GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hərbi hissədə dəhşətli qətlin şok təfərrüatı

Hərbi hissədə dəhşətli qətlin şok təfərrüatı

Tarix: 15-01-2016, 11:48 Bölmə :Manşet Baxış: 0
Hərbi hissədə dəhşətli qətlin şok təfərrüatı

Bacısının toyuna gəlmək üçün məzuniyyət götürən əsgər tabutda gətirildi

Sumqayıtda qızına toy etməyə hazırlaşan Bayramovlar ailəsi əsgər olan oğullarına yas çadırı qurdular

Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən “N” saylı hərbi hissəsində dəhşətli cinayət hadisəsi baş verib. Cinayəti hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 1-ci tağımının 2-ci manqasının komandiri Tural Bəyverdiyev törədib.

Tural Bəyverdiyev 1989-cu ildə Cəlilabad rayonunda anadan olub. Rayonun Privolnoye kəndində qeydiyyatda olan Tural Bəyverdiyev müddətdən artıq xidmət edən hərbi qulluqçudur, rütbəsidə kiçik çavuşdur.

Tural Bəyverdiyev 6 mart 2015-ci il tarixdə, saat 12.00- 12.30 radələrində tağım komandiri, eyni zamanda onun xidmət apardığı döyüş postunun başçısı olan leytenant İqbal Şərbətovun tapşırığına əsasən ailə vəziyyəti ilə əlaqədar qısa müddətli məzuniyyətə buraxılması nəzərdə tutulan, həmin manqada qumbaraatan vəzifəsində xidmət edən əsgər Anar Bayramovun üzərində böyük təyin olunub.

Bacısının toyuna tələsirdi

O, Anar Bayramovu taborun dayaq məntəqəsinə aparmaq məqsədilə postdan birlikdə yola düşüblər. Onlar təxminən 5 saata yaxın 0,8-1 metr hündürlüyündə qarla örtülmüş, enişli-yoxuşlu dağlıq ərazidə yeni cığır aça-aça hərəkət ediblər. Sonra, saat 17 radələrində adət etmədiyi şəkildə uzun müddət hərəkət etmək məcburiyyətində qalaraq taqətsiz vəziyyətə düşməklə hərəkət qabiliyyətini itirən Anar Bayramov yolda gələrkən Tural Bəyverdiyevin istifadəsində olan mobil telefonla təxminən 30-40 dəqiqə ailə üzvləri ilə danışması ilə əlaqədar dayanmalarını irad tutub.

Anar Bayramov qeyd olunan səbəbdən gecikdiklərini, ona görə də yorulduğunu, taborun dayaq məntəqəsinə nəzərdə tutduğu vaxtda çata

bilməyəcəyini, nəticədə hərbi hissədən gec çıxacağına görə bacısının 7 mart 2015-ci il tarixdə Sumqayıt şəhərində keçirilməli olan toy məclisində iştirak edə bilməyəcəyini bildirib. O, acıqlı şəkildə narazılığını ifadə edib, artıq yorulduğundan hərəkət edə bilmədiyini deyib, cığırın kənarında, qarın üstündə oturub.

“Vura bilməzsən, hünərin çatmaz”

Tural Bəyverdiyev bir neçə dəfə Anar Bayramovdan ayağa qalxaraq hərəkəti davam etdirməsini tələb edib. Amma Anar Bayramov hərəkət edə bilmədiyini deyib və ayağa qalxmayıb. Vəziyyəni belə yarandığını görən Tural Bəyverdiyev Anarı qorxutmaq üçün, postdan çıxarkən təhlükəsizlik məqsədilə götürdüyü, özünə təhkim olunmuş AKM markalı avtomat silahını çiynindən çıxarıb və qoruyucunu açaraq “tək-tək” atış rejiminə qoyub. O, silahın lüləsini Anar Bayramovun sifətinə tuşlayıb.

Bu zaman Tural Bəyverdiyev əsgərə “vuraram”- deyə bildirib. Anar Bayramov “vura bilməzsən, hünərin çatmaz” deyə qeyd edib. Tural Bəyverdiyev cavabında deyib ki, göstərərəm, görərsən, çatır-çatmır.

Bundan sonra Tural silahın üzərində olan darağı silahdan ayırıb, darağın içindən üstdəki iki ədəd təlim patronlarını çıxararaq şalvarının cibinə qoyub, içində 28 ədəd döyüş patronu olan darağı yenidən silaha birləşdirib. O, sürgü qolunu çəkərək buraxıb.

Bundan sonra Tural Bəyverdiyev silahı atəş üçün hazır vəziyyətə gətirib. Tural sonra Anar Bayramovun həyatına və yaşamaq hüququna açıq etinasızlıq və hörmətsizlik göstərib.

Belə ki, Tural Bəyverdiyev üstünlüyünü göstərmək üçün özünü Anar Bayramovyun onun tələbinə baxmayaraq ayağa qalxıb hərəkətini davam etdirməməsini, atəş açacağı ilə qorxutduqda isə atəş açmağa hünərinin çatmayacağını deməsinin ona pis təsir edib. Tural Bəyverdiyev bunları bəhanə edərək avtomat silahının lüləsini Anar Bayramovun alnının ortasına tuşlayıb. Bu zaman o, tətiyi basaraq təxminən 1-2 sm məsafədən

bir dəfə atəş açıb. Nəticədə Anar Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.

18 il cəza

Tural Bəyverdiyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilib. Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Tural Bəyverdiyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının ilk 5 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

Hökmdən narazı qalan Tural Bəyverdiyevin vəkili Habil Bəhmanov apelyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini, ona ədalətli cəza təyin edilməsini istəyib. Vəkilin yazdığı şikayət baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

“Məhkəmə işi səthi araşdırıb”

Tural Bəyverdiyevin vəkili Habil Bəhmanov bildirib ki, birinci instansiya məhkəməsi Tural Bəyverdiyevin qeyd olunan ifadəsinə özünü müdafıə xarakteri daşımaq kimi hüquqi qiymət verib. Vıəkilin sözlərinə görə, işin faktiki hallarıı, iş üzrə toplanmış materialları tam tədqiq etmədən ibtidai istintaqın gəlmiş olduğu nəticəni olduğu kimi formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verməli və ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli, ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalı olduğu halda bunlara səthi yanaşılıb.: “İş üzrə yeganə istinad olunan ilkin sübut növü Tural Bəyverdiyevin 8-9 mart 2015-ci il tarixlərdə vermiş olduğu ifadələrdir və ittihamın məzmununu da məhz həmin ifadə təşkil edir ki, bu da verilən ittihamın hüquqi tövsüfünü mübahisələndirir. İş üzrə məhkəmənin istinad etdiyi digər şahid ifadələri və ekspertiza rəyləri də vardır. Lakin həmin sübut növlərindən kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyi istisna olmaqla, digər sübut növləri Tural Bəyverdiyevin əməlinin subyektiv cəhətini deyil, yalnız əməlin törədilməsini sübut etmə vəzifəsini daşıyır. Qeyd etdiyi kimi kompleks

məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyi və Tural Bəyverdiyevin ifadəsi isə birbaşa əməlin motivinə təsir edən amillərdir. Bu da ittihamda qeyd olunan xüliqanlıq niyyəti ilə əməlin törədilməsini istisna edən haldır. Göründüyü kimi, məhkəmənin və ibtidai istintaqın istinad etdiyi ittihamın məzmununda xüliqanlıq niyyəti ilə cinayət əməlinin törədilməsi təkzib olunur”.

Vəkil qeyd edib ki, Tural Bəyverdiyevin mərhum Anar Bayramova qarşı hər hansı neqativ hərəkəti olmayıb, ona qarşı əxlaq normalarını pozan, bunlara etinasızlıq və hörmətsizlik ifadə edən, laqeyidlik göstərən hərəkətlər və ifadələr etməyib: “Tural mərhumu mübahisəyə və münaqişəyə sövq edəcək hər hansı nalayiq hərəkəti, ifadəsi olmayıb. Hadisə ictimai yerdə, yaxud digər əsgər yoldaşlarının yanında baş verməyib. Məhkəmə də bu kimi halları, eləcə də, onlar arasında olan münasibəti, mərhumun hadisədən əvvəlki davranışını, cinayətin subyektiv cəhətini təhlil etməyib. Məhkəmə əgər qeyd etdiyim izahat və ifadəni sübut götürürsə, o, zaman nəzərə almalı idi ki, məhz mərhum Anar Bayramovun davranışları mübahisənin qısa zaman içində kəskinləşməsinə, nəticədə nəhayət nəlayiq ifadədən sonra Tural Bəyverdiyevin psixi-emosional durumunun gərginləşməsinə gsəbəb olub”.

“Ədalətli hökm qəbul edilməsini xahiş edirəm”

Habil Bəhmanovun sözlərinə görə, məhkəmənin Tural Bəyverdiyevin hadisə zamanı psixi-emosional vəziyyəti barədə istinad etdiyi kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Tural Bəyverdiyevin cinayət əməli törədərkən psixi-emosional sferasında hirslilik, qəzəbilik əmələ gəlib: “Həmin halın yaranma səbəbləri situasiya ilə əlaqədar olub, psixiemosional durumunda yaranmış hirslilik, qəzəblilik halı Anar Bayramovun ona tabe olmaması, ona qarşı nalayiq ifadə işlətməsi kimi amillərlə şərtləşib. Göründüyü kimi, kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyi də ittihamın hüquqi tövsüfünü mübahisələndirir. Bu da xüliqanlıq niyyəti ilə adam öldürmə cinayət əməlini istisna edir. Bundan başqa iş üzrə bir sıra ziddiyyətli məqamlar vardır. Belə ki, 8-9

mart 2015-ci il tarixlərində alınmış ifadələrdə qeyd olunur ki, Tural Bəyverdiyev atəşdən əvvəl daraqdan götürmüş olduğu təlim güllələrini sonradan izi itirmək məqsədi ilə mərhumun isti gödəkçəsinin cibinə qoyub. Paltarlara baxış protokolundan isə görünür ki, həmin təlim güllələri mərhumun şalvarının yan cibindən aşkar olunub. Bu şübhə də digər sübutlarla aradan qaldırmaq mümkün olmadığı üçün Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təsfir edilir. Məhkəmə Tural Bəyverdiyevə cəzanın 5 ilini həbsxana rejimində çəkməklə 18 il azadlıqdan məhrumetmə cəzası təyin etməklə onun şəxsiyyətinə də düzgün yanaşmayıb. İş üzrə dindirilən şahid ifadələrindən görünür ki, Tural Bəyverdiyev nizam intizamlı əsgər olmaqla yanaşı, zəhmətkeşliyi ilə də yadda qalıb. Hətta şahidlər onun bu hadisənin törətməsinə belə təəccüblə yanaşıblar. Hadisə vaxtına qədər özünü digər əsgər yoldaşlarından üstünlüyünü nümayiş etdirən hərəkətlər etməyib, ətrafdakılara qarşı laqeyid olmayıb”.

Vəkil bildirib ki, cinayətin Tural Bəyverdiyev tərəfindən törədilməsi halında belə, yaxud məhkəmənin qeyd etdiyi kimi özünü müdafıə kimi təqsirli bilməməsi halında belə ona amansız, qəddar, islah olunmaz bir insan kimi həbsxana rejimi təyin etmək hümanizm prinsipindən tam uzaqdır: “Ona görə də, Gəncə Hərbi Məhkəməsinin hökmünü ləğv edib, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə məhkum olunmuş Tural Bəyverdiyev barəsində ədalətli yeni hökm qəbul edilməsini xahiş edirəm”.

Apelyasiya instansiyasında çıxış edən dövlət ittihamçısı Nəsif Nəcəfov bildirib ki, birinci instansiya məhkəməsinin hökmü tam ədalətlidir. Müdafiə tərəfinin ittihamlarına cavab verən dövlət ittihamçısı qeyd edib ki, apelyasiya şikayətində göstərilən dəlillərin heç bir əsası yoxdur. Nəsif Nəcəfov Tural Bəyverdiyevin vəkilinin səsləndirdiyi apelyasiya şikayətini təmin edilməməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Günəş Bayramova bildirib ki, mərhum Anar Bayramov onun oğludur. Günəş Bayramova oğlunu qatilinin cəzalandırılmasını istəyib.

Tərəfləri dinləyən hakim kollegiyası sonda qərar elan edib. Hakim Bədəl Əliyevin sədrlik etdiyi kollegiyanın qərarı ilə Tural Bəyverdiyevin vəkili Habil Bəhmanovun verdiyi apelyasiya şikayəti təmin edilməyib. Tural Bəyverdiyevin barəsində Gəncə Hərbi Məhkəməsinin çıxardığı hökm qüvvəsində saxlanılıb.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əsgəri öldürən çavuş tutuldu

    Əsgəri öldürən çavuş tutuldu ...

    12-03-2015, 09:09

  • 
  • Əsgər xidmət yoldaşını güllələyib

    Əsgər xidmət yoldaşını güllələyib ...

    9-11-2013, 11:16

  • 
  • Əsgərimiz şəhid olub

    Əsgərimiz şəhid olub ...

    5-08-2015, 15:00

  • 
  • QAZAXDA ŞİDDƏTLİ DÖYÜŞ GEDİR - 1 NƏFƏR YARALANIB

    QAZAXDA ŞİDDƏTLİ DÖYÜŞ GEDİR - 1 NƏFƏR YARALANIB ...

    1-08-2014, 00:12

  • 
  • Ermənistanda öldürülməkdən qorxan əsgər hərbi hissəyə qayıtmaqdan imtina edib

    Ermənistanda öldürülməkdən qorxan əsgər hərbi ...

    1-07-2019, 11:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (532)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu