Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyev daha bir beynəlxalq mükafata – Avropa Vəkillər Birliyinin (CCBE) ali insan haqları mükafatına layiq görülüb. Bu barədə hüquq müdafiəçisinin oğlu Nəcmin Kamal Facebook səhifəsində yazıb. Mükafat Vyanada CCBE Daimi Komitəsinin 124-cü fövqəladə Plenumumda təqdim olunub. İntiqam Əliyev 2014-cü il avqustun 8-də vergilərdən yayınma, sui-istifadə, qanunsuz sahibkarlıq və israfçılıq ittihamları ilə həbs edilib. 2015-ci il aprelin 22-də o, 7,5 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 21-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. “Amnesty International” təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib. CCBE öz sıralarında 32 Avropa ölkəsindən 1 milyon hüquqşünası birləşdirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?