Bu gün Mingəçevir Şəhər İcra Hakimiyyətinin qarşısında 100-dək məcburi köçkün növbəti etiraz aksiyası keçirib.
Əsasən Kəlbəcərdən və Ağdamdan olan məcburi köçkünlər ev tələbi ilə keçirdiyi aksiya polisin nəzarəti altında baş tutub.
Onlar internat məktəbində, məktəbin yataqxanasında, tərəvəzçilik sovxozundakı qəzalı binada yaşadıqlarına etiraz ediblər.
Şikayətçilər icra başçısı tərəfindən qəbul olunmayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin yerli nümayəndəsi etirazçıların qarşısına çıxaraq bildirib ki, onlar Qurban bayramından sonra qəbul olunacaqlar.
Qeyd edək ki, aksiya zamanı bəzi etirazçıların halı pisləşib. Əraziyə gələn təcili tibbi yardım briqadası bu şəxslərə tibbi xidmət göstərib.
onu da xatırladaq ki, Avropa Oyunlarında idmançıların və qonaqların yerləşdirilməsi məqsədilə 9 mərtəbli 11 bina tikilib. Binaların oyunlardan sonra məcburi köçkünlərə veriləcəyi bəyan edilib. Amma vədə əməl edilməyib.(bizimyol.info)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?