GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Səfər Əbiyevin karyerasına yazılan qaranlıqlar

Səfər Əbiyevin karyerasına yazılan qaranlıqlar

Tarix: 13-03-2013, 10:19 Bölmə :Manşet Baxış: 867
Səfər Əbiyevin karyerasına yazılan qaranlıqlar

Azərbaycan ordusunda əsgərlər niyə ölür?

Son 5 ildə Azərbaycan ordusunda əsgər ölümləri kifayət qədər çoxalıb. Lakin ortada hiddətlənəcək və ya xüsusi heyrətləndirəcək bir fakt yoxdur. Ordu cəmiyyətin bir hissəsidir. Ölüm isə insanların olduğu yerdə, həm də daha çox insanların məskunlaşdığı yerdə olur. Bununla belə Azərbaycan ordusunda döyüş əsnasında qeydə alınan itkiləri nəzərə almasaq, intihar, «dedovşina» və sair arzuolunmaz faktlara əsasən əsgər ölümləri təqdim olunduğu qədər də çox deyil. Amma var və hər gün atır.

Müdafiə Nazirliyinin əsgər ölümlərində günah payı

Adətən əsgər ölümlərinə görə Müdafiə Nazirliyini və onun rəhbərliyini ittiham edirlər. Bu təbii haldır. Lakin bütövlükdə bütün günahın nazirliyin üzərinə yıxmaq da doğru deyil. Bununla belə buraxılmış taktiki nizamnamə və idarəetmə prisiplərinə nəzər salanda görürük ki, orduda əsgər intiharlarının və əsgərin əsgər yoldaşını öldürməsi faktlarının baiskarı elə idarəetmədir.
1-ci səbəbə diqqət edək. Son 5 il öncəyə qədər Azərbaycan ordusuna qeyri-kadr hesab olunan zabitlərin çağırışı baş verirdi. Azərbaycanın ali təhsil ocaqlarında hərbi kafedraların ləğvindən sonra orduya ehtiyatda olan qeyri-kadr zabitlərin çağırışı demək olar ki, dayandı. Sual oluna bilər ki, bunun əsgər ölümlərinə nə dəxli var? İlk növbədə Azərbaycan ordusunda qulluq keçən hər bir vətəndaş bilir ki, «kadravik» kimi tanınan zabitlər daha əzazil olurlar və onlar əsgərlə sadəcə bir robot kimi davranırlar. Bu hal rus ordusundan, daha dəqiqi sovet ordusundan tərcümə edilmiş və tətbiq edilən zabit davranışıdır. «Kadravik»lər xüsusən də yaşlılılar əsgərlə daha amansız davranırlar. Amma ədalət naminə etiraf edək ki, onlar da əsgərlərlə qeyri-nizamnamə ünsiyyəti qurmurlar. Onlar özləri də özlərini robot kimi aparır, amma nizamnaməyə uyğun olaraq şəxsi heyyəti çox incidirlər.
2-ci səbəb - Əsgər faktiki-psixaloji olaraq bir tərəfdən ağır nizamnamə tələbləri ilə əziləndə dərdini bölüşməyə ikinci tərəf, daha yumşaq, ədalətli, mülki savadlı zabit tapa bilmir. Nəticədə psixaloji sarsıntı keçirir və xoşagəlməz hallar baş verir. Əgər biz 1995-2002-ci illər ərzində ordudakı intihar və «dedovşina» faktlarını 2003-2013-cü illə müqayisə etsək ikinci dövrdə daha acınacaqlı halların yaşandığının şahidi olarıq.
Deməli ordunun NATO standartlarına keçidini tezləşdirmək və mülkiləşdirmək lazımdır. Bəzi ekspertlər iddia edirlər ki, ordudakı arzuolunmaz halların qarşısını almaq üçün çağırış yaşını artırmaq, orduya çağırışda yalnız peşəkar bölmələrə müqavilə əsasında dəvətlər etmək lazımdır. Amma bu heç də gərgin psixaloji sitatsiyanın rolunu azaltmır.
Əsgər ölümlərində Müdafiə Nazirliyinin daha bir suçu baş vermiş ölüm faktını ciddi-cəhdlə ört-basdır etməkdir. Bütün hallarda əsgər döyülüb və ya güllələnib öldürülübsə və bu fakt varsa, günahkar zabiti cəzalandırmaq və bunu cəmiyyətə təlqin etmək lazımdır. İnformasiyanın gizlədilməsi və ya bu barədə maksimum danışmamaq taktikasının seçilməsi isə yanlışdır. Bununla əslində ordunun məxfiliyini qorumaq yox, orduya olan inamı zəiflətmək, yersiz şübhələrin yaranmasına rəvac vermək və ən əsası düşmən dəyirmanına su tökmək olmasa da yel verməkdir. Hər halda Müdafiə Nazirliyində də bilirlər ki, hansısa əsgər ölümü faktı varsa, bu briqada komandirinin və ya korpus komandiri olan generalın, heç birbaşa olaraq fərdi müstəvidə nazir Səfər Əbiyevin günahı deyil. O zaman niyə günahkarı cəzalandırıb şəffaf informasiya siyasəti həyata keçirməklə, sadalanan neqativlikləri önləmirlər? Bu suala cavab tapmaq çox çətindir.
3-cü səbəb - Digər bir tərəfdən zaman-zaman orduda şəhid olan və doğulduğu ailəyə gətirilən əsgərin tabutunu açmırdılar. Hətta İslam etiqadında şəhidin tabutda dəfn edilməsinə icazə verən müstəsna məqam da var. Amma bü gün açılmayan tabutlarla yanaşı, açılan tabutların hamısında əsgərin rəsmən verilən arayışdan fərqli olaraq digər səbəbdən dünyasını dəyişməsi şübhələri ortaya çıxır. Niyə açılmayanlar yox, açılan tabutlardan şübhələr çıxır? Və kim bunlara «tabutu açın» deyir? Bu da medianın deyil, hər halda Müdafiə Nazirliyinin məsuliyyətinə daxil olan məqamdır.
Son illərə qədər Azərbaycan ordusunda hər kəsin tanıdığı «Zam politlik» deyilən pots var idi. NATO standartlarına keçidlə əlaqədar bu postlar ləğv edildi. Əsgərlər birmənalı olaraq daha yumşaq və daha ədalətli olan «zampolitləri» görə bilmədirlər. Nəticə etibarilə də orduda əsgərin yuxarıda qeyd etdiyimiz kimi ürəyini açıb danışa biləcəyi zabit qapısı qalmadı.

Siyasi oyunlar və ordunun hədəfə alınması

Əsgər ölümləri faktına əsasən daha çox sosial şəbəkələrdə hay-küy salanlar kimlərdir? Adətən onlar saxta profillərlə işləyirlər. Azərbaycan ordusunun NATO-ya uyğunlaşdırılmasına qarşı çıxanlar hər halda Qərb və ABŞ və ya Türkiyədən siyasi dəstək almırlar. Hər halda onlar adları sadalamadığımız dövlətlərdir. Bununla belə ordu haqqında siyasi aksiya keçirmək və həm də prezident seçkiləri dövründə çox mühim məqamlardan xəbər verir. Deməli bu torbadakı pişikləri boğmaq lazımdır. Amma həm də əsgər ölümlərini azaltmaqla, işləməklə. Daha çox sevgiyə ehtiyacı olan ordumuz haqqında açıq danışmaqla. Buna görə ekspertləri aşağılamaq, buna görə medianı ağır şəkildə cərimələtməklə vətənpərvərlik ruhunu yüksəltmək cəhdləri yersizdir.
Azərbaycan ordusu bütün göstəriciləri ilə düşmən Ermənistan ordusundan 10 dəfə güclüdür. MDB məkanında sürətlə modernləşən, güclənən ordulardan biridir. Amma tək texnika, geyim, qida ilə irəliləmək deyil, ən azı şəxsi heyyətin ünsiyyətində, psixaloji durumunda da çox qabağa getmək lazımdır.

Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan ordusunda daha bir güllələnmə

    Azərbaycan ordusunda daha bir güllələnmə ...

    22-12-2012, 13:32

  • 
  • Zakir Həsənovun da ordusunda qırğın dayanmır

    Zakir Həsənovun da ordusunda qırğın dayanmır ...

    25-03-2014, 22:24

  • 
  • Əsgər xidmət yoldaşını güllələyib

    Əsgər xidmət yoldaşını güllələyib ...

    9-11-2013, 11:16

  • 
  • Daha bir əsgər özünü güllələdi

    Daha bir əsgər özünü güllələdi ...

    24-07-2014, 13:22

  • 
  • Azərbaycanda əsgər əsgəri güllələdi

    Azərbaycanda əsgər əsgəri güllələdi ...

    18-02-2014, 12:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu