GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Fazil Məmmədov prezidetin tənqidindən nəticə çıxarmadı

Fazil Məmmədov prezidetin tənqidindən nəticə çıxarmadı

Tarix: 8-02-2016, 18:47 Bölmə :Manşet Baxış: 0
Fazil Məmmədov prezidetin tənqidindən nəticə çıxarmadı

Vergilər nazirinin “Gündəm Xəbər”ə təzyiqləri davam edir

Son dövrlər Prezident İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən biri də vergilərin yığılması və Vergilər Nazirliyinin fəaliyyətidir. Belə ki, ötən il Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət başçısı bununla bağlı öz fikirlərini açıqladı və sahibkarlara mühüm mesaj, Vergilər Nazirliyinə tapşırıqlarını verdi. Dövlət başçısı Vergilər Nazirliyinin son zamanlar müşahidə olunan sərt addımalrına son qoyulmasının vacibliyini diqqətə çatdırdı.

Xarici sərmayələrin daxili səraməyələri üstələdiyini, neft gəlirlərinin azaldığını, vergilərin tam ödənilmədiyini, bu zamana qədər vergi ödənişi ilə bağlı dövlətin güzəştli mövqe sərgilədiyini qeyd edən dövlət başçısı yeni mərhələdə fərqli yanaşma olacağını bəyan edib: “Mən giriş sözümdə qeyd etdim ki, son bir neçə il ərzində bəlkə ilk dəfədir, xarici sərmayə daxili sərmayəni üstələyib. Nəyə

görə? Ona görə ki, daxili investisiyalar azalıb. Daxili investisiyaların böyük hissəsi dövlət büdcəsi, yaxud da ki, Dövlət Neft Fondu hesabına formalaşıb. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda, əlbəttə, hər bir hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz haradadır. Biz bu rezervləri aşkar etmişik. Görmüşük ki, bir çox hallarda vergilər ödənilmir, burada yayınmalar baş verir. Bunu hamı - sahibkarlar da, cəmiyyət də bilir. Yəni, əfsuslar olsun, vergivermə mədəniyyəti bizdə tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur. Digər dövlət qurumları da vergiləri tam şəkildə ödəyirlər. Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir.

Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə, sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz

verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq.

Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən

bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”.

Göründüyü kimi president öz çıxışında vəziyyəin nə yerdə olduğunu çılpaqlığı ilə göstərdi. Doğrudan da illərdir ki, Vergilər Nazirliyi sahibkarlara divan tutur. Dövlət başçısının sözləri ilə desək, vergi məmurları sahibkarların boğazına çökür və onları boğur. Prezidentin Vergilər Nazirliyini tənqid etməsi də məhz bu vəziyyətin illərdir belə davam etməsi oldu.

İş burasındadır ki, Vergilər Nazirliyinin Vergi Auditi Departamentinin əməkdaşları kiçik və orta sahibkarlıq subyektlərindən hər il illik qeyri-rəsmi yığımlara start verirlər. Vergi auditorları müəssisələrin dövriyyəsindən asılı olaraq sahibkarların hər birindən 10-30 min manat arası “təzminat”, qanuni ödənişləri isə 15-20 faiz artırmağı tələb edirlər

İş adamlarının sözlərinə görə, illərdir Vergi Auditi Departamenti sahibkarlardan tipik reketlər kimi haqq yığır. Hətta bütün dövriyyəsini qanuniləşdirən, qara mühasibatlıqdan istifadə etməyən iş adamlarından da

təzminat tələb edilir. Belə sahibkarlara bildirilir ki, vergidən yayınmaq istəsələr buna göz yuma bilərlər, ancaq təzminat mütləq verilməlidir. Buna müqavimət göstərən iş adamları isə vergi auditorlarının hədələrinə məruz qalırlar. İş adamları ”külli miqdarda vergidən yayınmaya görə barələrində cinayət işinin açılacağı və yaxud “iri məbləğli cərimələrlə” təhdid edilir. Bazarlığın da ciddi nəticələri olmur, tanışlıq, xahiş-minnət sayəsində tələb edilən məbləğin yalnız 5-10 faizi güzəşt edilir.

Sahibkarlar bildirir ki, əvvəlki illərdə təzminat nağd şəkildə tələb edilirdisə, indi tələb edilən məbləğin xüsusi hesablara köçürülməsi tapşırılır. Özü də vergi auditorları istisnasız olaraq bütün müəssisələrdən təzminat yığırlar. Hətta yüksək səviyyədə çətiri olan müəssisələr vergi auditorlarının tələbindən imtina edə bilmirlər. Onların himayədarlarının müdaxiləsi də heç bir effekt vermir. Bu təzminatlara dözməyən onlarla müəssisə fəaliyyətini dayandırmağa, bizneslərini qonşu ölkələrə köçürməyə məcbur olur.

Təzminatın niyə nağd şəkildə yox, xüsusi hesablara köçürülmə vasitəsilə alınmasının səbəblərinə gəldikdə isə bunun izahı sadədir. Birincisi, vergi auditorları sahibkarların Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə

İdarəsinə müraciət edəcəyi təqdirdə, faktı sübut etmək mümkün olmasın. Nağd ödənişdə bu, asanlıqla sübuta yetirilir - şikayətçiyə xüsusi nömrələnmiş pullar verilir ki, qarşı tərəfə təqdim etsin və rüşvətxor məmur yaxalananda bu pullar danılmaz fakt olur. İkincisi yığılan təzminatların itkisiz şəkildə vahid kassaya daxil olması təmin edilir. Bu fakt onu göstərir ki, Vergi Auditi Departamentinin auditorlarının təzminat yığma əməliyyatları özfəaliyyət yox, mərkəzləşdirilmiş, Vergilər Nazirliyinin rəhbərliyi səviyyəsində himayə edilən prosesdir. Bu, həm də korrupsiyanın mərkəzləşdirilməsi deməkdir.

Neft hasilatının azalması büdcə gəlirlərinin yığılmasında ciddi problemlər yaradır. Qeyri-neft sektorunun məhdud imkanları və neft gəlirlərinin azalması hökuməti fakt qarşısında qoyub. Ona görə də nazirlik yeganə çıxış yolu kimi sahibkarlardan yığılan vergilərin həcmini inzibati yolla artırmaq kursu götürüb. Təbii ki, bu qanunsuz və biznes mühitinin ağırlaşmasına xidmət edən bir addımdır. Özü də büdcəyə ödənilən vergilərin həcminin artırılması ilə yanaşı, sahibkarlardan yığılan təzminatların da həcminin artması göstərir ki, Vergilər Nazirliyi sözün bütün mənalarında sahibkarlara divan tutmaqla məşğuldur.

Təbii ki, belə kütləvi xərac yığılması vergilər naziri Fazil Məmmədovun sanksiyası olmadan mümkün deyil. Sahibkarlardan xərac yığan vergi auditorları da nazirin tapşırığını yerinə yetirdiyini deyirlər. Görünən budur ki, büdcə gəlirlərinin yığılmasında çox ciddi problemlərin yaşandığı bir vaxtda da vergilər nazirliyinin rəhbərliyi dövlət büdcəni doldurmaqdan daha çox şəxsi büdcələrini artırmaq haqda düşünürlər.

Beləliklə, ölkədə bu gün gedən son proseslər, iqtisadi hadisələr, eyni zamanda generalların həbsi, maliyyə xəyanəti, bəzi MTN məmurlarının dövlətə vurduğu zərbə, sahibkarlara edilən zülmlər, eks-nazir Eldar Mahmudovun ifşası fonunda bəzi məmurların hələ də “gözü çıxmış qardaşından” ibrət dərsi götürmədiyi anlaşılır. Vergilər naziri də bu sıraya aiddir. Hətta prezidentin xəbərdarlığından sonra da bu sferada vəziyyət dəyişməyib.

Hətta nəinki vəziyyət dəyişməyib, bəzi vəzifə sahibləri sahabkarlara qarşı qanunsuz əməllərini ört-basdır etmək üçün hətta KİV-i təzyiq altında, maddi basqılar altında saxlamağa, məhkəmə çəkişmələri ilə zəiflətməyə də davam edirlər.

Hazırda ən ağır şərtlər altında çalışan, ciddi maliyyə problemləri içərisində işləyən, satışı belə bəzi yerlərdə qadağan olunan “Gündəm-xəbər” qəzeti bütün bu çətinliklərə duruş gətirməkdədir.

Qəzetin çapında, satışında yaranan problemlər, manatın devalvasiya olduğu vaxtda ən gərgin şərtlərlə çıxan qəzet digər tərəfdən də məhkəmə basqıları ilə üz-üzə qalıb.

Ölkənin aparıcı qəzetinin satışına qoyulan qadağa, məhkəmə qərarları, cərimələr və digər inzibati metodlar nəticəsində Azərbaycanın ən tirajlı tənqidçi mediası süquta uğradılır.

“Gündəm-xəbər” çox ağır keçən 2015-ci ili geridə qoyaraq yeni ildən söz azadlığının inkişafı üçün daha böyük töhfələr verməyə cəhd edir. Təbii ki, ölkə başçısının da bu istiqamətdə dördüncü hakimiyyətə dəstəyi ən yüksək səviyyədədir. Ancaq məmurlar öz dəsti-xəttini dəyişmək istəmirlər.

Belə ki, “Gündəm Xəbər” qəzetinin təsisçisinin guya vergidən yayınması ilə bağlı 213.2-ci maddə ilə cinayət işi

qaldırılıb. Bununla bağlı ilk proses Gəncə şəhər Kəpəz rayon Məhkəməsində başlanıldı.

20 may 2013-cü il tarixdə keçirilən məhkəmə prosesində “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərli barədə üç il şərti, iki il isə sınaq müddətinə məhkəmə hökmü elan olundu.

Çıxarılmış qərarla razılaşmayıb, Gəncə Apelyasiya Məhkəməsinə apelliyasiya şikayəti verilsə də, Apelyasiya Məhkəməsi Kəpəz rayon Məhkəməsinin çıxartdığı qərarı qüvvədə saxladı.

Bununla da razılaşmayıb, çıxarılmış qərardan Ali Məhkəməyə müraciət etdik. 02 sentyabr 2015-ci il tarixdə birinci instansiya məkhəməsinin çıxartdığı qərar, Ali Məhkəmə tərəfindən də qüvvədə saxlandı. Bu da onu söyləməyə əsaslar verir ki, tənqidə dözümsüzlük nümayiş etdirən məmurlar tərəfindən verilmiş sifarişlər, məhkəmələrin ədalətsiz qərarlar qəbul etmələri ilə nəticələndi.

20 may 2015-ci il tarixdə qəzetin təsisçisi barədə çıxarılmış iki il şərti cəza müddəti başa çatdıqdan sonra, 23 oktyabr

2015-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində, yenidən Azərbaycan Respublikasının CPM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 152950067 nömrəli cinayət işinə başlanıldı və ittiham aktının araşdırılması üçün toplanmış iş materialları, CM-nin 306.2-ci maddəsi ilə Yasamal rayon Məhkəməsinə də göndərildi.

Hazırda işin araşdırılması Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatındadır. Fevralın 3-də məhkəmədə prokuror “Gündəm Xəbər”in baş redaktoru barəsində 5 il azadlıqdan məhrumetmə cəzasının seçilməsini tələb etdi. Növbəti proses 16 fevral 2016-cı il tarixdə saat 11:00-da keçiriləcək.

Bəs, bütün bunlar necə başladı? Hələ dörd il bundan əvvəl Mətbuat Şurası qəzetlə bağlı Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə əsası olmayan müraciət ünvanlasa da, həmin müraciət çox keçmədi ki, qeyd olunan qurum tərəfindən Mətbuat Şurasına qaytarıldı.

Belə bir yanaşmadan sonra, bəzi məmurların qəzetimizə qarşı sifariş taktikası dəyişdirildi. Yəni, çox keçmədi ki, Vergilər Nazirliyinin Audit Departamenti “Gündəm Xəbər” qəzetinin redaksiyasında yoxlamalar aparmağa başladı.

Aparılan yoxlamalar zamanı qərəzli yanaşmalarını ortaya qoyan Vergilər Nazirliyinin əməkdaşları, qəzetin təsisçisinə qarşı fantastik məbləğ-71 min 478 manat. 16 qəpik həcmində cərimə tərtib etməklə bərabər, üstəlik həmin məbləğin 50 faizi miqdarında əlavə maliyyə sanksiyası da tətbiq etdilər.

Həmin vaxt səyyar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, gündəlik və çoxsaylı tirajla çıxan “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinin dövriyyəsi ilə eyniləşdirdilər.

Amma Vergilər Nazirliyinin Audit Departamentinin əməkdaşları qəzetin bir ədədinin real satış qiyməti 40 qəpiyə olduğunu və qəzetlərin satışı ilə məşğul olan şirkətlərə 16 qəpik qaldığını, eyni zamanda qəzetlərin 40-50 faizinin satılmadığını nəzərə almadılar.

Vergilər Nazirliyinin əməkdaşları yalnız tiraj və dövriliklə bağlı deyil, eyni zamanda qəzetin gəliri ilə də bağlı ciddi

yanlışlığa yol verdilər. Yayım firmalarının təqdim etdiyi sənədlərdə qəzetin gəliri real olaraq göstərilir.

Məhkəmə prosesində istər təsisşinin istərsə də şahidlərin verdikləri ifadələr zamanı, Vergilər Nazirliyinin audit yoxlamasının ortaya çıxardığı rəqəmlərlər ziddiyyət təşkil etdiyindən bir sıra müəmmalı məsələlərin də araşdırılmasına zərurət yarandı.

Keçirilən məhkəmə prosesində vəkil Zaur Niftəliyev, şahidlərin və təsisşinin verdiyi ifadələri əsas tutaraq, Vergilər Nazirliyinin xətti ilə audit yoxlama aparmış İmran Nurməmmədovun tərtib etdiyi aktdakı rəqəmlərin ziddiyət təşkil etməsini əsas tutaraq, işin yenidən ekspertizaya qaytarılmasını dövlət ittihamçısı Mahir Hacıyevdən və hakim Yaşar Həşimovdan xahiş etdi.

Vəkildə bildirdi ki, onun dövlət ittihamçısı Mahir Hacıyevin və hakim Yaşar Həşimovun apardığı prosesdən narazılığı var: “Çünki, obyektivlik məhkəmə prosesinin əsas sütunudur. Burada ən azından bir insanın taleyi, eyni zamanda azad mətbuat nümayəndəsinin taleyi həll olunur. Elə bu səbəbdən də, mən Vergilər Vazirliyinin audit

yoxlamasının çıxardığı fantastik rəqəmlərlə heç cürə barışa bilmərəm. Məhz, buna görə də işin yenidən ekspertizaya qaytarılmasını daha vacib hesab edirəm”.

Beləliklə, “Gündəm Xəbər”in təsisçisinin həbsinə heç bir əsas yoxdur. Vergilər Nazirliyinin onun barəsində çıxardığı 71428 manat cərimə qərarı olduqca qərəzli və heç bir əsasa söykənməyən qərardır. Burada məqsəd Vergilər Nazirliyini tənqid etdiyimiz üçün qəzetin cəzalandırılmasıdır. Halbuki bizim vaxtilə qaldırdığımız məsələlər, Vergilər Nazirliyinin sahibkarlara, biznes subyektlərinə divan tutması, haqq alması dövlət başçısının çıxışında da vurğulandı. Ancaq, Vergilər naziri hələ də prezidentin çıxışından nəticə çıxarmaq istəmir və qəzetimizə qarşı qərəzli, ədalaətsiz mövqeyini davam etdirməkdədir. Lakin ümid edirik ki, dövlət başçısına müraciətimiz araşdırılacaq və Eldar Mahmudov kimi Vergilər Nazirinin də özbaşınalığına son qoyulacaq.

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    10-07-2016, 14:41

  • 
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    11-01-2019, 13:06

  • 
  • Prezident məmurlara və onların ailə üzvlərinə səsləndi: "Heç kimə güzəşt edilməyəcək"

    Prezident məmurlara və onların ailə üzvlərinə ...

    12-07-2017, 16:36

  • 
  • PREZİDENT AZAL-ı TƏNQİD ETDİ – “Biletlər ucuzlaşmalıdır”

    PREZİDENT AZAL-ı TƏNQİD ETDİ – “Biletlər ...

    13-07-2015, 18:04

  • 
  • İlham Əliyev nazirləri topladı

    İlham Əliyev nazirləri topladı ...

    9-04-2018, 13:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu