GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Clear” oteldə nələr baş verir? – ŞOK FAKTLAR

“Clear” oteldə nələr baş verir? – ŞOK FAKTLAR

Tarix: 25-01-2016, 20:05 Bölmə :Manşet Baxış: 0
“Clear” oteldə nələr baş verir? – ŞOK FAKTLAR

Bu gün “Clear” həm də dörd ulduzlu hotel adı altında da fəaliyyət göstərir. Amma, əsl həqiqət hər kəsə bəllidir ki, “Clear” necə hoteldir və hansı yöndə də fəaliyyət göstərir

Binəqədi rayonu ərazisindəki “Clear” hotelin hansı yöndə fəaliyyət göstərməsindən, yəqin ki, tam əksəriyyət məlumatlıdır. Əslən Yardımlı rayonundan olan Fəxrəddin və Fikrət qardaşlarının sahiblik etdikləri bu hotel də, digər hotellər kimi, hal-hazırda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradan ünvanlardan biri olaraq fəaliyyət göstərməkdədir. Belə bir səbəblər üzündəndir ki, hər gün saat 8-dən sonra “Clear”da müştəri bolluğu yaşanır və yaş həddindən asılı olmayaraq qadınlar cinsi zoraklığa da sürüklənirlər.

Əvvəla onu qeyd edək ki, bu hotelə kənardan diqqət yetirdikdə, çox keçmir ki, hotelin ümumi görkəmi hər kəsin nəzər-diqqətini özünə cəlb edir. Belə bir səbəb üzündən də, “Clear”ın yaraşıqlı, səviyyəli, mədəni bir ünvan olduğu anlamını hər kəs düşüncəsində formalaşdırır. Amma, hotelin həyətindən içəri daxil olduqda, çox keçmir ki, kiminsə düşündükləri bir anın içərisindəcə altüst olur. Çünki, həmin vaxt bilib görürsənki “Clear” əməlli-başlıca “proton”dur. Yəni, bu hoteldə təqribən 30-35 otaq var ki, hər bir otaqda da qadınların cinsi istismara məruz qalmaları üçün, hotel sahibi tərəfindən hər cür şərait yaradılıb. Belə bir səbəb üzündəndir ki, adıçəkilən ünvanda azyaşlı qızlar belə müştəri “hüzurunda” sərasər dayanıb, gün ərzində bədənlərini satmaqla pul qazanırlar. Əldə etdiyimiz məlumatlara görə həmin qızlar hər gün 10-15 nəfərlə “yaxınlıq edirlər” ki, bu da əksər hallarda bir çox fəsadların əmələ gəlməsi ilə də nəticələnir.

“Clear” haqda bəzi məlumatları əldə edərkən onu da müəyən edə bildik ki, ilk əvvəl onun tikintisi aparılarkən ətraf ərazidə yaşayan sakinlər tikintiyə etiraz ediblər. Həmin vaxt hotel sahibləri sakinlərə bildirirlər ki, “bu yerdə idman təyinatlı bir mərkəz olacaq” deməklə, onlar sakinləri aldada biliblər. Çox keçmir ki, aparılan tikinti işləri başa çatdırılır və həmin ərazidə hotel tikilir. Hoteldə ilk əvvəl müştərilərə normal xidmət göstərilsə də, çox keçmir ki, həmin ünvan ən böyük əxlaqsızlıq ünvanlarından birinə çevrilir.

Diqqəti o hal da cəlb edir ki, “Clear”ın sahibi olan Fəxrəddin və Fikrət qardaşlarının, ölkəmizin qonşuluğunda olan dövlətlərlə, xüsusilə də İranla uran biznesinə girişmələri haqda müəyyən çevrələrdə bəzi söz-söhbətlər dolaşmaqdadır. Amma, hər iki qardaş əldə etdikləri gəlirlərinin daha çoxunu, qadın alverindən əldə etmələri haqda da məlumatlara malikik.

Düzdür, Fəxrəddin və Fikrət qardaşları bu gün bir sahibkar olaraq fəaliyyət göstərirlər və bu gün sahibkarlığın inkişafına dövlət tərəfindən lazımınca dəstək də verilir. Amma, Fəxrəddin və Fikrət qardaşları isə, nədənsə yaradılan şəraitdən başqa məqsədlər üçün istifadə etməkdədirlər. Yəni, onlar qeyri-qanuni yollara üz tutub gəlirlərini artırmaqda davam edirlər. Həmin şəxslərin pul qazanmaq istəyi, mütəmadi olaraq qanun pozuntuları ilə də müşayiət olunur. Ən böyük qanunsuzluq isə, vergi məsələləri ilə bağlıdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, əldə etdiyi gəlirin müəyyən hissəsini hər rüb dövlətə vergi şəklində ödəməli olduğu halda, Fikrət və Fəxrəddin qardaşları isə, kimlərəsə arxalanaraq çox zaman vergidən yayınırlar.

Məlumatlı mənbədən əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, “Clear” hotelin bu gün dövlətə külli miqdarda borcu var və həmin borc da illər uzunudur ki, yığılıb qalıb. Verilən məlumatlarda o da bildirilir ki, Vergilər Nazirliyinin əməkdaşları obyektin müdiriyyətinə borclarını ödəməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq etsə də, hələ ki, heç bir nəticə yoxdur.

Ümumiyyətlə, bu gün “Clear”da biabırçı vəziyyət hökm sürür. Etika naminə bəzi məqamları açıb-ağartmaq istəmirik. Onu da vurğulayaq ki, artıq hotelinin yaxınlığındakı binalarda yaşayan sakinlər, adı çəkilən hoteldə yaşanan vəziyyətlə barışa bilmirlər. Belə bir vəziyyət yəqin ki, nə vaxtsa hansısa “partlayış”a da səbəb olacaq.

Hotelin müştəriləri arasında yüngül əxlaqlı qızların üstünlük təşkil etmələri də, bir çox məqamlardan xəbər verir. Faciəli hal odur ki, son illər Bakıda və ətraf ərazilərdəki hotel və istirahət mərkəzlərinin əksəriyyəti, təyinatlarını dəyişməklə əxlaqsızlıq yuvası olaraq fəaliyyət göstərirlər.

Bir anlığa diqqət yetirək, “Clear” hotelə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya verilib. Yəqin ki, nazirlik rəsmiləri qeyd olunan ünvana lisenziya verməzdən öncə, çox böyük ehtimalla ki, həmin obyektdə müəyyən yoxlama tədbirləri də aparıblar. Görəsən onlar

yoxlama tədbirlərini necə aparıblar və təsdiq olunub verilən lisenziya, təyinatı hansı yondə olan “Clear”a verilib?

Bəzi mənbələrdən belə bir məlumat da daxil olub ki, Fəxrəddinin adı vaxtilə bəzi cinayət əməllərində də hallandırılıb. Yəni, onun da iştirak etdiyi dəstənin üzvləri, hələ bir neçə il bundan öncə İrana nüvə yanacağı istehsalı üçün xammal–uran maddəsi aparan zaman, MTN-nin əməkdaşları tərəfindən ifşa olunublar. Keçirilən əməliyyatdan sonra, nədənsə dəstənin bütün üzvləri məsuliyyətə cəlb olunmayıblar. Bu da ona görə baş verib ki, dəstə yüksək səviyyəli məmurlardan biri tərəfindən himayə olunub. Məlumatlarda o da bildirilir ki, sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun dönəmində keçirilən həbs zamanı Fəxrəddin də həbs olunanlar sırasında olub.

Sadaladığımız belə bir olaylardan başqa onu da vurğulayaq ki, bu gün “Clear” həm də dörd ulduzlu hotel adı altında da fəaliyyət göstərir. Amma, əsl həqiqət hər kəsə bəllidir ki, “Clear” necə hoteldir və hansı yöndə də fəaliyyət göstərir? Eyni zamanda, həmin ünvanda gündəlik hansı hoqqalara da qol qoyulur? Bu belə olduğu halda, bəs eyib deyilmi ki, “Clear” dörd ulduzlu hotel də adlandırılır? Axı, həmin ünvan hotel deyil, yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradılan bir məkandır. Odur ki, bu ad adı altında həmin ünvanın dörd ulduzlu hotel adlandırılması, olduqca təəssüf doğuran haldır. Əslində hər kəs həmin ünvanı ən böyük əxlaqsızlıq ünvanı adlandırmalı və bəlli münasibətini də ortaya qoymalıdır. Əsl faciə ondan ibarətdir ki, həmin hotelə bitişik “Clear” şadlıq sarayı da fəaliyyət göstərir. Bir anlığa fikir verək, bir-birinə bitişik böyük bir obyektin bir tərəfində toy məclisi keçirilir, bir tərəfində isə yaş həddindən asılı olmayaraq qadınlar cinsi istismara məruz qalırlar. Bəs buna nə ad vermək olar? Axı, biz azərbaycanlıyıq! Xalqımıza məxsus milli-mənəvi əxlaqımız, tarixi keçmişimiz, unudulmaz dəyərlərimiz var! Bax, belə olan halda biz həm düşünməli, bir qədər də götür-qoy etməliyik.

Bir məqama da diqqəti yönəldək ki, həmin ünvan haqda hansısa mətbu orqanda tənqidi məqalə işıq üzü görərkən, bəzi üzdəniraq KİV nümayəndələri, daha dəqiq desək, mətbuatda “yengə rolu”nu oynayanlar, çox keçmir ki, meydana atılırlar və “Clear”la işin olmasın, onlar mənə yaxın adamlardır”da deyirlər. Bu zaman onlara üz tutub “sizə ar olsun” və kimi, hansı ünvanı müdafiə etdiyinizi heç düşünürsünüzmü deyirik! Odur ki, oturun bir qədər də fikirləşin deyirik.

Qeyd edəcəyimiz məqamlardan biri də ondan ibarətdir ki, hələ ölkə rəhbərinin 06 fevral 2009-cu il tarixli 133 sərəncamına əsasən, “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” (2009-2013-cü illər üçün) ilə əlaqədar Prezident Administrasiyasına, aparılan mübarizənin nəticəsi ilə bağlı geniş hesabat təqdim olunmuşdur. Və 2014-2018-ci illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması məqsədilə, yeni “Milli Fəaliyyət Planı” da imzalanmışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən

edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə “Clear”a sahiblik edənlərin və yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində, irəli sürülən tələblərə əməl olunmadığı açıq-aydın görünür. Bu belə olduğu halda səbəb nədir ki, ortada müvafiq sərəncam və tələb olunan prinsiplər olsa da, “Clear”a sahiblik edənlər nə sərəncamı sayırlar, nə də ki, onun prinsiplərini qəbul edirlər. Axı, hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdiyi ünvanda qadınların cinsi istismarına şərait yaratmaqla, çox zaman vergidən yayınmaqla, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, ünvan sahiblərinin yerinə yetirdikləri “şərəfli vətəndaş” borcu budurmu? Bax, bu haqda düşünmək, belə bir olaylar haqda götür-qoy etmək lazımdır ki, əksər mətləblərdən xəbər tutmaq mümkün olsun.

Sadalananlarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Araşdırmamız davam edəcək, bizi izləməyi unutmayın.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Priton" kimi fəaliyyət göstərən "Clear" hoteli virus çəlləyinə çevrilib

    "Priton" kimi fəaliyyət göstərən ...

    20-08-2015, 21:33

  • 
  • "Clear" kimə məxsusdur? Ağalar Vəliyevin otel qalmaqalı

    "Clear" kimə məxsusdur? Ağalar ...

    15-04-2016, 00:16

  • 
  • "Clear" kimə məxsusdur? Ağalar Vəliyevin otel qalmaqalı

    "Clear" kimə məxsusdur? Ağalar ...

    15-04-2016, 00:18

  • 
  • “Clear” otel və sahibi haqda şok iddialar: gizli biznesdən Ermənistan əlaqələrinədək – VİDEO

    “Clear” otel və sahibi haqda şok iddialar: gizli ...

    2-03-2020, 09:34

  • 
  • “Maral” restoranı və milli-mənəvi əxlaq məsələsi

    “Maral” restoranı və milli-mənəvi əxlaq məsələsi ...

    21-06-2015, 07:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu