GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İcra başçısı köçkünlərə və sahibkarlara divan tutur

İcra başçısı köçkünlərə və sahibkarlara divan tutur

Tarix: 16-12-2015, 02:24 Bölmə :Manşet Baxış: 0
İcra başçısı köçkünlərə və sahibkarlara divan tutur

Niyazi Bayramov Mingəçevirdə qaçqınlara veriləcək evləri başqalarına satmaqla biznes qurub; iş adamlarından isə təhdid yolu ilə faiz alınır

Ölkə başçısının son bir neçə ayda verdiyi sərt bəyanatlar və xəbərdarlıqlar daxili siyasətdə ciddi dəyişikliklərlə müşayiət olundu.

Prezident İlham Əliyevin məmurlara barmaq silkələməsi və iki nazirin istefaya göndərilməsi sübut etdi ki, hakimiyyətin siyasətinə problem yaradanlar dərhal cəzalandırılacaq.

Bu, məmur övladlarının qudurğanlığında da özünü isbat etmişdi. Amma vəzifəsindən sui-istifadə edən və kreslosuna himayəçiləri hesabına güvənən bəziləri hələ də neqativ əməllərini davam etdirirlər. Məsələn - Mingəçevirdə.

Şəhərdə məcburi köçkünlər İcra Hakimiyyətinin qarşısında yığılaraq aksiya keçirmək istəyiblər. “Gündəm-xəbər”ə verilən məlumata görə, aksiyanın səbəbi məcburi köçkünlər üçün tikilən evlərin onlara verilməməsi olub.

Etirazçılar iddia edir ki, həmin evlərin bəzilərini yerli sakinlərə satılır. Bu da məcburu köçkünlərin böyük narazılığına səbəb olub.

Görünür, Prezident İlham Əliyevin son müşavirədəki sərt çıxışı Mingəçevirdə icra başçısı və vergi məmurlarına ibrət dərsi olmayıb. Şəhərin meri Niyazi Bayramov sakinlərlə bərabər sahibkarları da sıxışdırmaqda davam edir.

Şəhər rəhbəri ölkə başçısının son fərmanını, sahibkarlarla bağlı tapşırıqlarını eşitməzdən gəlir. Narazı olan iş adamlarının yaxın günlərdə Bakıya yürüş edəcəyi və Prezident Administrasiyasından kömək istəyəcəyi gözlənilir.

Sahibkarlıqla məşğul olan şəxslər 11 saylı Ərazi Vergilər İdarəsindən və onlarla əlbir olduğu iddia edilən icra başçısından narazılıq edirlər. Redaksiyamıza verilən məlumata görə, aylıq 20-25 manat vergi ödəyən sahibkarlardan 70-75 manat əlavə haqq tələb olunur.

Yevlax-Mingəçevir bölgəsində sahibkarların sıxışdırılması vergi faiz dərəcələrinin gələn ildən artırılması göstərilir. Vergilərin 2% dən 6 % -ə qədər qalxacağını deyən idarə işçiləri sahibkarları hədələməkdən belə çəkinmir. Bu da sahibkarların narazılığına səbəb olur.

Məlumatı verən sahibkarlar deyirlər ki, ilin əvvəlində, ortasında və sonunda gələn müfəttişlərin onlardan vergi adı ilə aldıqları pulu hesabladıqda ilboyu qazanclarını Departament rəislərinə verdikləri ortaya çıxır.

Ətraf rayonlardan Yevlaxa gələn şikayətçilərin sözlərini isə eşidən yoxdur. Onların bildirdiyinə görə, idarə rəhbərliyi vətəndaşları qəbul etməkdən belə imtina edir.

Məlumatda o da deyilir ki, Mingəçevirə ayrılmış 2 milyon manat məbləğində vəsaitin hara xərcləndiyi bilinmir.

Niyaz Bayramov Mingəçevir İcra Hakimiyyətinin yerləşdiyi yerin arxasındakı Dostluq parkının 400 kvadrat metrdən çox ərazisini dövlət hesabına təmir etdirib.

Daha sonra həmin ərazini öz şəxsi mülkiyyəti kimi sahibkarlara satıb. Parkın satılan ərazisində isə 30-dan artıq ağac məhv edilib. Niyazi Bayramov dövlət parkının 1 kvadratmetrini 250 manata sataraq, 100 min manat əldə edib.

Mingəçevir İcra Hakimiyyətinin əli ilə şəhərdə guya həyata keçirilən tikinti, yaşıllaşdırma, parkların və xiyabanların salınması, təmiri və abadlaşdırılması kimi işlərin həyata keçirilməsi üçün milyonlarla manat maddi vəsait ayrılıb. Amma əslində, həmin işlər sahibkarlara gördürülüb.

Misal üçün, ötən il Mingəçevirdə yerləşən "Sahil” və "Heydər” parklarının təmirinə 1 milyon yarım manat vəsait ayrılmışdısa, həmin maliyyə vəsaitinin böyük hissəsi mənimsənilib. Niyazi Bayramovun pul toplamaq məcaraları bununla bitmir.

Niyazi Bayramov yaxınlarının adına bir çox sayda MMC-lər açıb müxtəlif sayda maliyyə maxinasiyalarına əl ataraq, külli miqdarda vəsait əldə edirmiş.

İcra başçısı "Lider Monolit MMC” ni yaxınların adına yazdıraraq əldə etdiyi vəsaiti onunla əlbir işləyən məmurlarla birlikdə bölüşdürüb.

Eləcə də dövlət müəssisələri olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi, Mənzil Kommunal Təsərrüfatı Kombinatı, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarələrini olduqca mahir üsula əl ataraq, "Fərdi Yaşayış Məntəqələrinə Xidmət” idarəsi vasitəsi ilə, heç bir dövlət strukturunun nümayəndəsinin ruhu belə duymadan realizə edir.

Bundan əlavə, dövlət yerlərini sata-sata gedən icra başçısı Kür çayı ətrafındakı əraziləri də olduqca böyük vəsaitə satdığı da bildirilir. Araşdırmalarımız davam edir.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Məcburi köçkünlər ayağa qalxdı

    Məcburi köçkünlər ayağa qalxdı ...

    31-05-2013, 12:21

  • 
  • Məcburi köçkünlərin etirazı skandal yaratdı - İcra başçısına xəbərdarlıq edildi

    Məcburi köçkünlərin etirazı skandal yaratdı - ...

    30-07-2015, 01:58

  • 
  • Mingəçevirdə yenə aksiya keçirildi

    Mingəçevirdə yenə aksiya keçirildi ...

    22-09-2015, 22:01

  • 
  • Bərdədə əhali ayağa qalxdı - (VİDEO)

    Bərdədə əhali ayağa qalxdı - (VİDEO) ...

    27-08-2015, 14:37

  • 
  • Məcburi köçkünlər üçün tikilən binaların aqibəti necə olacaq? - Deputatlardan TƏKLİF

    Məcburi köçkünlər üçün tikilən binaların aqibəti ...

    23-11-2020, 20:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu