“Müxalifət adından dolananlar, çox böyük səy göstərib nəhayət ki, hakimiyyətin “Rüstəm İbrahimbəyov Milli Şuradan getməlidir” sifarişini məmnuniyyətlə yerinə yetirdilər”.
Bunu AzNews.az Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının və Milli Şuranın üzvü Qələndar Muxtarlı bildirib.
Partiya sədri R. İbrahimbəyovun Milli Şuranın fəxri sədri vəzifəsindən imtina etməsi və ya istefa verməsini Azərbaycan müxalifətinin itkisi kimi xarakterizə edib:
“Rüstəm İbrahimbəyovun istənilən statusda müxalifətlə bir yerdə adının cəkilməsi ənənəvi, hakimiyyətin adət və vərdiş etdiyi nəzarətdə olan müxalifət obrazına uyğun gəlmirdi. Çoxlarının maraqları ilə üst-üstə düşmürdu. Məsələ əslində bu qədər sadədir”.
Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov vəzifəsindən getməsi ilə bağlı təmsil olunduğu quruma müraciət edib. O, müraciətində bu addımını Milli Şuranın parçalanmaması məqsədi ilə etdiyini söyləyərək, Müsavat Partiyasını ittiham edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?