GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ramiz Mehdiyevin siyasi portireti

Ramiz Mehdiyevin siyasi portireti

Tarix: 5-03-2013, 10:08 Bölmə :Manşet Baxış: 3 473
Ramiz Mehdiyevin siyasi portireti

Yaxud “boz kordinal” haqqında bilmədikləriniz

Məlum olduğu kimi, neçə müddətdir ki, «Gündəm Xəbər» qəzetinə qarşı süni əngəllər yaradılmaqdadır. Kimlərsə qəzetin susdurulması üçün çox ciddi çabalar sərf edir, qəzetə qarşı haqsız iddialar qaldırmaqla yanaşı, təsisçi Şirin Cəfəri ilə bağlı da cinayət məcəlləsinin vergidən yayınma maddəsi ilə qondarma cinayət işi məhkəməyə göndərilib. Biz qəzet olaraq bütün bu prosesin arxasında Prezident Adminstrasiyası və onun rəhbəri Ramiz Mehdiyevin durduğu qənaətindəyik. Çünki Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin başladığı istintaq Mətbuat Şurasının- PA şefinin kurasiyasında olan qurumun sifarişi ilə başlanıb.
Mətbuat Şurası və onun rəhbəri olan Ə.Amaşov bizim getdiyimiz yolda o qədər kiçik fiqurdur ki, bu an onu hədəf almağı hətta xırda xırda bildik. Ona görə başdan başladıq RAMİZ MEHDİYEVdən.

Rəsmi tərcümeyi hal

Ramiz Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra "Xəzər neftdonanma"nın idarəsinin gəmilərində maşinist işləmişdir. 1961-ci ildə S.M.Kirov adına ADU-nun tarix fakultəsinə daxil olur. 1965-ci ildə beşinci kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nin tələbə şöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür, 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləmişdir.
1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakultəsinin aspiranturasına daxil olur. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı disertasiyasını müdafiə edir. 1972-ci ildə ADU-nun elmi kommunizm kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir. 1974-cü ildə Azərbaycan KPMK-nın aparatında təbliğat təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur. 1976-cı ildə Azər.KPMK –nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunur.1978-ci ildə 26 Bakı komisarı RK-nə birinci katib seçilir. 1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir, 1981-ci ilin yanvarında isə Azərbaycan KPMK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edilir.1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyir. 1993-cü ildən fəlsəfə elmləri doktorudur. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Prezident aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edilir. 2009-cu ildən respublika Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəridir. Həqiqi Dövlət müşaviridir. 2001-ci ildə Nyu-York EA-nın üzvü seçilmişdir 100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlət, müasir Azərbaycan, dövləti və cəmiyyəinin inkişafı və s. mövzularla bağlı). 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilmişdir. 2008-ci ildə mart ayında "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" adlı yeni kitabı çapdan çıxıb.Bəli 1938-ci ilin 17 aprel tarixində. Həmin zamanlar ailə üzvləri ağıllarına belə gətirə bilməzdilər ki, bu balaca uşaq gələcəkdə kim olacaq? Günlər həftələri, həftələr ayları, aylar illəri qovdu. Mehdiyev Ramiz Ənvər oğlu böyüyərək Azərbaycan Dövlət Universiteti bitirdi və "Xəzərdənizneft" İdarəsində işə başladı.
Gənc Ramiz Mehdiyev sovetlər dövründə hakimiyyət nərdivanına necə dırmandı və ya Heydər Əliyev ona nəyə görə kömək etdi?
Qısa zaman kəsiyində Azərbaycan LKGİ MK-da təlimatçı, LKGİ Naxçıvan vilayət komitəsinin ikinci katibi, Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin kiçik elmi işçisisi, Azərbaycan Dövlət Universitetinin elmi kommunizm kafedrasının müəllimi olan Ramiz Mehdiyev hakimiyyət nərdivanının pillələrinə ayaq qoymağın vaxtının çatdığını qət etdi və sürətlə Azərbaycan KP MK-nın təbliğat və təşviqat, sonra elm və tədris şöbələrində, mühazirəçi, şöbə müdirinin müavini, 26 Bakı komissarı adına rayon partiya komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın elm və tədris şöbəsinin və təşkilat-partiya şöbəsinin müdiri oldu. Nəhayət o, 45 yaşında millətlərin həbsxanası sayılan sovetlər imreiyasının dönəmində öz kariyerasının ən yüksək pilləsinə çatdı. Daha dəqiqi 1983 –cü ildə Azərbaycan KP MK-nin katibi vəzifəsinə təyin olundu. Bu vəzifəyə gətirilməsində isə sözsüz ki, Heydər Əliyevin müstəsna xidməti olmuşdu. Heydər Əliyev Ramiz Mehdiyevin xarakterində xüsusi əhəmiyyət kəsb edən intriqantlığını, soyuqqanlı qəddarlığığını gördüyünə və nəhayət naxçıvanlı olduğuna görə ona çox kömək etdi. Bir sözlə onu məmur Ramiz Mehdiyev edən Heydər Əliyev idi.

İsa peyğəmbərin 13-cü həvarisi kimi Ramiz Mehdiyev büdrəyən kimi Heydər Əliyevi satdı

Lakin zaman sürətlə dəyişirdi. Kecmiş SSRİ-də və o cümlədən Azərbaycanda fırtınadan qabaqkı zaman - Qarbaçov zamanı başlamışdı. Sözsüz ki, Heydər Əliyevi neytrallaşdıran Qarbaçov onun kadrlarını da təmizləməyi qarşıya məqsəd qoymuşdu. Növbə Ramiz Mehdiyevə çatanda o İsa peyğəmbərin 13-cü həvarisinin yolunu tutdu. Yəni Vəzirov hakimiyyətə gələn kimi ilk plenumda Heydər Əliyevin və onun ətrafına qarşı çıxanlardan biri təəccüblü olsa da Ramiz Mehdiyev oldu. Heydər Əliyevin bunca yaxşılıqlarına rəğmən həmin tarixi plenumda Ramiz Mehdiyev mən «Heydər Əliyevin adamı olmamışam» fikirlərini işlətməkdən belə çəkinmədi. Amma Moskva hər şeyi əlinin içi kimi bilirdi və 1988-ci ildə Ramiz Mehdiyev KP MK-nin katibi vəzifəsindən çıxarıldı. Lakin Heydər Əliyevə qarşı dönüklüyü də nəzərə alındı və Mehdiyev 1988-ci ilin 1 iyun tarixində Azərbaycan Elmlər Akademiyasının ictimai-siyasi təvqiqatlar və informasiya institutuna şöbə müdiri təyin edildi. Maraqlı tərəf bundadır ki, 80-ci illərin sonu 90-cı illərin əvvəllərində imreriyanın çöküşü, dövlət sevrilişləri, milli hakimiyyət və yenidən hakimiyyət dəyişiklikləri baş versə də, Ramiz Mehdiyev bir gün də olsun işsiz qalmadı. Vəzirova yarınıb özünü qoruya bilən Ramiz Mehdiyev yerini yenicə rahatlamışdı ki, vəziyyət yenidən qarışdı. Bu dəfə hakimiyyətə Ayaz Mütəllibov gəldi.

Heydər Əliyev tərəfdarları YAP-ı yaradanda Ramiz Mehdiyev Ayaz
Mütəllibova Əmək Partiyası yaratmaq üçün yerlərdə özəklər təşkil edirdi


Ramiz Mehdiyev yenə də siyasi fəndlərini ustalıqla işə saldı və Ayaz Mütəllibova da «xod» tapdı. Ayaz Mütəllibovla görüşdən çıxdıqdan sonra Ramiz Mehdiyevin elə qəbul otağındaca «Heydər Əliyevi məhf etdim» «kəlamı» o zamanlar dillər əzbəri olmuşdu. Bu, o zamanlar idi ki, Heydər Əliyev tərəfdarları YAP-ı yaratmaqla məşğul idilər. Ramiz Mehdiyev isə Ayaz Mütəllibova Əmək Partiyası yaratmaq üçün yerlərdə özəklər təşkil edirdi. Beləliklə, Heydər Əliyevin komsomoldan qolundan tutub qabağa çəkdiyi Ramiz Mehdiyevin YAP-ın yaranmasında nəinki rolu oldu, əksinə həmin dönəmlər Mütəllibova partiya qurmaqla o alternativ düşərgədə yer aldı. Sonra AXC Elçibəyi hakimiyyətə gətirdi və bir ildən sonra Heydər Əliyev YAP-ı hakimiyyətə daşıdı. Bütün bu dönəmlərdə Ramiz Mehdiyevi akademiyadakı vəzifəsindən kimsə uzaqlaşdıra bilmədi və ya müxtəlif yollarla o postunu qorudu. Ramiz Mehdiyev həmin Ramiz Mehdiyevdir ki, Heydər Əlievin qardaşı akademik Həsən Əliyev öləndə onunla vida mərasiminə cəmi 50-60 adam gəlmişdi və dəvət edilsə də Mehdiyev mərasimə qatılmadı.

Ramiz Mehdiyevi Prezident Aparatına Rəsul Quliyev gətirdi

Bütün bunlara rəğmən nəhayət, 1994-cü ilin soyuq fevral ayının 4-də Rəsul Quliyev Heydər Əliyevin saqqızını oğruya bildi və Ramiz Mehdiyev Prezidentin icra aparatının ümumi şöbəsinə müdir təyin olundu. Məlumatlara görə Ramiz Mehdiyevin bu təyinatı üzərində Heydər Əliyev xeyli tərəddüd edib və Mehdiyevin üzüdönüklüyünü əhv etməyə gecdən-gec razılaşıb. Kifayət qədər təcrübəli və vurulmuş kadr olan Ramiz Mehdiyev bir daha belə şansın ələ düşməyəcəyini anlayaraq çox təmkinli və strateji xətt tutaraq işə başlayır. Necə deyərlər kəşfiyyatcılar iki dəfə səhv edir – bir peşəni secəndə, bir də ki, mina əlində partlayanda. Ramiz Mehdiyev bir dəfə xəyanət etmişdi, ikinci xəyanəti sezdirməmək ücün hiyləgər yol seçməyə məcbur qaldı. Bilirdi ki, yoxsa tamamilə məhv ola bilər. Xülasə, bir vaxtlar mərkəzi komitənin katibi olan Ramiz Mehdiyev indi yenə də anoloji postuna qayıdır və sadəcə adı dəyişən Prezident Aparatında görəv almaqla hakimiyyət tortundan yenidən dadmaq şərəfinə nail olur. Artıq kimsə Ramiz Mehdiyevi saxlaya bilməzdi və uzun illərin intriqantı daha yüksək səlahiyyətlərə doğru iddialanırdı. Bu iddialar, yuxusuz gecələrdə qurulan planlar, regionçuluq faktorundan yararlanıb edilən siyasi gedişlər Mehdiyevi arzu etdiyi pik nöqtəyə günü-gündən yaxınlaşdırırdı. Nəhayət, o gün yetişdi. Yenə də soyuq qış qünü və yenə də AzTV-nin xəbərlər proqramında oxunan prezident fərmanı. Bəli, 1995-ci ilin 7 fevral tarixində Ramiz Mehdiyev Prezidentin İcra Aparatının rəhbəri təyin edildi və bu günə qədər 18 ildir ki, qoca intriqant tutduğu postdan ikiəlli yapışıb, buraxmır. Ramiz Mehdiyev yaxşı anlayırdı ki, Rəsul Quliyev hakimiyyətdə ikinci adam olmaqla bərabər çox ciddi fiqurdur və onun yüksəlməsi məhz o vaxtın neft maqnatının dilindən keçir. Ona görə də Ramiz Mehdiyev Rəsul Quliyev üçün bütün xidmətləri etməyə hazır idi. Elə Rəsul Quliyev YAP-a rəsmən üzv qəbul olunanda da Ramiz Mehdiyevin etdiyi jest buna bariz nümunədir. Məhz Ramiz Mehdiyevin təkidi ilə YAP-ın idarə heyəti Rəsul Quliyevi partiyaya qəbul etmək üçün Milli Məclisə sonuncunun ayağına gətirildi. Sonra isə Rəsul Quliyevlə iki saat təkbətək söhbət edən Ramiz Mehdiyev analoqu olmayan bu siyasi gedişi ilə Milli Məclis sədrinə əsl “sədaqətini” nümayiş etdirdi. Maraqlıdır ki, bu günə qədər Ramiz Mehdiyev nə mətbuatda, nə də hansısa çıxışında Rəsul Quliyevə qarşı sərt ifadələr işlətməyib. Bu səbədəndir ki, Heydər Əliyev ölən günə qədər Ramiz Mehdiyevin Akademiyaya üzv olmasına imkan vermədi və bununla ona bir növ göz dağı verdi. Amma sovet namenklaturasının Azərbaycandakı sədaqətli fiquru sayılan Ramiz Mehdiyev Heydər Əliyev dünyasını dəyişəndən sonra nəinki akademiyaya üzv oldu, həttə cild-cild kitablar yazdırıb öz adına çıxdı. Hamı bilir ki, yazılan kitabların həqiqi müəllifi Ramiz Mehdiyev deyil.

Heydər Əliyev nəyə görə Ramiz Mehdiyevi “vurmadı”?

Heydər Əliyev zamanında daha çox regional mafiya babası obrazında olan Ramiz Mehdiyev bəzi niyyətlərini gerçəkləşdirə bilsə də, bəzi arzularını nəinki həyata keçirə bilir, əksinə üzə çıxarmağa ehtiyat edirdi. Çünki heç nəyi unutmayan Heydər Əliyev Mehdiyevin də keçmiş xəyanətlərini yadan çıxarmırdı. Və Mehdiyev üçün cızdığı sərhədi keçməyə ona imkan vermirdi. Tavət o vaxta qədər ki, Heydər Əliyevin səhhətində problemlər yarandı və bu da Ramiz Mehdiyevin xeyirinə işləməyə başladı. Eyni zamanda 90-cı illərin sonunda Əbülfəz Elçibəyin Kələkidən Bakıya qayıtması ilə müxalifətin dirçəlməsi və eyni zamanda Rəsul Quliyevin ADP-yə həmsədr keçməsi Ramiz Mehdiyev üçün manevr etmək və ekstremal vəziyyətlərdə intqiralardan doğan gedişlər həyata keçirməkdən ötrü münbit şərait yaratdı. Səhhətindəki problemlərlə əlləşən Heydər Əliyev istəməsə də məcbur qaldı ki, dövlət naminə Ramiz Mehdiyev üçün cızdığı sərhədləri bir qədər genişləndirsin. Ramiz Mehdiyev isə qarşıya qoyulan vəzifələri yerinə yetirməklə yanaşı özü üçün də lazım olan işləri görməyə başladı. İfrat dərəcədə regionçu mafiya babası olan Ramiz Mehdiyevin qarşısındakı ən böyük maneyə əlbəttə ki, hakimiyyətdə təmsil olan Qərbi Azərbaycanlılar və Yeni Azərbaycan Partiyasını yaradan – Əli İnsanov, Sirus Təbrizli, Rafael Allahverdiyev, Əli Nagıyev, Murtuz Ələsgərov və onlarla bu kimi insanlar idi. Qərbi Azərbaycanlılara pataloji nifrət edən və klassik YAP-çılara qısqançlıqla yanaşan Mehdiyev o qədər də çox olmayan zaman kəsiyində xeyli opponentini neytrallaşdıra bildi. Heydər Əliyev nə qədər səhhətində problemlər olsa da, balansı saxlamağa müvəffəq olurdu. Heydər Əliyev Ramiz Mehdiyevin tam sürətlə irəlilədiyini görürdü və onun xəyanətlərini də unutmamışdı. Sadəcə olaraq postəliyev dövrü və İlham Əliyevin hakimiyyətdə duruş gətirməsi üçün müəyyən mərhələdə Ramiz Mehdiyevin xidmətlərindən faydalanmaqdan başqa çarənin olmadığını da gözəl anlayırdı. Yəni Napaleon ücün Taleyran kim idisə Heydər Əliyev üçün də Ramiz Mehdiyev o idi.

Ramiz Mehdiyev siyasətə kücə qaydaları gətirdi

Heydər Əliyev dünyadan köçəndən sonra və Pamiz Mehdiyev üçün sözün əsl mənasında meydan açıldı. Artıq dost-düşməni müyyənləşdirmək anı yetişmişdi. Ölkənin isə dörd ən güclü oliqarxı – Ramiz Mehdiyev, Əli İnsanov, Kamaləddin Heydərov və Fərhad Əliyev siyasi nüfuz uğrunda bir-birləri ilə ölüm-dirim savaşına çıxmışdılar. Son anda Ramiz Mehdiyevlə Kamaləddin Heydərov birləşə bildi. Nəticədə, birincilər istəklərinə nail oldular. Ramiz Mehdiyev öz qarşısında ən böyük maneyə olan Əli İnsanovu və müttəfiqi Ramil Usubovun düşməni saylan Əli İnsanovun qudası Məhərrəm Əliyevi sıradan çıxardı. Hakimiyyət daxilindəki böyük bariyerlər aradan qaldırıldıqdan sonra Ramiz Mehdiyevin konsepsiyası əsasında ölkədə müxalifət məhvə məkum edildi. Əgər Heydər Əliyev kimi nəhəng bir siyasətçi müxalifətin ayaqda qalmasına və onlardan çəkinməyib əksinə bundan faydalanaraq öz komandasını kompakt şəkildə birləşdirmək siyasətini tuturdusa Ramiz Mehdiyev qorxaq yol seçdi. Sözsüz ki, Ramiz Mehdiyev Heydər Əliyev kimi güclü və xarizmatik fiqur deyildi, buna görə də müxalifətin bütün maliyyə imkanlarını sıxdı. Eyni zamanda siyasətə küçə qaydalırı gətirdi. Kimsə Heydər Əliyevin zamanında «Lider» telekalandıkı «Kuklalar» verlişi və ya Hafiz Hacıyevin cinsi azlıqlar ittihamları kimi qara piyardan istifadə etməyin şahidi olmamışdı. Ramiz Mehdiyev isə bütün bunlara getdi və ölkədə siyasi gündəmdə idarə olunan təkhakimiyyətliyə yiyələndi. Digər tərəfdən müstəqil media orqanları kütləvi şəkildə sındırılaraq pulla ələ alındı. Məhz Ramiz Mehdiyevin bu uğursuz siyasi taktikası nəticəsində aktiv elektorat müxalifətə tərəf deyil, başqa qüvvələrə meyilləndi. Yəni müxalifətin boşalmış yerini dini sektalar tutdu. Başqa sözlə ölkədə təsirsiz müxalifət və ələbaxım mətbuat olduğundan məmurlar azğınlaşdı və bu günkü vəziyyət yarandı. Artıq ölkədə sözün əsl mənasında Leninin ortaya qoyduğu inqilabi prinsipərdən doğan vəziyyət yaşanır. Yəni aşağılar köhnə qayda ilə idarə olunmaq istəmir, yuxarılar isə yeni qayda ilə idarə edə bilmir. Bıçağın sümüyə dirəndiyini isə artıq ölkənin birinci şəxsi və onun sadiq tərəfdarları aydın görməkdədirlər.

Ramız Mehdiyevi neytrallaşdırmaq mexanizmi necə həyata keçirilir?

Əslində, vəziyyətin Ramiz Mehdiyevin nəzarətindən çıxarılmasının və onun neytrallaşdırmağın vaxtının çatdığı barədə xeyli müddətdir ki, qənaət hasil olub. Lakin Ramiz Mehdiyev hakimiyyətin bütün təbəqələrinə elə şaxəli kök salıb ki, ondan can qurtarmaq xeyli müşkül məsələdir. Amma buna baxmayaraq Qərb və Azərbaycan dövləti Mehdiyevin yola salınmasında israrlıdır. Hələ xeyli müddət əvvəldən başlayaraq bu prosesə mərhələli şəkildə start verilib. Bu prosesin ilk işartısı Ramiz Mehdiyevin inhisarında olan ATV kanalının onun əlindən alınması ilə başladı. Bununla da Ramiz Mehdiyev və onun adamları olan Əli Həsənovla Nazim İbrahimovun səhmləri cəmləşdiyi telekanal əllərindən alındı.Bir müddət sonra isə Ramiz Mehdiyevin Prezident Admistrasiyasındakı mütləqhakimiyətliyinə son qoyuldu. Daha dəqiqi admistrasiya rəhbərinə 4 müavin təyin edildi – Əli Əsədov, Zeynal Nağdəliyev, Novruz Məmmədov və Vahid Əliyev. Bu müavinlərdən Vahid Əliyevlə Novruz Məmmədov daxili siyasətə bağlı sahəyə aid adam olmadıqlarından sözsüz ki, digər iki təyinat - Zeynal Nağdəliyevlə Əli Əsədov daha qabarıq formada gözə girir. Məsələ burasındadır ki, həm Əli Əsədov, həm də Zeynal Nağdəliyev Ramiz Mehdiyevə qarşı olan sırada yer alanlardandırlar. Bu isə o deməkdir ki, Ramiz Mehdiyevin siyasi və iqtisadi səlahiyyətləri bölüşdürüldü. Başqa maraqlı məqam isə bundan ibarətdir ki, birbaşa admistrasiyanın ictimai-siyasi məsələləri ilə məşğul olan və Ramiz Mehdiyevin bir nömrəli adamı sayılan Əli Həsənov ofsaytda saxlanıldı. Yəni Əli Həsənovla dünənə qədər bir dəhlizdə yeriyən digər şöbə müdirləri müavin statusu aldı, lakin ona etimad göstərilmədi. Bundan əlavə həmin təyinatlarla eyni gündə Ramiz Mehdiyev - Ramil Usubov cütlüyünə müxalifət olan Məhərrəm Əliyev də admistrasiyaya vəzifəyə gətirildi. Bütün bunlar artıq Ramiz Mehdiyevə siyasi cəhətdən şillə vurmaq idi.

Rusiya Ermənistan hakimiyyətini necə qoruyursa Ramiz Mehdiyevi də elə qoruyur

Bununla paralel olaraq Azərbaycanın «vikileksi» saylılan Elşad Abdullayevin videoları da meydan sulamaqdadır. Hədəf isə bəllidir. Ramiz Mehdiyev və onun vuran əli Ramil Usubov. Avropanın qucağında oturan Elşad Abdullayevin hər şeyi göz önünə alıb bunu özbaşına etdiyini düşünmək sözsüz ki, sadəlövlük olardı. Məhz bu səbəbdən də Rusiya prosesə seyrçi qalmadı və milyarderlər ittifaqını yaratmaqla öz oyununa başladı. Əslində milyarderlər ittifaqının yaranması və onun siyasi gedişləri ölkədə Rusiyameyilli siyasəti genişləndirməyə və qorumağa yönəlib. Bir qədər də açıq desək, rəsmi Moskva Ramiz Mehdiyevi qorumaq və öz maraqlarını həyata keçirmək üçün milyarderlər ittifaqı vasitəsi ilə Azərbaycan dövlətinin barmağını qapı arasında sıxmaq siyasəti həyata keçirir. Moskva tərəfindən Ramiz Mehdiyevin nədən qorunması təsadüfi deyil. Elə səbəblər var ki, onu dilə gətirmək düzgün deyil. Bir sözlə Rusiya Ermənistan hakimiyyətini necə qoruyursa Ramiz Mehdiyevi də elə qoruyur.

Ramiz Mehdiyevin əks hücumları

Öz növbəsində Ramiz Mehdiyev də fəaliyyətsiz dayanmır və siyasi proseslərə ciddi şəkildə müdaxilə edir. 12 yanvar əsgər ölümləri ilə bağlı aksiya, və İsmayıllı hadisələri də bunun bariz nümunəsidir. Hamıya gün kimi aydındır ki, heç bir qruplaşmaya qatılmayan və yalnız prezidentə tabe olan Səfər Əbiyevə, eyni zamanda Paşayevlərin adamı sayılan Füzuli Ələkbərova qarşı aparılan kampaniyanın arxasında dayanan məhz Ramiz Mehdiyevdir. Ramiz Mehdiyevin hər iki aksiyada kifayət qədər böyük maraqları vardı. Əvvəla Mehdiyev bununla onu sıxışdıranlara mesaj verir ki, mən ölkəni bir-birinə qata bilərəm və ya aksiyaları yatırmaq üçün texnoloq yalnız və yalnız mənəm. Digər tərəfdən Mehdyev Elşad Abdullayevlə bağlı gündəmi dəyişmək üçün aranı qarışdırır. Nəhayət, boz kordinal onunla hesablaşmayanlardan qisas almaq istəyir. Sözsüz ki, bu gedişləri prezident də anlamamış deyil. Elə 12 yanvar aksiyasından sonra keçirdiyi müşavirədə ordunun fəaliyyətindən razı olduğunu nümayişkaranə şəkildə deməsi və aksiya təşkilatçılarını «antimilli ünsürlər» adlandırması gizli mətləbləri üzə cıxardı.

Ramiz Mehdiyev «epoxası» üzü aşağı istiqamət alıb

Bu yerdə prezidentin regionların sosial iqtisadi inkişafı ilə bağlı son məşhur müşavirədə etdiyi çıxışı və açıq jestini də vurğulamaq təsdiq edir ki, Ramiz Mehdiyev «epoxası» üzü aşağı istiqamət alıb. Təsəvvür edin prezident icra başçılarını yığaraq müşavirə keçirir və prezidentin icra aparatının rəhbəri həmin iclasda olmur. Digər tərəfdən nə həmin müşavirədə, nə də 12 yanvar aksiyasından sonra keçirilən müşavirədə Ramiz Mehdiyevin sağ qolu olan Əli Həsənovun iştirak etməməsi də altından qırmızı xətlə çəkilməli olan bir məsələdir. Ələxsus prezident son müşavirədə məşhur irad və tənqidlərindən sonra bir cümləni xüsusi vurğu ilə bildirir. «Sizi işə mən təyin etmişəm, mən də çıxaracam». Bu isə artıq o deməkdir ki, sizi vəzifəyə Ramiz Mehdiyev deyil, mən təyin etmişəm və mənə işləməlisiniz, artiq onun dövrü bitib.

Son

Göründüyü kimi 75 yaşlı ən böyük partokrat siyasi kariyerasının sonuna dirənib. Bəlli olan odur ki, Ramiz Mehdiyev üzüsulu getməyi tərciyə etmədi və opponentlərini onu sıradan çıxarmaq üçün əziyyətə saldı. Belə vəziyyətdə isə Ramiz Mehdiyev ya gedəcək, ya da gedəcək. Guya o olmayacağı təqdirdə ölkəni idarə etmək va ya hakimiyyəti saxlamaq mümkün olmayacagı barədə yaradılmış süni fona baxmayaraq. Bir də ki, Heydər Əliyev kimi nəhəng getdi, məgər dövlət ayaqda qalmadı?! Axı Ramiz Mehdiyev Heydər Əliyevdən böyük fiqur deyil. Heydər Əliyev birinci olmaq ücün yaradılmışdı. Ramiz Mehdiyev ikinci yerində olub birincilik etməyə calışmaq ücün. Onların arasındakı ən böyük fərq ondan ibarətdir ki, Allahın verdiyi qabiliyyətlərə görə Heydər Əliyevi hakimiyyətdən yalnız ölüm ala bilərdi, Ramiz Mehdiyevi isə sag ikən göndərmək mümkündür. Buna tələsmək lazımdır. O qaldıqca vurdugu ziyanlar daha dərin yaralar aca bilər. Moskvanın da istəyi budur.

Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QƏZET REDAKSİYASI NAZİRLƏ MƏHKƏMƏDƏ ÜZ-ÜZƏ

    QƏZET REDAKSİYASI NAZİRLƏ MƏHKƏMƏDƏ ÜZ-ÜZƏ ...

    1-02-2013, 15:50

  • 
  • "Gündəm-xəbər" mediaya təzyiqlərin qarşısına tək çıxdı-VIDEO

    "Gündəm-xəbər" mediaya təzyiqlərin ...

    31-10-2013, 20:48

  • 
  • Ramiz Mehdiyevə qarşı böyük şəbəkə

    Ramiz Mehdiyevə qarşı böyük şəbəkə ...

    5-03-2013, 10:43

  • 
  • BU GÜN FAZİL MƏMMƏDOVA QARŞI MƏHKƏMƏ QURULUR

    BU GÜN FAZİL MƏMMƏDOVA QARŞI MƏHKƏMƏ QURULUR ...

    10-01-2013, 12:17

  • 
  • Baş Prokurorluq daha bir xırda korrupsiyaçı tutdu

    Baş Prokurorluq daha bir xırda korrupsiyaçı tutdu ...

    4-02-2014, 15:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu