GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətə seçki öncəsi şok zərbə

Hakimiyyətə seçki öncəsi şok zərbə

Tarix: 5-03-2013, 10:09 Bölmə :Manşet Baxış: 1 034
Hakimiyyətə seçki öncəsi şok zərbə

Gürcü prezidentinin timsalında rəsmi Bakı mühüm lobbiçilərindən birini itirə bilər

Sirr deyil ki, M.Saakaşvili arabir özünün Qərb resurslarından
istifadə edərək Bakı ilə Qərb arasında yaranan problemləri aradan
qaldırmağa çalışırdı və hətta buna müvəffəq də olurdu


Ölkəsində hakimiyyət «rıçaq»larını demək olar ki, itirmiş və «nominal dövlət başçısı»na çevrilmiş Gürcüstan prezidenti M.Saakaşvili Bakı səfərinin rəsmi tərəfləri, protokol qaydaları yerində olsa da, səfərin məzmunu və məqsədi hamını bir qədər qeyri-müəyyənlikdə qoydu. Əslində isə hər şey çox aydın idi. İngilislərin bir deyimi var:«farewell tour». Mənası da çox sadədir: vida turu. Bəli, buna vida turu demək olardı. Amma gürcü prezidenti siyasətlə tamam vidalaşmaq əzmindədirmi? Yəqin ki, Bakıya iki günlük səfəri çərçivəsində o, həm də bu suala cavab axtardı. Bakı belə məsələlərdə elə bir siyasi avtoritet sayılmasa da İ.Əliyevi bir çoxu üçün maraqlı edən onun təkcə enerji resurslarına malik olan ölkənin prezidenti olması deyil, həm də çox varlı adam olmasıdır.
Bu, isə siyasi karyerasını demək olar ki, başa vurmuş siysətçilər üçün o qədər də əhəmiyyətsiz hesab edilmir. M.Saakaşvili təqaüdə çıxmaq üçün hələ çox cavandır, ona görə də həyatının qalan hissəsini də maraqlı etməkdə İ.Əliyevin ona köməyi dəyə bilər. Amma rəsmi Bakı Gürcüstana münasibətdə bir qədər qarışıq siyasi hisslər keçirir, necə deyərlər, kimin kim olmasını müəyyənləşdirə bilmir. Təsadüfi deyil ki, qısa zaman kəsiyində qonşu ölkənin baş naziri də, prezidenti də Azərbaycanda eyni ehtiram və təmtəraqla qarşılandı. Bakı üçün tez–tez sürprizlər yaradan yeni baş nazirdən fərqli olaraq prezident M.Saakaşvili təbii ki, daha əlverişli siyasi fiqur idi. İndi onun gələcək siyasi planları ilə bağlı yalnız ehtimallar səsələnsə də belə bir adamın Gürcüstan siyasətində qalması təkcə rəsmi Bakı üçün deyil, elə ölkənin özü üçün də ziyanlı olmazdı, bəlkə də xeyri dəyərdi, çünki ruslar dəfələrlə deyib ki, Cənubi Qafqazı götürmək üçün Azərbaycana toxunmaq lazım deyil, Gürcüstan götürülsə Azərbaycan özü çökəcək. Lakin baş nazir B.İvanişvili məmurlarının Rusiya ilə davranışını «qul mentaliteti» adlandıran M.Saaakaşvilinin çox təəssüf ki, ölkə daxilindəki elektoral resursları qaydasında deyil. Daha çox o tərəflərə gedib-gəlmiş insanların qənaətini əsas götürsək də, belə fikirdəyik ki, gürcü prezidentinin siyasi revanş götürmək imkanları bir o qədər də böyük sayılmır. Gürcüstan siyasi mühiti Azərbaycandakından çox fərqlidir, orada siyasətçilərin «başını sığallamağı» sevmirlər, onların xidmətlərini də tez unudurlar.
Gürcüstandakı siyasi çəkişmələr Azərbaycanda baş versəydi, deyərdilər ki, qardaşlar, bir-birinizi «didməyin», birləşin və millət üçün bir gün ağlayın, çünki bizim cəmiyyət çox kövrəkdir və siyasətə də sentimental hissləri qatmağı sevir. Amma orada tamam başqa atmosfer hökm sürür, gürcü cəmiyyəti hətta baş nazirlə prezidenti barışdırmağa tələsmir, əksinə onlardan birinin siyasi səhnəni tərk etməsini gözləyir. Baş nazir siyasətə biznes mentalitetilə, prezidentsə siyasi mentalitetlə yanaşır. Amma onların arasında başqa bir fərq də özünü hiss etdirir. M.Saakaşvilinin də siyasətində bəzi xristian çalarları vardı. Məsələn, hakimiyyətə gələndən dərhal sonra o, ölkəsinin bayrağını dəyişdi, onu xristian simvolları əks olunmuş yeni bayraqla əvəz etdi. Amma bütün bunlara baxmayaraq onun siyasətində ən öndə olan məsələ ardıcıl qərbçilik siyasəti idi. Baş nazirin siyasəti isə bir qədər fərqlidir, onun siyasətində xristian çalarları üzdə yox, daxildədir. B.Ivanişvili bölgədə Ermənistanla əməkdaşlığa daha çox meyl edir. B.Ivanişvilinin xarici siyasətdə balans yaratmaq istəyi bəzən ironiya doğurur. Amma bir məsələ var. Azərbaycan rəsmiləri belə balansla ölkəni 20 il idarə edə və hakimiyyətdə qala bildilərsə gürcü siyasətçiləri nədən bundan yararlanmasın? Siyasət bəzən birmənalı bəyanatları sevmir, xüsusən də qarışıq geosiyasi bölgələrdə. M.Saakaşvili-nin siyasi səmimiyyəti təqdirəlayiq olsa da belə birmənalı səmimiyyətlə ölkə çox da uzağa gedə bilməzdi. Bəzən siyasətçilər öz üzərilərinə «milli tribun» funksiyasını da götürməyə çalışırlar. Amma bunun faydasından çox ziyanı olur. Bəli, gürcü prezidentinin sayəsində ölkə və onun cəmiyyətində qərbpərəst mövqe möhkəmləndi. Amma ölkə həm də belə hesab edirdi ki, onun hələ Rusiyaya ehtiyacı var. M.Saakaşvili isə nəinki vaxtında və hətta indinin özündə də bunu nəzərə almır. Bu günlərdə özünün sərt bəyanatı ilə o, ticarətlə bağlı Rusiya ilə əldə olunmuş kövrək razılaşmanı zərbə altına qoydu, Gürcüstan şərablarının keyfiyyətini yoxlamağa gəlmiş rusiyalı məmurların nümayişkəranə şəkildə ölkəni tərk etməsinə səbəb oldu. Bu siyasətin onun üçün nəticəsi isə artıq izhar olunub: son seçkilərdə gürcü cəmiyyəti göstərdi ki, gənc prezidentin vədlərindən kökə bişirmək fikrində deyil, üstəlik onu baş nazirin və qalib siyasi koalisiyanın hücumlarından qorumaq da istəmir…
Rəsmi Bakının Gürcüstan prezidenti ilə münasibətlərində bir çalar da vardı. Gürcü prezidentinin timsalında rəsmi Bakı hakimiyyətin mühüm lobbiçilərindən birini itirə bilər. Sirr deyil ki, M.Saakaşvili arabir özünün Qərb resurslarından istifadə edərək Bakı ilə Qərb arasında yaranan problemləri aradan qaldırmağa çalışırdı və hətta buna müvəffəq də olurdu. İndi rəsmi Bakıya özü üçün belə bir funksiyanı yerinə yetirmək iqtidarında olan başqa bir siyasətçi aramaq lazım gələcək və təbii ki, bu, onu narahat etməyə bilməz. Amma siyasət siyasətdir, necə deyərlər, o, göz yaşlarına o qədər də inanmır, xüsusən də bu göz yaşları «timsah göz yaşları» olanda…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcü prezidentdən səmimiyyət şesti

    Gürcü prezidentdən səmimiyyət şesti ...

    28-02-2013, 11:16

  • 
  • Hakimiyyət siyasi dəstək axtarışında

    Hakimiyyət siyasi dəstək axtarışında ...

    5-03-2013, 11:41

  • 
  • Milli Şura Saakaşviliyə cavab verdi

    Milli Şura Saakaşviliyə cavab verdi ...

    2-08-2013, 10:55

  • 
  • Saakaşvili Azərbaycan müxalifətini Rusiyaya işləməkdə ittiham etdi

    Saakaşvili Azərbaycan müxalifətini Rusiyaya ...

    1-08-2013, 22:34

  • 
  • "Putin İvanişviliyə 2 milyard verib"

    "Putin İvanişviliyə 2 milyard verib" ...

    22-07-2013, 11:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu