GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyət üçün çətin sual

Hakimiyyət üçün çətin sual

Tarix: 9-04-2013, 10:01 Bölmə :Manşet Baxış: 662
Hakimiyyət üçün çətin sual

Qarabağın azad olunması üçün son 20 ildə nə edilib?

20 il keçəndən sonra Qarabağın bu vaxta qədər qaytarılmamasının səbəbini izah etmək üçün hakimiyyət dairələri, prinsipcə başqa arqumentlər də gətirə bilərdi. Amma onlar Qarabağın qaytarılmamasının «səbəb»ini Ziyalılar Forumunda, xüsusən də yazıçı və ssenarist Rüstəm İbrahimbəyovda gördülər –özləri bilavasitə bunu etməsələr də, onlara yaxın telekanallar bu tapşırığı çox ustalıqla yerinə yetirdilər.

«Bu vaxta qədər nə edilib?» və «İndi nə edilir?» sualları

Bəlkə də bu da onun nəticəsidir ki, mənim yazdığıma rəğmən əslində onların deyiləsi və yazılası arqumenti yoxdur. Bir vaxt özlərindən əvvəlki hakimiyyətləri fərqinə varmadan əsaslı və əsassız arqumentlərlə yamanlayan indiki hakimiyyət təmsilçiləri 20 ildir ki, sanki heç nə olmamış kimi ölkə ictimaiyyətinə tutarlı bir izahat verməyi də özlərinə rəva bilmirlər.
Bəli, İlham Əliyev irəlicədən təşkil olunmuş görüşlərdə insanlara nəsə deməyə çalışır. Amma bu deyilənlərə nə münasibət bildirməyə icazə verilir, nə də ki, onların məzmunu dəyişdirilir. İ.Əliyev kiçik qruplar qarşısında hər dəfə eyni sözləri təkrar edir və hər dəfə də gələcək zamanda danışır, «Nə ediləcək?» sualına cavab verməyə cəhd edir- «Qarabağ müstəqil olmayacaq!», «İkinci erməni dövləti yaranmayacaq!» və s və i. İnsanlar isə ondan daha çox «Bu vaxta qədər nə edilib?» və «İndi nə edilir?» suallarına cavab gözləyir.

Deməyə söz tapılmayanda

Həqiqətən də 20 il ərzində Qarabağı qaytarmaq üçün nə edilib? Və yaxud da hal-hazırda nə edilir?.. Bu sualların cavabı yoxdur. Sadəcə, deyə bilmirlər ki, bu 20 il ərzində Azərbaycanda da yalnız etnik münaqişə yaşamayan digər keçmiş sovet ölkələrində nə edilibsə o edilib- beş-altı uca bina tikilib, iki-üç körpü salınıb, əvəzində isə hakimiyyət mənsubları özləri üçün hesaba belə gəlməyən dərəcədə sərvət toplayıblar.
Bunları demək, etiraf etmək, təbii ki, çətindir. Amma bütün hakimiyyətin bir yazıçı və ssenaristlə savaş açması asandır. Hakimiyyətin qeyzlənməsi həm təəccüblüdür və həm də başa düşülən. Ona görə təəccüblüdür ki, R.İbrahimbəyov bu ölkənin vətəndaşıdır. 9 milyon insanın susmasına rəğmən o, ölkənin hakimiyyət mənsublarından nəsə soruşur. Ona sadəcə, cavab vermək əvəzinə yaradıcı insana qarşı qara kampaniya aparırlar.

Ziyalılar bu hakimiyyətin ağrıyan yerinə toxunur

Başqa vaxt ictimai rəydən və ictimai iştirakçılıqdan danışırlar. Təsəvvür etmək olar ki, həmin o ictimai rəyin daşıyıcıları bu gün hakimiyyətdən hesabat istəyir. Axı «Siz mənə inanın!», «Mən sizi aldatmaram!» deməklə iş bitmir. Xüsusən də o halda ki, faktiki olaraq insanlar aldadılır, özü də hər an, hər saat.
Bir nəfərin, özü də ölkə rəhbərinin nə qədər sərvəti və mülkü olar bilər?.. Adamı ən çox əndişələndirən odur ki, zavalı insanlar hələ deyir ki, indi hakimiyyətdə olanlar sərvət toplayıb doyublar, sonra gələnlər isə hələ bundan sonra toplayacaqlar! Adamın burada M.Cəlilin məşhur müraciəti yadına düşür. Amma indi onu səsləndirməyəcəyik. Sadəcə, insanlara elə gəlir ki, hakimiyyət mənsubları nə vaxtsa şəxsi sərvətlərini artırmaqdan doyaraq «Stop!» -deyəcəklər. Amma demirlər…
Hakimiyyət təmsilçilərinin qeyzlənməsi həm də ona görə başadüşüləndir ki, ziyalılar bu hakimiyyətin ağrıyan yerinə toxunur – özləri də bilirlər ki, bu 20 il ərzində Qarabağ probleminin həllində bircə qarış belə irəliləyə bilməyiblər…

20 ilin siyasi statistikasi

Bu ilin mart ayında Minsk Qrupunun yaranmasının 21 ili tamam oldu. Apreldə isə BMT TŞ-nın Dağlıq Qarabağ problemilə bağlı ilk qətnaməsinin- 822 saylı qətnamənin qəbul olunmasından 20 il keçir. Çox acınacaqlı statistikadır.
Düzdür, BMT-nin yaşı 50 ilə çatan qətnamələri də var. Bu mənada Qarabağ hələ çox «cavan»dır. Amma digər münaqişələrlə bağlı proseslər daha aktiv gedir. Üstəlik, hərənin özünə uyğun ritorikası var. Məsələn, Fələstin demir ki, biz bölgənin lider dövlətiyik!
Amma Azərbaycanda deyirlər. Fərqinə varmırlar ki, bir gün biri çıxıb deyə bilər ki, əvvəlcə ərazi bütövlüyünüzü və sərhədlərinizi sahmana salın, ondan sonra liderlik iddiasına düşün. Söhbət Qarabağdan düşəndə deyirlər ki, bəli, dünya birliyi hüquqa etinasız yanaşır. Elə ki həmin dünya birliyi ölkənin içindəki haqq və hüquqdan bir kəlmə daşımaq istəyir, dərhal yadlarına düşür ki, bura da qüdrətli və suveren dövlətdir.
Sovet siyasətinin iflası güc strukturlarından başlamışdı. Kommunizmə və başqa siyasi şüarlara rəğmən bu strukturlarda elə münasibətlər yaranmışdı ki, onlar dünyanın heç bir ölkəsində yox idi. Uzağa niyə gedək? Bir vaxt həmin bu strukturlarda «dedovşina» deyilən münasibətlər qurulmuşdu. İndi bu ifadəni Azərbaycan gerçəkliyinə tətbiqən eşidirik. Budurmu bu 20 ilin evolyusiyası, tərəqqisi?

Xəttin o biri tərəfində

20 il artıq bir nəsil deməkdir. Azərbaycanda elə bir nəsil yaranır ki, onlar Qarabağ haqqında ən yaxşı halda bir şey bilirlər: onların valideynləri bu torpaqlardan çıxıb. Əvvəlki nəsillərdən fərqli olaraq onlar daha «Qarabığ niyə qaytarılmadı?» demirlər, çünki Qarabağ onlar üçün həmişə xəttin o biri tərəfində olub. Bu xətti keçmək isə çox təəssüf ki, hələ həyat xəttinin o biri tərəfinə keçmək kimidir…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fransa Qarabağın qaytarılması şərtini açıqladı - 3 prinsip

    Fransa Qarabağın qaytarılması şərtini açıqladı - ...

    22-10-2014, 21:50

  • 
  • Qarabağın ulduzu ata oldu - FOTO

    Qarabağın ulduzu ata oldu - FOTO ...

    31-12-2014, 18:09

  • 
  • Los-Anceles Qarabağın müstəqilliyini tanıdı

    Los-Anceles Qarabağın müstəqilliyini tanıdı ...

    29-01-2014, 12:17

  • 
  • Qarabağın heç yerdə görmədiyiniz yeni fotoları

    Qarabağın heç yerdə görmədiyiniz yeni fotoları ...

    28-04-2016, 11:59

  • 
  • İP üzvü: “Sifarişi yerinə yetirdilər”

    İP üzvü: “Sifarişi yerinə yetirdilər” ...

    28-12-2013, 10:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu