni əsaslarla onlara ayırdığı və mülkiyyətlərinə verilmiş torpaq sahələrindən istifadə hüquqlarından qanunsuz olaraq məhrum ediliblər. Əvvəllər Rəncbər Kolxozunun istifadəsində olan torpaq sahələri onlara Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 5 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı əsasında verilib.

Vətəndaşların nə qədər torpaqları zəbt edilib?

Torpaq sahələrinin mülkiyyətə verilməsinə dair müvafiq Dövlət Aktı təqdim edildikdən sonra onlar həmin torpaq sahəsindən təsərrüfat məqsədi ilə istifadə ediblər. 2008-ci ilin oktyabr ayından başlayaraq həmin torpaq sahələrinin bir hissəsi faktiki olaraq özgəninkiləşdirilib.

Torpaqların dövlət ehtiyacları üçün istifadayə götürülməsinə baxmayaraq mülkiyyətçilər olaraq onlara əvvəlcədən hər hansı xəbərdarlıq olunmayıb. Bu baxımdan onlara məxsus torpaqların özgəninkiləşdirilməsi və ya yüklü edilməsi bəlli deyil. Mülkiyyətlərində olan torpaq sahələrində Qalmaz-47-ci km. Qazıməmməd Yüksək

Təzyiqli Magistral Qaz Kəmərinin tikintisi həyata keçirilib. Bu tikinti artıq başa çatıb və həmin kəmər istismar olunur.

Bununla belə kəmərin keçdiyi zolaqda və mühafizə zonasında tərəflərindən hər hansı təsərrüfat işlərinin görülməsinə icazə verilmir.

Qaz kəmərini çəkilməsi ilə əlaqədar onlaraq Yusif Novruzova məxsus olan torpaq sahəsinin 2,7 ha (2700 kv.m) hissəsi, Abbas İsmayılova məxsus olan torpaq sahəsinin 0,18 ha (1800 kv.m) hissəsi, Zəfər Həsənova məxsus olan torpaq sahəsinin 2,37 ha (23700 kv.m) hissəsi, Əliheydər Hüseynova məxsus olan torpaq sahəsinin 2,8 ha (28000 kv.m) hissəsi, Mehdi İsmayılova məxsus olan torpaq sahəsinin 0,36 ha (3600kv.m) hissəsi, Fazil Piriyevə məxsus olan torpaq sahəsinin 2,72 ha (27200 kv.m) hissəsi, Qızbacı Piriyevaya məxsus olan torpaq sahəsinin 2,32 ha (23200 kv.m) hissəsi, Vahid İbrahimovə məxsus olan torpaq sahəsinin 0,63 ha (6300 kv.m) hissəsi, Rafiq Piriyevə məxsus olan torpaq sahəsinin 0,78 ha (7800 kv.m) hissəsi, Rasim Piriyevə məxsus olan torpaq sahəsinin 1,67 ha (16700 kv.m) hissəsi, Həzi Gözəlova məxsus olan torpaq sahəsinin 1,53 ha (15300 kv.m) hissəsi və Əliseyran Piriyevə məxsus olan torpaq sahəsinin 0,17 ha (1700 kv.m) hissəsi zəbt olunub.

Cavabsız müraciətlər və məhkəmə qərarı

Iddiçılar hesab edib ki, tkintini Azərbaycan Dövlət Neft Şirkəti həyata keçirib. Tikintiya başlanan zaman mülkiyyətçilərə heç bir xəbərdarlıq edilməyib. Hətda mülkiyyətçilərin tikintinin kim tərəfindən və hansı məqsədlə aparılması ilə bağlı tikinti icraçlarına edilmiş şifahi müraciətlərinə də hər hansı cavab verilməyib. Bundan sonra mülkiyyətçilər və ya onları təmsil edən şəxslər müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətlər ünvanlayıblar. Müraciətlərə və şikayətlərə verilən cavablar isə əksər halda məntiqsiz və hər hansı qanuna söykənməyən cavablar olub.

Onlarla eyni vəziyyətdə olan digər həmkəndliləri Hacıqabul Rayon Məhkəməsinə Azərbaycan Dövlət Neft Şirkətinə qarşı iddia qaldırıblar.

Məhkəmənin gedişində Dövlət Xəritəçəkmə Komitəsi və Maliyyə Nazirliyi də cavabdeh qismində tanınıblar.

Torpaqları zəbt olunan vətəndaşlara nə qədər kompensasiya ödəniləcək?

Göstərilənləri nəzərə alaraq Novruzov Yusif Yusif oğluna 7020, İsmayılov Abbas Əli oğluna 468, Həsənov Zəfər Səbzalı oğluna 6162, Hüseynov Əliheydər Hüseyn oğluna 7280, İsmayılov Mehdi Əli oğluna 936, Piriyev fazil Balacan oğluna 7072, Piriyeva Qızbacı Aslan qızına 6032, İbrahimov Vahid Tofiq oğluna 1638, Piriyev Rafiq İslam oğluna 2028, Piriyev Rasim Əli oğluna 4342, Gözəlov Həzi Abdul oğluna 3978 və Piriyev Əliseyran İslam oğluna 442 məbləğində pulun cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiz ediblər.

İddia təmin edilib və həmin Hacıqabul Rayon Məhkəməsinin qətnaməsini Apelyasiya məhkəməsi və Ali Məhkəmə qüvvəsində saxlayıb.

Maliyyə Nazirliyinin nümayəndəsi Vüqar İbrahimov bildirib ki, Hacıqabul Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilib. O, qeyd edib ki, buna görə də həmin qəbul edilən qətnamə ləğv edilməlidir: “Belə ki, iddiaçılar qaz boru xəttinin keçdiyi torpaq sahəsinin onların mülkiyyətində olduğunu qeyd etsələr də, bu faktı tutarlı sübutlarla əsaslandıra bilməyiblər. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Resoublikasının Qanuna əsasən daşınmaz əmlakın mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüynün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması, təsdiq edilməsi barədə hüquqi aktdır. Təsadüfi deyildir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikasının bəz iqanunvericilik aktlarına dəyişikliklər və əlavələr

edilməsi barədə” 21 aprel 2006-ci il tarixli Qanunun “Torpaq islahatı haqqında” Qanunda dəyişiklik edilərək, həmin Qanuna əlavə edilən “Torpağa mülkiyyət hüququna dair Dövlər Aktı”nın nümunəsi ləğv edilib. Lakin idiaçı tərəf torpaq sahələrinin onların mülkiyyətində olmasını təsdiq edən sənədi, yəni dövlət reyestrindən çıxarışı məhkəməyə təqdim edə bilməyiblər”.

İki iddia və fərqli qərarlar

Nümayəndənin sözlərinə görə, məhkəmə qətnaməsində hazırlı iddiaçılarla eyni vəziyyətdə olan həmkəndlilərinin iddialarının Hqacıqabul Rayon Məhkəməsinin qətnaməsi ilə təmin oluduğu qeyd edilib. Onun sözlərinə görə, Şirvan Apelyasiya Məhkəməsinin 5 may 2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb, Hacıqabul Rayon Məhkəməsinin 30 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçılar Gülsüm Məmmədovanın və digər şəxslərin iddiası təmin edilməyib: “Bu işdə olan iddaçı Yusif Novruzovda Gülsüm Məmmədova və digər şəxslərin iddiası üzrə sənədlərdə adı keçib. Həmin qətnamədə göstərilib ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi Salyan Regional Torpaq Kadastrı Mərkəzinin mütəxəssisləri tərəfindən Rəncbər kəndində sözügedən qaz xəttinin kordinatları GPS avandanlığı vasitəsi ilə yerində müəyyən edilib və həmin qaz xəttinin iddiaçıların pay torpaqlarının üzərinə düşmədiyi aşkar olunub. Eyni zamanda adıçəkilən analoji iş üzrə təyin edilmiş 30 yanvar 2014-cü il tarixli ekspertiza rəyi ilə müəyyən olunub ki, qeyd olunan borunun tikintisi və istismarı torpaqlardan təsərrüfat məqsədilə istifadə etməyə mane olmur. Göründüyü kimi məhkəmə tərəfindən işin ətraflı araşdırılmayıb, ekspertizanın keçirilməməsi, habelə aidiyyəti qurumların rəyinin öyrənilməməsi nəticəsində mövcüd qanunvericilik aktlarına zidd, analoji iş üzrə çıxarılmış məhkəmə qərarında təsbit olunmuş hallarla uzlaşmayan qərar qəbul edilib”.

