GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » MTN-nin sabiq idarə rəisinin müavinin cinayət işində şok faktlar

MTN-nin sabiq idarə rəisinin müavinin cinayət işində şok faktlar

Tarix: 18-01-2016, 12:04 Bölmə :Manşet Baxış: 0
MTN-nin sabiq idarə rəisinin müavinin cinayət işində şok faktlar

Nazirliyin istintaq idarəsinin sabiq rəsini Eldar mahmudov tərəfindən himayə edilib

Vüsal Ələkbərovun cinayət işində adı keçən hüquq müdafiəçisi kimdir?

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha bir yüksək rütbəli zabitinin həbs edilməsindən sonar bir çox maraqlı informasiyalar dolaşır. Belə infiormasialradan biri də MTN-nin İstintaq İdarəsinin sabiq rəis müavini Vüsal Ələkbərovun istintaq hərəkətləri ilə bağlıdır. Vüsal Ələkbərov ötən ilin noyabrın 1-də həbs edilib. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Yanvarın sonunda Vüsal Ələkbərovun barəsində seçilmiş həbs qəti imkan tədbiruinin vaxtı bitəcək.

Xatırladaq ki, Vüsal Ələkbərov Göyçaydan olan iş adamını narkotik maddə ilə həbs edərək ondan 200 min manat alıb. Həmin şəxs isə “Aznar” ASC-nin prezidenti, milyarder iş adamı Fərhad Əhmədovun yaxın qohumu olub. Fərhad Əhmədovun müdaxiləsindən sonra məsələyə araşdırılıb və Vüsal Ələkbərov həbs edilib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılan istintaq hərəkətləri yekunlaşsa Vüsal Ələkbərovun cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək. Amma istintaqın belə tezliklə başa çatacağı mümkün deyil.

Çünki Vüsal Ələkbərovun rəhbərlik etdiyi idarədə ayrı-ayrı cinayət işləri üzrə aparılan istintaq hərəkətləri zamanı ciddi nöqsanlar aşkarlanıb. Həmin cinayət işi üzrə adı keçən şəxslər istintaqa çağırılır.

Qeyd edək ki, Vüsal Ələkbərov cinayət işləri üzrə istintaq hərəkətlərini düzgün aparmamaq da, cinayət işi üzrə adı keçən təqsirləndirilən şəxslərə, həmçinin zərərçəkmişlərə hədə-qorxu gəlməkdə və digər ağır cinayətlərdə ittiham edilir.

Bankir və oğlu niyə istintaqa çağırılır?

Belə cinayət işlərindən biri də “Texnikabank”ın Bakı filialının rəhbəri Zal Yusifovun cinayət işidir. Əldə etdiyimiz məlumata görə, artıq Zal Yusifov, onun oğlu İslam Yusifov istintaqa gətirələrək dindirililiblər.

Əldə etdiyimiz məlumata görə, Zal Yusifov cinayət işinin düzgün aparılmaması, onun atasına məxsus olan mülklərin hədə-qorxu yolu ilə özünə məxsus olması barədə MTN-də təzyiqlərə məruz qalması ilə bağlı müvafiq qurumlara şikayət edib.

Qeyd edək ki, Zal Yusifov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvləri Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar. Məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla Zal Yusifov 15 il, oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Dəstənin digər üzvləri isə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.

Bu cinayət işi üzrə 81 nəfərə yaxın zərərçəkmişin, 10 milyon manatdan çox isə dəymiş ziyanın olduğu bildirilir. Zal Yusifov dəfələrlə bildirib ki, dəymiş ziyan onun tərəfindən yox, bankın rəhbərliyi tərəfindən mənimsənilib.

Onu da xatırladaq ki, bu hökümdən Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. O, bildirib ki, müsadirə olunması üçün qəbul edilən qərar əsassızdır. Çünki həmin mülklər onun oğlu Zal Yusifova yox, özünə məxsusdur.

“Texnikabank” işində zərərçəkmişlər kimdən narazıdır?

Zakir Yusifov məhkəmələrə şikayət ərizələri ünvanlayıb. O, həmin ərizələrdə iddia edir ki, məhkəmənin qərarı ilə müsadirə olunması nəzərdə tutulan “Humay” şadlıq sarayı və digər mülklər oğlu Zal Yusifova yox, onun özünə məxsusdur. Zakir Yusifov bildirib ki, “Humay” şadlıq sarayının əmlak hüququna 1992-ci ildə, Rəsulzadə qəsəbəsindəki mülkə isə 2002-ci ildə sahib olub.

Məsələ burasındadır ki, Zal Yusifovun cinayət işi üzrə zərərçəkmişlərə həm istintaqın hərəkətlərindən, həm də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxardığı hökmdən narazı qalıblar. Onlar hakim Əlvsət

Abbasovun sədrlik etdiyi kollegiyanın çıxardığı hökmdən apelyasiya şikayəti veriblər.

Zərərçəkmişlər Bakı Apelyasiya Məhkəməsinə ünvanladıqları şikayətlərində göstəriblər ki, əmanətlərini Zal Yusifova verməyiblər. Onlar “Texnikabank”ın Bakı filialına gedərək, əmanətlərini depozit olaraq banka qoyublar. Bankdan əmanət kitabçası da alıblar. Zərərçəkmişlər hesab edibər ki, pullarını banka qoyublar, həmin bankda onların pullarını ödəməlidir.

Ziddiyyət təşkil edən qərarlar

Amma Bakı Apelyasiya Məhkəməsi zərərçəkmişlərin şikayətini təmin etməyib. Bu zaman zərərçəkmişlər Ali Məhkəməyə müraciət ediblər. Onların müraciəti əsasında iş yenidən apelyasiya instansiyasına qaytarılsa da, şikayətləri yenə də təmin edilməyib. Ali Məhkəmə növbəti dəfə zərərçəkmişlərin şikayətini təmin etmədiyi üçün onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. Artıq onlaerın şikayəti beynəlxalq məhkəmədə icraata götürülüb.

Qeyd edək ki, Zal Yusifov həbs ediləndən sonra bir çox zərərçəkmişlər “Texnikabank”a qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırıblar. Həmin məhkəmə də zərərçəkmişlərin iddiasını təmin edirək, dəymiş ziyanın “Texnikabank”ın vəsaiti hesabına ödənilməsi barədə qərar qəbul edilib. Həmin qərardan “Texnikabank”ın rəhbərliyi apelyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin qərarını ləğv etməyə müvafiq olublar.

İdarə rəisinin daha hansı cinayəti var?

Onu da qeyd edək ki, Vüsal Ələkbərovun daha bir qanunsuz cinayət əməli müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstənin üzvlərinin ibtidai istintaqı ilə bağlıdır. İddia olunur ki, Vüsal Ələkbərov bu cinayət işi üzrə də saxtakarlığa yol verib.

Bu dəstə 2012-ci ilin fevralında keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib.

Onlar kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli biliniblər.

Bui cinayət işi üzrə mühakimə olnuaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunan Elçin Abdullayevin vəkili Türkel Süleymanlı bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs, hazırda həbsdə olan Elçin Abdullayev keçmiş MTN Baş İstintaq İdarəsinin sabiq rəis müavini Vüsal Ələkbərov tərəfindən təqibə məruz qalıb və əsassız olaraq həbs edilib.

Vəkilin sözlərinə görə, heç bir zərərçəkən tərəf olmasa da, bu cinayət işi yalnız maddi maraq əsasında MTN tərəfindən başlanıb: “Elçin kompüter sahəsində mütəxəssis işləyib. İddia edirlər ki, dəstənin rəhbəri olan Rəhman Musayev guya transmilli beynəlxalq cinayətkar qrup yaradıb və banklardan külli miqdarda vəsait oğurlayıblar. Halbuki Elçinlə Rəhman arasında heç vaxt vəzifə, pul bölgüsü olmayıb. Vüsal Ələkbərov öz maraqlarına görə oğurluqla bağlı olan cinayət işinin istintaqını Daxili İşlər Nazirliyinə verməyib. Qeyd edirlər ki, guya Hindistan, Rusiya, ABŞ və digər ölkələrin vətəndaşlarından ibarət cinayətkar qrup formalaşdırılıb. Çox maraqlıdır ki, beynəlxalq transmilli cinayətkar qrup adlandırdıqları qrupun tərkibində olan 5 nəfərin hamısı Azərbaycan vətəndaşıdır. Heç bir cinayət epizodu göstərilməsə də, heç bir xarici bank və fiziki şəxsin şikayəti, hətta adı olmasa da, Vüsal Ələkbərov Elçin Abdullayevin 140 min, Emin Zəkiyevin isə 40 min manat mənimsədiyini yazaraq, onları özgə əmlakını talamaqda ittiham edib”.

Vəkil iddia edib ki, Vüsal Ələkbərov Azərbaycan Beynəlxalq Bankının əməkdaşları ilə cinayət əlaqəsinə girərək, bank əməkdaşlarının guya Elçin Abdullayev və Emin Zəkiyevin əməli nəticəsində 6180 manat ziyan çəkdiyini cinayət işinə əlavə edib: “Bu vəsait həbs olunan şəxslərin ailələri tərəfindən ödənilib. Halbuki, nə istintaq, nə də məhkəmə zamanı Azərbaycan Beynəlxalq Bankı tərəfindən hər hansı xarici bank və ya fiziki şəxsin tələbnaməsi bizə təqdim olunmayıb”.

Vəkil qeyd edib ki, Vüsal Ələkbərov dəstə başçısı Rəhman Musayevdən külli miqdarda pul alaraq onun barəsində həbs qətimkan tədbirini dəyişdirməyə nail olub: “Ancaq yeni dünyaya gəlmiş övladı olan Elçin Abdullayev, anası onkoloji xəstə olan Emin Zəkiyev və digərləri barəsində qətimkan tədbiri dəyişdirilməyib. Rəhman Musayev hazırda azadlıqda olsa da, onun konkret harada olduğu məlum deyil. MTN tərəfindən bu şərti qrupun yaradılması birbaşa pul mənimsəməklə bağlıdır. Vüsal Ələkbərov həbs olunan şəxslərdən pul tələb edib. Deyib ki, pulu dövlətə ödəyin, dövlət də mənəm”.

Bir-birlərini tanımayan dəstə üzvləri

Vəkil əlavə edib ki, Ağır Cinayətlər Məhkəməsinin qərarında Bakı Apelyasiya Məhkəməsinə şikayət etsələr də, hökm dəyişdirilməyib.

Xatırladaq ki, MTN-nin sözügedən faktla bağlı yaydığı məlumatda göstərilib ki, Azərbaycan Respublikasının vətəndaşları – Musayev Rəhman Sahib oğlu, Abdullayev Elçin Tariyel oğlu, Zəkiyev Emin Tahir oğlu, Dadaşlı Mikayıl Elşad oğlu və qeyriləri mütəşəkkil dəstə tərkibində İnternetdən istifadə etməklə qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olub onların surətlərini əldə edərək 2008-2011-ci illər ərzində həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarmış və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar.

Vüsal Ələkbərovun bu qanunsuz əməllərindən sabiq milli təhükəsizlik nazirli Eldar Mahmudovun birbaşa xəbəri olub. Hətta iddia olunur ki, Vüsal Ələkbərovun qanunsuz əməllərini Eldar Mahmudov məhkəmələrdə ört-basdır edib. Onun sifarişi ilə məhkəmə istintaq sənədlərini düzgün araşdırmayıb. Belə olan halda da məhkəmə MTN-nin istintaq şöbəsi tərəfindən məhkəməyə göndərilən ittiham aktını öz hökmündə əks etdirib. Dolayı yolla Vüsal Ələkbərovun qanunsuz əməllərinə məhkəmə hüquqi don geyindirməli olub.

Onu da qeyd etmək yerinə düşər ki, Eldar Mahmudovun rəhbərliyi dövründə MTN tərəfindən aparılan yüzlərlə cinayət işi məhkəməyə daxil

olub. Həmin cinayət işləri üzrə maraqlı faktlar ortaya çıxsa da, heç birinə hüquqi qiymət verilməyib.

Məhkəmədə mühakimə olunan şəxslərin işgəncə görmələri ilə bağlı səsləndirdikləri faktlar nə Ədliyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası tərəfindən, nə də məhəkəmlər tərəfindən düzgün araşdırılmayıb.

Yayılan xəbərlərə görə, Vüsal Ələkbərov istintaqa verdiyi ifadəsində törətdiyi əməllərdən sabiq MTN şefinin xəbəri olmasını bildirib. Həmin cinayət işi üzrə Eldar Mahmudov şahid qismində istintaq dəvət edilib.

Vüsal Ələkbərovun əməllərində daha bir şəxsin adı çəkilir. Həmin şəxsin adını öyrənə bilməsək də, onun hüquq müdafiəçisi olduğu deyilir. Vüsal Ələkbərovun cinayət işi tam nəzarətdə saxlanılır, ciddia araşdırma aparılır.

Hətta baş prokuror Zakir Qaralov bu cinayət işinə özü nəzarət edir. O, aparılan gündəlik istintaq hərəkətləri ilə tanış olur. Zakir Qaralovun müvaniləri iş üzrə dindirilmələrə də birbaşa nəzarət edirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MTN polkovnikinin həbs müddəti uzadıldı

    MTN polkovnikinin həbs müddəti uzadıldı ...

    10-02-2016, 18:45

  • 
  • Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR

    Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR ...

    10-07-2017, 16:45

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • Eldar Mahmudovun adamı ilə bağlı QƏRAR - əmlakının müsadirə edilməsini dayandırılıb

    Eldar Mahmudovun adamı ilə bağlı QƏRAR - ...

    1-05-2019, 22:32

  • 
  • MTN Antiterror Mərkəzinin sabiq rəis müavini apellyasiya şikayəti verdi

    MTN Antiterror Mərkəzinin sabiq rəis müavini ...

    23-10-2015, 21:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu