Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V. Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərar çıxarıb. 12 il müddətinə azadlıqdan məhrum edilən polkovnikin keçmiş rəhbəri, general Mövlam Şıxəliyev və sabiq nazir Eldar Mahmudov barəsində də cinayət işi açılması haqda qərar qəbul edilib.
Məhkəmənin hökmü ilə V. Ələkbərovun əmlakı müsadirə edilərək, zərərçəkmiş iş adamı Akif Qurbanova verilib.
Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib.
Məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib.
Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) və digər maddələrlə ittiham olunub./ölkə.az
Sorğu
Yeni dizaynımız necədir?