Vətəndaşın pulunu kim ödəməlidir:

Vüqar İbrahimov daha sonra qeyd edib: “İşin halları Yusif Novruzova münasibətdə qiymətləndirilərkən isə nəzərə alınmalıdır ki, MPM-nin 82.3-cü maddəsinin tələblərinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə mimiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sadalanan hallardan məlum olur ki, məhkəmə qeyd olunan torpaqla bağlı hüquqların məhdudlaşdırılması faktını lazımi sübutlarla əsasladıra bilməyib. Digər tərəfdən iş materiallarında ziyan vuran təşkilat kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin adı çəkilir. Bununla əlaqədar qeyd edilir ki, Mülki Məcəllənin 157.9-cu maddəsinin və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.1-ci maddəsinin tələblərinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlik elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına dövlət ehtiyacı hesab edilir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən isə kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Qanunvericiliyin tələblərindən aşkar şəkildə göünür ki, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyət sahiblərinə kompensasiya torpağın alınması zəruri edən layihənin hyesabına ödənilir. Buna görə də iddia əsaslı hesab olunduğu halda belə məhkəmə tərəfindən iddia tələbinə, o cümlədən ziyanın ödənilməsi ilə bağlı məsələyə dövlət büdcəsinə deyil, Dövlət Neft Şirkətinə münsibətdə baxılmaqla qərar qəbul edilməli idi. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844 nömrəli Fərmani ilə təsdiq edilmiş “Dövlət Neft Şirkətinin Nizamnamə”sinin 1.6-cı bəndinə əsasən Şirkətin qanunvericiliyə müvafiq olaraq öz adından və digər hüquqlar əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və\ cavabdeh kimi çıxış etmək hüquqları var. Həmin Nizamnamənin 1.7-ci maddəsinə əsasən isə şirkət öhdəliklərinə görə onun sərəncamında olan əmlaka cavabdehdir. Şirkət dövlətin öhdəliklərinə görə cavabdeh deyil, dövlət də qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, şirkərin öhdəliklərinə görə cavabdeh deyil”.

Vüqar İbrahimov əlavə edib ki, Dövlət Neft Şirkəti dövlət orqanı olmadığından məhkəmə iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməyib. O, qeyd edib ki, Hacıqabul Rayon Məhkəməsinin24 dekabr 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini Şirvan Apelyasiya Məhkəməsindən xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsinin hakimi Tofiq Heydərovun sədrlik etdiyi kollegiyada Maliyyə Nazirliyinin apelyasiya şikayətinə baxılıb. Hakim heyəti nazirliyin şikayətinə müsbət cavab verməyib. Şirvan Apelyasiya Məhkəməsindən bildiriblər ki, Hacıqabul Rayon Məhkəməsi vətəndaşların xeyrinə haqlı olaraq qətnamə qəbul edib. Şirvan Apelyasiya Məhkəməsidə 23 iyun 2015-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. Məhkəmədən onu da bildiriblər ki, qətnamə də vətəndaşlara dəymiş ziyanla bağlı kompensasiyanın ödənilməsi icraya yönəlməyib. Buna səbəb isə Maliyyə nazirliyinin Ali Məhkəməyə kasasiya şikayəti verməsi olub. Ali Məhkəmədən isə bildiriblər ki, yaxın vaxtlarda kasasiya şikayətinə baxılacaq.

Hacı Zeynalov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərenerjinin  prezidenti   Xaçmaz  rayon Xanliqoba kəndinin 600 sakinin torpaq payını zəbt edib-VİDEO SUJET

    Azərenerjinin prezidenti Xaçmaz rayon Xanliqoba ...

    27-05-2013, 09:52

  • 
  • Rəfael Piriyev Fransada özünü doğradı

    Rəfael Piriyev Fransada özünü doğradı ...

    2-12-2019, 11:00

  • 
  • Beyləqanda torpaq üstündə kütləvi dava: Xəsarət alanlar var

    Beyləqanda torpaq üstündə kütləvi dava: Xəsarət ...

    13-05-2017, 17:53

  • 
  • Azərbaycanlı iş adamı həbs olundu

    Azərbaycanlı iş adamı həbs olundu ...

    12-05-2015, 21:46

  • 
  • Hacıqabulda ər arvadını qətlə yetirib, özünü güllələdi

    Hacıqabulda ər arvadını qətlə yetirib, özünü ...

    27-11-2015, 14:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu