APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Hacıqabul şəhəri Əlağa Vahid küçəsi -155 ünvanında qeydə alınıb.
Rayon sakini, 1953-cü il təvəllüdlü Hüseynov Əflan Gəncəli oğlu həyat yoldaşı, 1954-cü il təvəllüdlü Hüseynova Almaz Sabir qızına ürək nahiyəsinə bıçaqla vuraraq qətlə yetirib.
Bundan sonra Ə. Hüseynov özünü ov tüfəngi ilə vuraraq öldürüb.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?