GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan avtoritar rejimli ölkələr sırasında

Azərbaycan avtoritar rejimli ölkələr sırasında

Tarix: 25-03-2013, 19:39 Bölmə :Manşet Baxış: 1 763
Azərbaycan avtoritar rejimli ölkələr sırasında

Daha bir beynəlxalq təşkilat hakimiyyəti ifşa etdi;
Azərbaycanda demokratiyanın vəziyyəti 2006-cı ildən bəri pisləşir


Economist İntellegence Unit özünün yeni yayılan illik hesabatında Azərbaycanı avtoritar rejimli ölkələr sırasına qoyub. Dünyanın 165 ölkəsində demokratiyanın 2012-ci ildəki vəziyyətini öyrənən təşkilat “Demokratiya İndeksi 2012” adlı hesabat hazırlayıb. Sənəddə ölkələr demokratiyanın vəziyyətinə görə 4 qrupa bölünür: Tam demokratik ölkələr, qüsurlu demokratiyası olan ölkələr, hibrid rejimli ölkələr və ən sonda avtoritar rejimli ölkələr.
Sənəd müəllifləri Azərbaycanın avtoritar rejimli ölkələr, Ermənistan və Gürcüstanın isə həbri rejimli ölkələr sırasında olduğunu qeyd edirlıər. Sənədə görə Azərbaycan demokratiyanın vəziyyəti sarıdan 165 ölkə arasında 139-cudur. Azərbaycan bu mövqeyi ilə Qambiya, Oman, Qatar kimi ərəb ölkələrindən də geridə göstərilir. Azərbaycanın qonşularından olan Gürcüstan 93-cü, Ermənistan 114-cü, Rusiya 122-ci, Türkmənistan 161-ci sırada göstərilir.

Ən pisi hökumətin funksionallığıdır

Hesabatda demokratiyanın səviyyəsi beş müxtəlif sahədə vəziyyət əsasında qiymətləndirilir: seçki prosesi və pluralizm, vətəndaş azadlıqları, hökumətin funksionallığı, siyasətdə iştirak və siyasi mədəniyyət. Müəlliflərə görə Azərbaycanda beş kateqoriya içərisində nisbətən vətəndaş azadlıqlarının səviyyəsi yaxşıdır. Ən aşağı vəziyyət isə hökumətin funksionallığındadır.
Müəlliflər qeyd edirlər ki, Azərbaycanda demokratiyanın vəziyyəti 2006-cı ildən bəri pisləşir. 2006-cı ildə Azərbaycanın Demokratiya indeksi 3.31 bal, 2012-ci ildə isə daha aşağı – 3.15 bal olub.

Yenə ikili standartlar bəhanəsi

Azərbaycan rəsmiləri adətən belə tənqidləri Bakıya yönəlmiş hansısa siyasi təzyiq cəhdi adlandırırlar. Demokratik İslahatlar Partiyasının lideri Asim Mollazadə də hesabatda hansısa ikili standartlarla yanaşa meyli hiss etdiyini bildirir. Onun sözlərinə görə əgər Azərbaycanda etiraz aksiyası iştirakçıları döyülürsə, Ermənistanda sadəcə olaraq öldürülür. 2008-ci ilin president serçkisindən sonra aksiyada öldürülən 10 nəfərə görə günahkarlar hələ də cəzalandırılmayb.
Azərbaycanla müqayisədə Ermənistanda prezidentliyə namizəd təzyiqlərə məruz qalmır, sadəcə güllə ilə susudrulur. Amma Azərbaycanın avtoritar, Ermənistanın isə hibrid rejimli dövlətlər sırasında göstərilməsi onun fikrincə, hesabatın dəyərini aşağı salır: “Azərbaycan da bir keçmiş sovet respublikasıdır. Burada insan haqlarının pozulması təbiidir. Ölkədə çox ciddi islahatlar aparılmalıdır. Amma Ermənistan və Rusiyada vəziyyətin daha yaxşı göstərilməsi bu hesabatın qiymətini aşağı salır.”

Əslində sıfır olmalı idi?

Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli isə hesabatda Bakının ü nvanına səslənən tənqidlərin ona sürpriz olmadığını deyir. O qeyd edir ki, Azərbaycanda vəziyyəti əslində sıfır demokratiya kimi qiymətləndirmək lazım idi. Səbəb kimi də xüsusilə 2005-ci ilin parlament seçkisindən sonra ölkəsə azadlıqların kütləvi şəkildə boğulmasını göstərir: “2005-ci ilin parlament seçkisindən sonra ölkədə siyasi azadlıqların təmin olunmasında ciddi geriləmələr müşahidə edilir. Həmin seçkidən bir qədər sonra keçirilmiş etiraz aksiyası paytaxt Bakıda sərbəst toplaşmaq azadlığı ilə bağlı yeganə nümunədir. O zamandan bəri keçirilən 3 seçki və referendumun heç biri yerli və beynəlxalq müşahidəçilər tərəfindən demokratik seçki standartlarına uyğun seçki kimi qiymətləndiriulməyib.”

Şərqi Avropa geriləyir, ərəb dünyası irəliləyir

Mərkəzi ofisi Londonda yerləşən Economist İntellegence Unit 1946-cı ildən bəri müxtəlif sahələrdə təhlillər hazırlayaraq maliyyəçilərə, dövlət qurumlarına satır. Təşkilat son illər dünyada demokratiyanın vəziyyətinə dair də hesabatlar hazırlayır. Martın 25-də yayılan sənəd təşkilatın dünyada demokratiyaya dair 5-ci hesabatıdır.
Economist İntellegence Unit qeyd edir ki, ümumilikdə Şərqi Avropa ölkələri son illər demokratiya sarıdan çox aşağı göstəricilər nümayiş etdirirlər. 2012-ci ildə bu regiondakı 28 ölkədən 10-da demokratiyanın səviyyəsi geriləyib. Xüsusilə Müstəqil Dövlətlər Birliyi ölkələrinin çoxunda avtoritarizm güclənib.
“Xüsusi media azadlıqları sahəsində ciddi geriləmələr var. 2008-ci ildən bəri güclənən bu tendensiya bütün regiona təsir edir. Əsasən də electron media sahəsində ciddi problemlər var. Yazılı mediada və internet sahəsində də azadlıqlar boğulur, amma electron media adətən ciddi dövlət nəzarəti tətbiq edilir, ya da təsir altında saxlanır” -deyə müəlliflər qeyd edirlər.
Hesabata görə ərəb dünyasında görünməmiş demokratiya dalğasının dünyada demokratikləşdirmə prosesinə də ciddi təsir edə bilər. Amma eyni zamanda ərəb ölkələrində demokratiyanın perspektivləri də qeyri-müəyyən olaraq qalır.
Hesabata görə ABŞ və Böyük Britaniya demokratik ölkələrin öncül mövqelərini qoruyurlar. Amma siyasi səhnənin qütbləşməsi ABŞ demokratiyasına əksinə, bir qədər mənfi təsir edib. Britaniya demokratiyası isə institutlaşma böhranı yaşayır.

“Siyasət Şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Freedom House”dən yeni hesabat

    “Freedom House”dən yeni hesabat ...

    16-01-2013, 10:44

  • 
  • Ən çox hərbiləşmiş ölkələr sırasında Ermənistan Azərbaycandan öndədir

    Ən çox hərbiləşmiş ölkələr sırasında Ermənistan ...

    8-11-2013, 13:02

  • 
  • Analar üçün ən yaxşı və ən pis ölkələr

    Analar üçün ən yaxşı və ən pis ölkələr ...

    20-06-2013, 01:09

  • 
  • Dünyanın ən təhlükəsiz ölkələrinin adları AÇIQLANDI

    Dünyanın ən təhlükəsiz ölkələrinin adları ...

    11-04-2016, 12:35

  • 
  • Ən çox tıxac olan ölkələr- Siyahı

    Ən çox tıxac olan ölkələr- Siyahı ...

    6-11-2013, 17:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu