Azərbaycanlı biznesmen, "Krokus" şirkətinin prezidenti Araz Ağalarovun Türkiyənin "Fənərbaxça" klubunu alması barədə xəbərlər yayıldığını bildirmişdik.
Amma ANS PRESS-in verdiyi məlumata görə, Araz Ağalarov İstanbulun "Fənərbaxça" klubuna sponsorluq etmək fikrində olmadığını bildirib: "Bu xəbərin hardan peyda olmasını bilmirəm. Bu xəbərə şərh verməkdə belə çətinlik çəkirəm".
Araz Ağalarov gələcəkdə əcnəbi kluba sponsorluq etmək ehtimalına da aydınlıq gətirib. "Əgər gələcəkdə hansısa klubu almaq fikrinə düşərəmsə bu xarici deyil, Rusiya klubu olar. Yeri gəlmişkən qeyd edim ki, mən "Dinamo" futbol və "Zorki" xokkey klublarının sponsoruyam. Bu iki klubun xərcini çətinliklə qarşılayıram, hər hansı başqa klubu almaq fikrim yoxdur".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?