GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əsabil Qasımovdan prezidentə qarşı ajiotaj – Təfərrüat

Əsabil Qasımovdan prezidentə qarşı ajiotaj – Təfərrüat

Tarix: 15-01-2016, 11:54 Bölmə :Manşet Baxış: 0
Əsabil Qasımovdan prezidentə qarşı ajiotaj – Təfərrüat

Əsabil Qasımovdan prezidentə qarşı ajiotaj – Təfərrüat

Biznesmen deputat un bazarında monopoliya hegemonluğu ilə böhrandan mənfəətlə çıxmağa hazırlaşır; dövlət başçısına bazarda inhisarçılıq yaradanlar barəsində dosye təqdim olunub, “Karat” holdinq rəhbəri seçicilərini seçkidə yada salır

Deputat Əsabil Qasımov un bazarında monopoliya yaradıb. “Gündəm-xəbər”ə verilən məlumata görə, biznesmen parlament üzvü manatın üzən məzənnəyə keçidindən sonra un məmulatlarını kəskin şəkildə bahalaşdırıb.

Ölkə başçısının süni bahalaşmaya gedənlərin cəzalandırılacağı haqda xəbərdarlığına məhəl qoymayan Ə.Qasımovun şirkəti böhrandan mənfəətlə çıxmağı hesablayıb.

Bu da azmış kimi, deputat biznesi olduğunu da ictimaiyyətdən gizlətməyib. Halbuki, deputat mandatı olan şəxsin bizneslə məşğul olması qanunla qadağandır. Onun böyük biznes şəbəkəsinə malik olduğu, bir neçə gəlirli sahəni inhisarında saxlaması artıq heç kimə sir deyil.

Halbuki qüvvədə olan müvafiq qanunvericiliyə görə, millət vəkillərinin, dövlət məmurlarının, vəzifəli şəxslərin şəxsi bizneslə məşğul olmaları qəti qadağandır. Lakin Əsabil Qasımov və onun kimi düşünən digər vəzifə sahibləri, dövlət qulluqçuları hələ də qanunlara məhəl qoymadan biznes fəaliyyətilə məşğul olurlar.

Halbuki millət vəkilinin birbaşa işi, üzərinə düşən əsas vəzifəsi parlamentdə vətəndaşların, seçicilərinin problemlərini, vətəndaşaların sosial narazılıqlarının həllilə məşğul olmaq, həmin problemləri gündəmə gətirməklə dövlətin aidiyyəti orqanların diqqətini onların həllinə yönəltməkdir.

Heç şübhəsiz ki, Əsabil Qasımov bu cür millət vəkillərindən deyil. Elə bu səbəbdən də seçicilər onu millət vəkili yox, məhz deputat adlandırırlar. Çünki Əsabil Qasımov seçicilərin yox, məhz öz şəxsi problemlərini həll etmək üçün deputat mandatına yiyələnib.

Əsabil Qasımovun oğlu Taleh Qasımov tərəfindən idarə olunan "Karat Holdinq" özəl sektorda öz mövqelərini günü-gündən gücləndirir. Bu arada, Əsabil Qasımov isə seçicilərilə maraqlanmır, onların görüşlərinə getmir, bir sözlə, özünü əsl millət vəkili kimi aparmır. Bu səbəbdən də İmişli rayonunda yaşayan və Əsabil Qasımovun seçiciləri olan şəxslər ondan razılıq etmirlər desək, yəqin ki, yanılmarıq.

Bunu həmin seçicilərlə ünsiyyət zamanı dərhal müəyyən etmək olur. Məsələn, seçiciləri iddia edirlər ki, seçkiöncəsi Əsabil Qasımovun tərəfdarları qapı-qapı gəzərək, deputat üçün təbliğat aparsalar da, o, seçki dövründə də şəxsən özü kəndlərə getməyib.

Deputat seçiləndən sonra isə nəinki özü, hətta nümayəndələri belə seçicilərin taleyilə maraqlanmır. Müəyyən məsələlərlə bağlı seçicilər tərəfindən edilən şikayətlərə də deputat tərəfindən heç bir reaksiya verilmir. Özünün və köməkçilərinin telefonları yad nömrələr üçün daim qapalıdır".

Ə.Qasımovun rəhbəri olduğu və oğlu tərəfindən idarə edilən “Karat Holdinq” MMC devalvasiyadan qabaq 18 manata olan 50 kiloluq unu 27,50 manata qaldırıb. Un bazarında panika və hegemonluq yaradan deputatın şirkəti prezidentin tapşırıqlarına qarşı gəlməkdədir.

Ə.Qasımov isə özünə arxayın şəkildə süni qiymət artımına yol veməkdən çəkinmir. Mənbənin sözlərinə görə, dövlət başçısına bazarda inhisarçılıq yaradanlar barəsində dosye təqdim olunub.

Prezidentə çatdırılan materiallarda son hadisələrdən hansı monopolist oliqarx və məmurların sui-istifadə etdiyi haqda faktlar toplanıb. Qaynağımız qeyd edir ki, siyahıda Ə.Qasımovun şirkəti də yer alıb.

Deputatın ölkə başçısının göstərişlərinə əks olaraq addım atması və ağır situasiyada “Kərbəlayı İsmayıl” statusunda olması, sabotajla məşğul olması mərkəzi dairələrin diqqətindən yayınmayıb.

Daxil olan məlumatda iddia olunur ki, ölkə başçısı süni ajiotaj yaradan və kəmfürsətlik edən məmurlar haqda ölçü götürəcək. Ə.Qasımovun un bazarında təşviş yaratması, əhalini çətinə salması və belə vaxtda narazı kütləni aktivləşdirməsi hökumətin iqtisadi siyasətinə xəyanət kimi qiymətləndirilir.

Mətbuat nümayəndələri də Əsabil Qasımovun fəaliyyətini qənaətbəxş hesab etmirlər. Elə bu səbəbdən də əksər media qurumları Əsabil Qasımovun nöqsanlı fəaliyyətini tutarlı arqumentlərlə tənqid edirlər.

Həmin yazılarda deputatın biznes fəaliyyəti, inhisarçılıq meylləri, seçicilərlə təmasdan yayınması, mətbuata qapalı olması və s. bu kimi məqamlar öz əksini tapır.

Bundan başqa, onu da vurğulamaq lazımdır ki, bu gün jurnalistlərin böyük əksəriyyəti Əsabil Qasımovu millət vəkili kimi deyil, məhz iş adamı, bir çox gəlirli biznes sahəsini əlində cəmləməyi bacaran sahibkar kimi tanıyır.

Əsabil Qasımovun adı daha çox biznes qalmaqallarında hallandırılır. Onun deputat kimi, qanunvericilik təşəbbüslərinin irəli sürülməsində, həmçinin parlamentin plenar və komitə iclaslarında aktivliyi müşahidə olunmayıb" deyən məlumatlı şəxs iddia edir ki, Əsabil Qasımov ictimai rəylə hesablaşmayan deputatdır.

Onun hər hansı açıqlamasını, hətta həssas məqamlarda belə bir cümlə şərhini belə eşidən olmayıb. Yəqin o, buna ehtiyac duymur. Çünki başı biznesə qarışdığından digər məsələlərə vaxt ayıra bilmir.

Bundan əlavə, deputat açıq şəkildə bizneslə məşğul olduğunu söyləyib. Onun bu etirafı hüquq-mühafizə orqanları üçün araşdırma mövzusudur. Çünki biznesi olan deputatın işinə baxılmalıdır.

Belə ki, Ə.Qasımov müsahibəsində bunları söyləyib: “Biz unu 27-yə satmırıq. Əvvəla, bütün zavodlar 25.50-26 manata satır. Bu, İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılıb, əhalinin vəziyyəti, devalvasiyanın həcmi nəzərə alınıb.

Əslində, baha satılmalıdır, ancaq satılmır. Bəli, un 18.50-yə, yaxud 19 AZN-ə idi. Təbii ki, keyfiyyətindən asılı olaraq. Əvvəllər, yəni 18.50 AZN-i 1.05-ə bölürdük, edirdi 17.60 AZN. İndi bunu 1.56-ya vurmalıyıq - 27.48 olur. Əvvəlki qiymətlə müqayisədə vəziyyət belə olmalıdır.

Bu gün bazar tamamilə açıqdır. Azərbaycanda 30-dan da çox zavod var. O zavodlara da heç kəs mane olmur. Un bazarında monopoliya adında şey yoxdur. Azərbaycanda 30 zavod un istehsal edir. 30 zavod məhsul istehsal edirsə, burda monopoliyadan söhbət gedə bilərmi? Mənim biznesimdə, un istehsalımda nə monopoliya, nə maneə var”.

Əsabil Qasımovun ailə şirkəti olan “Karat Holdinq”ə məxsus Karmen" unları eynilə yeni müəssisədə də istehsal edilir və Gürcüstan bazarında “Karmen”unları alıcılarına çatdırılır: "Lakin sonrakı fəaliyyətində Əsabil Qasımova məxsus un dəyirmanının Gürcüstanda davamlı vergidən yayınmalara yol verdiyi və buna görə də qonşu ölkənin vergi orqanları ilə deputat arasında gərginlik yarandığına dair məlumatlar dolaşmaqdadır.

Bu səbəbdən də Gürcüstanın vergi orqanları bir müddət əvvəl Əsabil Qasımovdan dövlətə ödənilməsi nəzərdə tutulan verginin ödənilmədiyini gördükdə məhkəməyə müraciət edib. Məhkəmə isə deputatın sahibi olduğu şirkətin vergidən yayındığını təsdiqləməklə bərabər, eyni zamanda vergini vaxtında ödəmədiyindən məbləğə cərimə faizləri də tətbiq edilib.

Əsabil Qasımov isə öz növbəsində, Gürcüstan məhkəməsinin çıxardığı qərarı icra etməyib və hələ də qeyd edilən vergini ödəməkdən boyun qaçırır. Bu səbəbdən də Gürcüstanın rəsmi dairələri Əsabil Qasımovun Gürcüstan ərazisinə daxil olmasına qadağan qoyublar.

Əsabil Qasımov hələ ki, oğlunun hansı dairədən namizəd olacağını dəqiqləşdirməsə də, böyük ehtimalla Taleh Qasımovun şəxsi istəyilə namizədliyini məhz Sumqayıtdan verəcək. Artıq heç kimə sirr deyil ki, Əsabil Qasımov beş ilə yaxındır deputat kimi fəaliyyət götərsə də, indiyə kimi aktiv millət vəkilləri sırasında yer almayıb.

Yəni qanunvericilik təşəbbüslərinin irəli sürülməsində və parlamentin beynəlxalq əlaqələrinin qurulmasında hər hansı aktivliyi olmayıb. İctimaiyyətə qapalı olan deputat seçicilərlə də sıx təmas yaratmayıb.

Digər tərəfdən, rəsmi olaraq sahibkarlıq fəaliyyətilə də məşğul ola bilmir. Bu səbəbdən o, qarşıdakı seçkilərdə özünün yox, oğlunun namizədliyini irəli sürmək niyyətindədir. Belə ki, Əsabil Qasımov artıq planlarını reallaşdırmaqdan ötrü bir sıra cəhdlərdə bulunub və əlaqələrini işə salıb.

Deputat biznesi olduğunu qeyd edir və üstəlik, monopoliya yaratmadığını iddia edir. Gəlin baxaq “Karat Holdinq”in tərkibinə hansı şirkətlər daxildir: “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC (tikinti şirkətləri); “Azinvest” tikinti şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; “ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” və s.

Bunlar sadəcə bizə məlum olan şirkət, fabrik və binalardır. Lakin deputat Əsabil Qasımovun bunlardan başqa saysız-hesabsız əmlaka və mülklərə də sahib olduğu hər kəsə məlumdur. Bu iddialarla bağlı deputatın mövqeyini dərc etməyə hazırıq.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda deputat sakinləri evlərindən zorla çıxarır – Təfərrüat

    Bakıda deputat sakinləri evlərindən zorla çıxarır ...

    20-10-2018, 12:56

  • 
  • Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir?

    Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? ...

    24-11-2020, 10:06

  • 
  • Deputat oğlunun ölüm səbəbi xizək qəzası deyilmiş - TƏFƏRRÜAT

    Deputat oğlunun ölüm səbəbi xizək qəzası deyilmiş ...

    25-01-2019, 11:04

  • 
  • ŞOK: Dörd biznesmen deputatın “qələmi qırılıb”

    ŞOK: Dörd biznesmen deputatın “qələmi qırılıb” ...

    1-04-2014, 10:28

  • 
  • Deputatın şirkətindən iqtisadi sabotaj - İTTİHAM

    Deputatın şirkətindən iqtisadi sabotaj - İTTİHAM ...

    4-01-2019, 12:29


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (416)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu