GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyət seçki ilində Qərbə müharibə elan etdi

Hakimiyyət seçki ilində Qərbə müharibə elan etdi

Tarix: 25-03-2013, 10:22 Bölmə :Manşet Baxış: 703
Hakimiyyət seçki ilində Qərbə müharibə elan etdi

ATƏT-in Bakı ofisini bağlamaq istəyirlər; qurum isə özünə
təzyiqləri təkzib edir: “Bakı Ofisində heç bir yoxlama aparılmır”


Hökumət Avropa Birliyi, Avropa Şurası və Qərb səfirliklərinin fəaliyyətindən narahatdır

ATƏT-in baş katibi Lamberto Zanyer martın 15-də Azərbaycana səfər edəcək. Səfər zamanı onun prezident İlham Əliyev, XİN rəhbəri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub. Tərəflər ATƏT ilə Azərbaycan arasında ikitərəfli münasibətləri, eləcə də Qarabağ münaqişəsinin nizamlanmasının gedişini müzakirə ediblər. Bu barədə ATƏT-in Bakı ofisinin mətbuat xidmətinin məlumatında deyilir. A.Zanyerin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşünün olub-olmayacağı açıqlanmır.
Diplomatik qaynaqlardan əldə etdiyimiz məlumata görə, ATƏT sədrinin səfiri zamanı hökumətin qaldırdığı bir məsələ ciddi müzakirə olunacaq. Əslində A.Zanyerin səfəri də bununla bağlıdır. Mənbə bildirib ki, rəsmi Bakı ATƏT-in Azərbaycanda fəaliyyətinin tamamilə məhdudlaşdırılması, yaxud diplomatik nümayəndəliyin qapadılmasını istəyir. Hökumət beynəlxalq təşkilatın apardığı «zərərli» fəaliyyətdən rahatsız olduğunu bildirib və seçkilərlə bağlı ATƏT müşahidəçilərinin hazırladıqları hesabatları, müxalifət partiyaları ilə birgə keçirilən layihələri əsas gətirib.
Qaynağın məlumatına görə hökumət ATƏT-dən tələb edir ki, həyata keçirdiyi bütün layihələri Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırmalıdır. Əks halda buna imkan verilməyəcək. Xəbərdə qeyd olunur ki, Rəsmi Bakının bu tələbi ATƏT-in Daimi Şurasında müzakirəyə çıxarılacaq. Əgər Şura Bakı ofisinin fəaliyyətinin tam məhdudlaşdırılması barədə qərar versə, missiya Tiflisdəki fəaliyyətinin həcmini genişləndirəcək. Mənbə ATƏT sədrinin Bakıda keçirdiyi görüşlər zamanı Azərbaycan rəsmilərini inandırmağa çalışacağını, əks halda ölkənin beynəlxalq təşkilatla qarşıdurmaya sürüklənəcəyini qeyd edib.
Qaynaq bildirib ki, Rəsmi Bakı Avropa Birliyinin, Avropa Şurasının Bakı ofislərinin, Qərb səfirliklərinin və təşkilatların fəaliyyətindən də narahatdır. Bu qurumlar ciddi nəzarət altında saxlanılır, onların yerli əlaqələri diqqətlə araşdırılır.
Məlumata görə ATƏT-ə olan təkliflər digər qurumlara da göndərilib, amma bu barədə hələlik müzakirələr başlamayıb. «Əgər Bakının israrları davam edərsə seçkilərdə Azərbaycanada beynəlxalq müşahidə missiyası gəlməyə bilər»-deyə mənbə vurğulayıb.
Xatırladaq ki, martın 9-da Novxanıda ATƏT-in təşkil etdiyi, müxalifətçi gənclərin də qatıldığı seminara polis müdaxiləsi olmuşdu. Gənclər həbs edilərək polis bölməsinə aparlmışdı, tədbirdə müdaxiləyə görə dayandırılmışdı.
Bir neçə gün əvvəl isə jurnalist Eynulla Fətullayev ABŞ-ın Milli Demokratiya İnstitununu (MDİ) Azərbaycanda facebook inqilabı hazırladığı, bu məqsədlə 2 milyon dollar xərcələyəcəyi barədə yazısı rezonans doğurdu. ABŞ səfirliyi və MDİ yazıdakı iddiaları təkzib edərək yalan adlandırmışdılar. Bu barədə «Bizim Yol»a şərh verən tanınmış politoloq Rauf Mirqədirov 2 milyon dolların bankdakı hərəkəti barədə informasiyaların xüsusi xidmət orqanları tərəfindən jurnalistə ötürülməsi versiyasını istisna etməmişdi.
Xatırladaq ki, yaxın keçmişdə ölkə parlamenti müvafiq nanuvericliklərə dəyişiklik edərərk qeyri hökumət təşkilatlarının xarici donorlardan qrant almaq imkanlarını tam nəzarətə götürmüşdü. İkik gün əvvəl Prezidentin təsdiqlədiyi dəyişikliklərə görə qeydiyyatı olmayan QHT-lər hər-hansı layihədə partnoyr olmaq hüququndan belə məhrum edilir. Bütün qrant vəsaitləri barədə dövlət qurumlarına tez-tez məlumatlar verilməlidir, əks halda QHT-ləri ağır cərimə sanksiyaları gözləyir.
Dəyişikliklərin daha bir mühüm aspekti partiyalara və ictimai təşkilatlara verilən ianələrin dövlət nəzarəti altında həyata keçirilməsini təmin etməkdir. Bundan sonra bütün 200 manatdan çox olan bütün ianələr ancaq banklar vasitəsi ilə köçürülə bilər, nağd ötürülmə cinayət məsuliyyəti yaradır.
Ekspertlər seçkiqabağı hökumətin bu pereventiv tədbirlərini müxalifət və ona yaxın təşkilatların xarici, yerli donorlardan maliyyə almaq imkanlarının məhdudlaşdırılması ilə izah edirlər.
Onu da yada salaq ki, Avropa Birliyinin Genişlənmə üzrə komissarı Ştefan Fule tərədaşlıq proqramına qoşulan ölkələrdəki demokratiya tərəfdarlarının onlardan hər cür dəstək alacaqlarını vəd etmişdi. Hökumətin sərt nəzarət tədbirləri bu bəyanatdan qısa müddət sonra həyata keçirilməsi ilə diqqət çəkdi.
Hökumətin son tədbirlərindən, diplomatik qaynağın verdiyi məlumatlardan belə nəticə çıxır ki, hökumət seçkiqabağı ölkədə total nəzarət sistemi bərqərar edəcək. Seçkilərlə bağlı layihələrin həyata keçrilməsinə, müşahidəsinə, alternativ sayıma imkan verilməyəcək. ATƏT-in Bakı Ofisi isə bəyanatla çıxış edib.
Ofisdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu gün Azərbaycanın bəzi media orqanları ATƏT-in Bakı Ofisi haqqında həqiqətə uyğun olmayan məlumatlar dərc edib.
“Bununla əlaqədar bəyan edirik ki, hazırda ATƏT-in Bakı Ofisində heç bir yoxlama aparılmır. Ofis həmişəki fəaliyyətini, o cümlədən layihələrin icrasını, eləcə də hökumət orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirir.
Digər tərəfdən, media orqanlarının ATƏT-in Bakı Ofisinin mövqeyini öyrənmədən bu cür xəbərləri yayması təəssüf doğurur. Bunun jurnalist etikasına zidd olduğunu bir daha xatırlatmaq istərdik”, - deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, sözü gedən material “Yeni Müsavat” qəzetinin dünənki sayında manşet yazısı olaraq dərc olunub. Əhatəli məqalə mötəbər mənbənin redaksiyaya ötürdüyü məlumatlar əsasında hazırlanıb. Məlumatlı mənbə deyib ki, baş ofis Bakı ofisini ATƏT-in bir neçə gün öncə qalmaqalla, polis müdaxiləsi ilə müşayiət olunan tədbirinin iştirakçılarının tam siyahısını Daxili İşlər Nazirliyinin hansısa idarəsinə ötürməkdə qınayır, ondan izahat tələb edir.
Məsələnin görünən tərəfləri budur ki, hakimiyyət əl-ayağa düşüb və seçki ilində beynəlxalq təşkilatların iş çevirməsindən narahatdır. Hakimiyyət 2013-cü ildən sağ-salamat çıxmaq üçün hətta Qərbə müharibə elan etməyə də hazırdır. Təki devrilməsin...

A.Ağasoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ATƏT sədri Azərbaycana gəlir

    ATƏT sədri Azərbaycana gəlir ...

    5-07-2013, 15:01

  • 
  • ATƏT PA prezidenti ATƏT-i Azərbaycanda ofisini yenidən açmağa çağırıb

    ATƏT PA prezidenti ATƏT-i Azərbaycanda ofisini ...

    20-11-2015, 01:03

  • 
  • ATƏT-in Bakı Ofisinin rəhbəri Azərbaycandakı seçki öncəsi vəziyyəti dəyərləndirib

    ATƏT-in Bakı Ofisinin rəhbəri Azərbaycandakı ...

    20-09-2013, 13:13

  • 
  • ATƏT-in prezident seçkiləri ilə bağlı palnı var

    ATƏT-in prezident seçkiləri ilə bağlı palnı var ...

    2-05-2013, 11:01

  • 
  • Azərbaycan ATƏT PA-da Minsk Qrupu ilə bağlı məsələ qaldıracaq

    Azərbaycan ATƏT PA-da Minsk Qrupu ilə bağlı ...

    3-09-2014, 12:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu