Hansı məşhur ABŞ şirkəti Azərbaycanla bağlı layihəyə qoşuldu?
Azərbaycanda bu il keçriləcək prezident seçkisi ilə bağlı ABŞ-da gərgin müzakirələr aparılır. Müzakirələrdə ABŞ-ın məşhur KBR şirkəti, Yəhudi lobbisi və çox maraqlıdır ki, Azərbaycanın SOCAR şirkəti iştirak edirlər. Müzakirələr əsasən ABŞ höküməti və Dövlət Departamenti ilə aparılır. Mənbə bildirir ki, aparılan müzakirələrdə hansı məsələlərin müzakirə olunduğu barədə onda dəqiq məlumat olmasa da, ABŞ-ın məşhur KBR şirkətinin Azərbaycanda keçriləcək prezident seçkisi müzakirələrinə qoşulması çox maraqlıdır. Belə ki, neft və qaz biznesi ilə məşğul olan dünyaca məşhur KBR şirkəti Azərbaycanda neft sektorunda çox az saylı layihələrdə iştirak etsə də, bir çox neft ölkələrində demək olar ki, əsas payçılardandır. KBR həmçinin iş gördüyü ölkələrin daxili siyasətinə qarşıması və korrupsiyaya baş vurması ilə də tanınınr. Məsələn, bir müddət öncə, Nigeriyanın Korrupsiyaya qarşı mübarizə agentliyi ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeynə qarşı Halliburton firmasının filiallarından birində olan rüşvət qalmaqalı ilə əlaqədar ittiham irəli sürmüşdü. Söhbəti gedən rüşvət qalmaqalı zamanı məlum oldu ki, Nigeriyanın cənubunda mayeləşdirilmiş natural qaz istehsalı fabrikinin tikintisi zamanı Halliburtonun filialının pulu KBR tərəfindən ödənilib. Ötən il Amerika məhkəməsində KBR etiraf edib ki, 2007-ci ilə qədər Nigeriyada məmurların ələ alınmasına 180 milyon dollar xərcləyib.Buna görə də, şirkət 579 milyon dollar cərimə olunmuşdu.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?