GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Heç kimdən pul almamışam”

“Heç kimdən pul almamışam”

Tarix: 29-02-2016, 13:25 Bölmə :Manşet Baxış: 0
“Heç kimdən pul almamışam”

Dələduzluqda ittiham olunan sabiq məmura cəza verildi

Dələduzluqda ittiham olunan Lerik rayon sakini, 1959-cu il təvəllüdlü Nəbi Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Nəbi Qasımov 2011-ci ilin avqust ayında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən poçtun qarşısında Tərlan Məmmədovun etibarından sui-istifadə edərək, onu aldadıb.

Nəbi Qasımov Tərlan Məmmədovu aldatmaq yolu ilə onun bacısı Arzu Əliyeva və həyat yoldaşı Vəfa Əsədovanı rəisi işlədiyi Biləsuvar rayonu Əsgərabad kəndində yerləşən Bitki Mühafizə Mərkəzinə işə götürmək vədlərini verib. O, bu məqsədilə Tərlan Məmmədovdan 5500 manat alıb.

Nəbi Qasımov verdiyi vədlərə əməl etməyərək 2011-ci ilin axırlarında yaşadığı evində Arzu Əliyevanın guya 12 avqust 1997-ci il tarixdən 23 noyabr 2005-ci il tarixə qədər və Vəfa Əsədovanın isə guya 21 dekabr 1993-cü il tarixdən 7 oktyabr 2003-cü il tarixə qədər, 27 dekabr 1990-cı il tarixdən 31 may 2006-cı il tarixədək müdiri işlədiyi Bitki Mühafizə Stansiyası Biləsuvar Bioloji laboratoriyasında texnik işləmələri barədə iki ədəd əmək kitabçasına saxta qeydlər yazaraq imzalayıb. O, bu yolla aldığı pulu dələduzluq yolu ilə ələ keçirib.

Nəbi Qasımov Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib.

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Nəbi Qasımov 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Nəbi Qasımov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Elə bildim ki, arvadım və bacım laboratoriyada işləyərlər”

Zərərçəkmiş şəxs və mülki iddiaçı qismində ifadə verən Tərlan Məmmədov bildirib ki, Nəbi Qasımovla uzun müddət bundan əvvəl tanış olub: “Bir dəfə Nəbi Qasımov mənə dedi ki, Biloloji labarotoriyada iki nəfər iş yeri boşalıb. Nəbi Qasımova bildirdim ki, arvadım və bacım işsizdir, ona görə də onlara həmin yerdə bir iş vermək lazımdır. Bu zaman Nəbi Qasımov həyat yoldaşım Vəfa Əsədova və bacım Arzu Əliyevanın müdiri olduğu Biloloji labarotoriyada işlə təmin edəcək, bunun müqabilində ona 6000 manat verməlidir. Sonra Nəbi Qasımov bu işə görə mənimlə 5500 manata razılaşdı”.

Zərərçəkmişin sözlərinə görə, Nəbi Qasımova təxminən 2011-ci ilin avqust ayında 5500 manat verib: “Həmin gündən bir neçə gün sonra Nəbi Qasımovla görüşəndə soruşdum ki, həyat yoldaşım və bacımı nə vaxt işlə təmin edəcəkdir və onlar nə vaxtdan əmək haqqı alacaqlar. Nəbi Qasımov da dedi ki, həmin şəxslərin ali təhsilləri olmadığına görə, onları işlə təmin etmək mümkün olmayıb. Lakin onların adına müdiri işlədiyi Biloloji labarotoriyada əmək kitabçası yazaraq verəcəkdir. Nəbi Qasımovdan həmin əmək kitabçaları saxta olsa verməməsini, pulu geri qaytarmasını bildirdim. Lakin Nəbi Qasımov deyib ki, həmin əmək kitabçaları qanuni əsaslı olacaqdır. Nəbi Qasımova inandım və əmək kitabçalarını hazırlayaraq mənə verməsini gözlədim. Elə bildim ki, həqiqətən də arvadım Vəfa Əsədova və bacım Arzu Əliyeva Bioloji labaratoriyada bir müddət işləyərlər. Çünki işləməyənə əmək kitabçası vermək olmaz”.

“Dedi ki, əmək kitabçası saxta deyil”

Tərlan Məmmədov qeyd edib ki, 2011-ci ilin axırlarında Nəbi Qasımov ona iki ədəd əmək kitabçası verib: “Həmin əmək kitabçasının birinin içində qeyd olunub ki, həyat yoldaşım Vəfa Əsədova 21 dekabr 1993-cü il tarixdən 7 oktyabr 2003-cü il tarixə qədər Biləsuvar rayon Bioloji labaratoriyada texniki vəzifədə işləyib. Digər əmək kitabçasında isə qeyd olunub ki, bacım Arzu Əliyeva 12 avqust 1997-ci il tarixdən 23 noyabr 2005-ci il tarixə qədər Biləsuvar rayon Bioloji labaratoriyada texniki vəzifədə işləyib. Həmin əmək kitabçalarını Nəbi Qasımovdan alanda bir daha bildirdim ki, əgər əmək kitabçaları saxtadırsa onları mənə verməsin. Lakin Nəbi Qasımov dəfələrlə dedi ki, əmək kitabçaları saxta deyil”.

“Polisə şikayət edəcəyimi bildirmişəm”

Zərərçəkmiş daha sonra ifadəsində əlavə edib ki, 2014-cü ilin iyun ayında həmin əmək kitabçalarını götürərək, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinə gedib: “Orada mənə bildirdilər ki, həmin əmək kitabçaları saxtadır. Telefon əlaqəsi saxlayaraq Nəbi Qasımova dedim ki, mənə vermiş olduğun iki ədəd həmin əmək kitabçaları saxtadır, pulumu qaytar. Nəbi Qasımovla 2014-cü ilin avqust ayında Bakı şəhərində, 20 Yanvar metrosunun üstündə oğlu İlqar Qasımovla birlikdə görüşdük. Nəbi Qasımov mənə 1000 manat verdi, qalan 4500 manatı isə 3 ay müddətinə qaytaracağına söz verdi. Həmin vaxtlarda Nəbi Qasımovun istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxladım. Onunla 5-6 dəfə telefon əlaqəsi saxladım, Nəbi Qasımov and içərək bildirdi ki, mənə verməli olduğu 4500 manatın yarısını 2014-cü ilin noyabr ayında verəcək. Nəbi Qasımov dəfələrlə verdiyi saxta əmək kitabçasını məndən istəsə də, ona vermədim. Dəfələrlə Nəbi Qasımova pulumu vermədiyi təqdirdə onun barəsində polis şöbəsinə şikayət edəcəyimi də bildirmişəm”.

Tərlan Məmmədov bildirib ki, 2014-cü ilin noyabr ayında Nəbi Qasımovdan bir səs çıxmayıb, sonradan Nəbi Qasımov təxminən 23-24 noyabr 2014-cü il tarixdə istifadə etdiyi qeyd edilən nömrəsi ilə əlaqə saxlayıb və Nəbi ona bildirib ki, noyabrın 25-də Bakı şəhərində, Qara

Qarayev metrosunun yanına gəlsin: “Həmin gün saat 15 radələrində Nəbi ilə görüşdüm və mənə verməli olduğu 4500 manatın yarısını mənə verəcəkdir”.

“Pulumu qaytarmayıb”

Zərərçəkmiş qeyd edib ki, noyabrın 25-də səhər vaxtı Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanındakı yol ayırıcında tanımadığım yoldan keçən taksi ilə Bakı şəhərinə gedib: “Qaradağ rayonunda olan polis postuna çatanda Nəbi Qasımov mənə zəng vurdu və soruşdu ki, Biləsuvar rayonundan çıxmışam, ya yox. Nəbi Qasımova artıq Qaradağ rayonunda olduğumu bildirdim. Nəbi dedi ki, işlə əlaqədar Quba rayonuna göndəriblər, mənimlə axşam görüşəcək. Mən də Bakı şəhərinə çatdım və Nəbinin zəngini gözlədim. Lakin Nəbi Qasımov mənimlə telefon əlaqəsi saxlamadı. Gecəni də Bakı şəhərində dostum Sahibin yaşadığı evdə qaldım. Səhəri gün Biləsuvar rayonuna qayıtdım. Həmin gündən etibarən Nəbi Qasımovla telefon əlaqəsi yarada bilmədim. Dekabrın 3-də Nəbi Qasımov istifadəmdə olan mobil telefona mesaj göndərdi ki, sənə 4-cü gün pul göndərəcəm. Mən də Nəbi Qasımova zəng vurmaq istədim, o, telefonu artıq söndürmüşdü. Nəbi Qasımov məni dəfələrlə pulumu qaytaracağını deyərək aldadıb. Nəbi pulumu qaytarmayıb”.

Nəbi Qasımov tərəfindən dəymiş ziyanın ödənilmədiyini vurğulayan zərərçəkmiş bildirib ki, onunla barışıq əldə etməyib. O, hakimlərdən Nəbi Qasımovun barəsində xüsusi qərar çıxarılmasını və pulunu geri qaytarılması üçün mülki iddiasının təmin edilməsini istəyib.

Nəbi Qasımov ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilib və həqiqətəndə əmək kitabçalarını saxtalaşdırıb: “Lakin heç kimdən bunun müqabilində pul almamışam. Mənə qarşı irəli sürülmüş mülki iddianın tamamilə əsassızdır”.

Nəbi Qasımov barəsində verilmiş mülki iddianın rədd edilməsini, həmçinin bəraət hökmünün çıxarılmasını istəyib. Dövlət ittihamçısı Səyavuş Sadıqov Nəbi Qasımovun apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, onun əməllərinin Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunduğunun bildirib. O, qeyd edib ki, Nəbi Qasımova cəza təyin edilərkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş və həmin məcəllədə göstərilməyən cəzanı yüngülləşdirən halları, şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanın ailəsinə təsirinin kifayət qədər nəzərə alınıb.

Dövlət ittihamçısı birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını deyib. Dövlət ittihamçısı çıxışının sonunda müdafiə tərəfinin apelyasiya şikayətinin təmin edilməməsini istəyib.

Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Nəbi Qasımovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vəzifəli şəxslərin adından dələduzluq edənlərə ağır cəza

    Vəzifəli şəxslərin adından dələduzluq edənlərə ...

    5-10-2017, 16:24

  • 
  • Bağça müdiri işçiləri ilə hakim qarşısında - Rüşvət ittihamı

    Bağça müdiri işçiləri ilə hakim qarşısında - ...

    22-10-2018, 15:30

  • 
  • Bağça müdiri işçiləri ilə hakim qarşısında - Rüşvət ittihamı

    Bağça müdiri işçiləri ilə hakim qarşısında - ...

    22-10-2018, 15:30

  • 
  • Həmkəndlisi ilə 5 manatın davasını etdi, 2 il cəza aldı

    Həmkəndlisi ilə 5 manatın davasını etdi, 2 il ...

    28-12-2015, 22:43

  • 
  • Azərbaycanda polis zabitinin oğlundan polis rəisinə şok ittiham

    Azərbaycanda polis zabitinin oğlundan polis ...

    24-11-2013, 13:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu