Milyarder qudasına növbəti prezident seçkilərində namizəd olmaq iddiasından əl çəkməyi tövsiyyə edib
gundemxeber.az 2013-cü il prezident seçkiləri yaxınlaşdıqca Azərbaycan hakimiyyəti daha da qəddarlaşır. İndiki hakimiyyətin siyasətinə qarşı xalqın etirazı gücləndikcə, yerlərdə əhalinin narazılığı artdıqca iqtidar da zorakılığını artırır. İqtidarın diktaturası əliyevlər ailəsi arasında narazılıqların baş qaldırmasına da stimul yaradıb. Hakimiyyətdəki mənbələrdən Azpolitika.com-a daxil olan məlumatda bildirilir ki, artıq əliyevlər-paşayevlər qarşıdurması açıq müstəviyə keçib. Prezidentin əmisi Cəlal Əliyev və qudası, Rusiyadakı milyarder Araz Ağalarov da İlham Əliyevin ölkədə diktatura rejiminin sonunun olmadığını dərk edərək ondan aralanıblar. Zatən, qardaşı oğlunun siyasətinə çoxdan etiraz edən C.Əliyev bir müddət müstəqil mövqe nümayiş etdirsə də bu dəfə o, “Milqarderlər İttifaqı”nda müşahidəçi statusundadır. A.Ağalarova gəldikdə isə verilən məlumata görə, o, qudasına növbəti prezident seçkilərində namizəd olmaq iddiasından əl çəkməyi tövsiyyə edib. Lakin İ.Əliyev hakimiyyətin əliyevlərdən başqa heç kimə ötürülə bilməyəcəyini deməklə yanaşı, bu mübarizədən geri çəkilməyəcəyini, lazım gələrsə ölkədə qarşıdurmaya da gedilə biləcəyini vurğulayıb. “Milyarderlər İttifaqı”nın üzvü isə göz önünə ərəb dövlətlərində baş verən inqilabların Azərbaycanda da baş verəcəyini istisna etməyərək İ.Əliyevə açıq şəkildə narazılığını bildirib. Bu isə paşayevlərin mövqeyinin daha da möhkəmlənməsi deməkdir. O da söylənilir ki, artıq rəsmi Moskva da Əliyevdən üz döndərib
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?