Saatlı rayonunda vəfat edən polis kapitanının siğorta pulu mənimsənilib. 1963 il təvəllüdlü mərhum polis kapitanı, Qarabağ müharibəsi veteranı Nəbi Cavadovun siğorta pulu 4 ildir ailəsinə verilmir. 26 il polis orqanlarında çalışan və sahə müvəkkili işləyən Nəbi Cavadov 2009-cu ilin dekabr ayının 14-də vəzifə borcunu yerinə yetirərkən Saatlı Rayon Polis İdarəsində infakt sonrası vəfat edib. Mərhumun üç övladı var. Açıqlamasında mərhum kapitanın oğlu İbrahim Cavadzadə atasının yas mərasiminin üçüncü günündə Saatlı Rayon Polis İdarəsinin həmin dövürdəki rəisi Ağəli Xəlilovun onlardan sığorta sənədlərini aldığını bildirib. "Bizdən siğorta sənədlərin alaraq qısa zamanda 11700 manat siğorta pulunun veriləcəyinə söz verdi. O vaxtdan sonra bir neçə dəfə atamızın sığorta pulun istəsək də indiyə qədər ala bilmədik. Mən belə başa düşürəm ki,bizim ailəyə çatan pulu mənimsəyiblər. Sizin vasitənizlə mən, mərhum polis kapitanı və Qarabağ müharibəsi veteranının övladı kimi ölkə prezidenti cənab İlham Əliyev və nazir cənab Ramil Usubovdan bu işin araşdırılmasını və bizə kömək edilməsini xahiş edirəm."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?