GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Etirazların və üsyanların rəngi dəyişir

Etirazların və üsyanların rəngi dəyişir

Tarix: 9-04-2013, 10:02 Bölmə :Manşet Baxış: 673
Etirazların və üsyanların rəngi dəyişir

İsmayıllıda diskotekaların bağlanmasına etiraz olaraq
gənclər icra nümayəndəsinin evini daş-qalaq ediblər; polisə
aparılıb cərimələnənlər var, ölkədə aksiyalar vərdişə çevrilir


Toplum fərq etmir ki, nəyə etiraz edir, əsas etiraz edir. Deməli, hərəkətdədir, narazıdır, fəaldır. Əvvəl pıçıltı ilə danışırlar, sonra eşitdirirlər, narazılıq edirlər, aksiya keçirirlər, həbs olunurlar və müqavimət göstərirlər. Polis etirazçının üzərinə qışqırır və o əvvəlki kimi qorxub qaçıb getmir.

Etirazlar vərdişə çevrilir

Sərt və iti baxışları ilə hakimiyyət nümayəndəsinin qarşısında məğrur dayanır. O psixoloji an qorxu hissinin itirilməsidir. Tibbi terminlə desək insan aqoniyadan çıxıb real həyata tranformasiya olunur. İran inqilabının qələbəsi də kütlələrdə qorxu hissinin dəfn olunması ilə başladı. Azərbaycan toplumu Türkiyə, Yunanıstan, Çili xalqları kimi etiraza vərdiş etməyə alışır.
Etiraz mədəniyyəti, aksiyaların keçirilməsi vərdişə çevrilir. Vay o hökumətin halına ki, ölkəsində toplum həbslərdən, işgəncələrdən qorxu hissini itirə etirazlara vərdiş edə. Azərbaycan etirazların yeni bir fazasına qədəm qoyub və yetərincə təhlil tələb edən bu proseslər hansı istiqamətə cərəyan etdiyini aydınlaşdırmaq qəlizləşib.
Kremlin sərhədyanı ərazilərə qoşun yığması, Qərbin informasiya nüvələri ilə hakimiyyəti silkələməsi, daxilin isə etirazlar burulğanına çevrilməsi analiz imkanlarını məhdudlaşdırır. Axı nə baş verir? Bu ölkədə dəyişikliyi kim istəyir? Xalqmı, Qərbmi yoxsa Kremlmi? Və ikincilərin dəyişikliyi istəyinə səbəb nədir? Rusiyanın və ABŞ-ın hakimiyyətdən nə alıb verəcəyi var ki, bunu həll edə bilmirlər? Labirint suallar və təhlili geniş mülahizə tələb edən məsələlər meydanda cavabsız qalıb.

Diskotekalara azadlıq!

Belədə isə daxildə etirazlar rəngarəng xarakter almağa başlayıb. Məsələn, İsmayıllıda məmur balasının qudurğanlığına cavab olan üsyandan sonra növbəti dəfə etiraz aksiyası keçirilib. Etiraz nümayişi rayonun malakanlar və ləzgilər yaşayan İvanovka kəndində baş verib.
Belə ki, İvanovkada ənənəvi olaraq həftənin bir neçə günü təşkil olunan diskotekaların ləğv edilməsi kənd sakinlərini qəzəbləndirib(!). Etirazçıların tələbləri ilk baxışdan məişət səviyyəsində görünə bilər. Onlar diskotekaların bərpasını tələb edir. Necə deyərlər, “aclıq olsun, kef olsun”. Gəl ki, kəndlilər diskotekaların ləğvinə etiraz edirsə bunun özündə müsbət çalarlar tapmaq lazımdır. Bayaq söylədiyimiz kimi, nəyə etiraz edildiyi önəmli deyil, təki etiraz olsun.
Bəli, kimlərsə diskotekanın bağlanmasına, vaxt olacaq ki, kimlərsə domino oynamağa imkan verilməməsinə, bir başqaları acından ölməyə, bütöv xalq isə ayrı-ayrılıqda müxtəlif problemlərə də olsa mütəşəkkil şəkildə sistemə etiraz etmiş olacaq. Bu günün etirazı isə sabahın başqa etirazlarına cığır açır. Əgər bir qrup İvanovka sakini yığışaraq etirazlarını bildirirsə, tələblərinin məişət səviyyəsində olmasına əhəmiyyət verməməliyik.

İcra nümayəndəsinin evi daş-qalaq olundu

Hətta onlar kənd icra nümayəndəsinin evinə hücum edərək diskotekaların açılmasını tələb ediblər. İcra nümayəndəsinin onlarla görüşə çıxmadığını görən ivanovkalılar onun evini daş-qalaq ediblər.
Hadisədən xəbər tutan polis qüvvələri əraziyə cəlb olunub. Bir neçə aksiya iştirakçısı tutularaq polis bölməsinə aparılıb. Saxlanılanlar azyaşlı olduğu üçün cərimələnərək sərbəst buraxılıblar.
Məsələ ilə bağlı İvanovka kənd icra nümayəndəliyindən bildirilib ki, diskotekaların bağlanmasının əsas səbəbi məktəblilərin buna daha çox maraq göstərməsidir. “Məktəblilər diskotekada əylənərək dərslərini, təhsillərini yaddan çıxarırlar. Biz də belə qərara gəldik ki, diskotekanı müvəqqəti bağlayaq”. Hazırda İvanovkada sakitlik hökm sürür. Bəlkə irəli sürəcəyim mülahizə ironik ya da qeyri- ciddi arqument kimi görsənə bilər.
Fəqət sizə elə gəlmir ki, Kremlin rəsmi Bakıya təzyiqlərinin birə beş artdığı ərəfədə Azərbaycanın ruslar yaşayan kəndində əhalinin ayağa qalxmasında nəsə gizli bir əl var? Bununla qətiyyən etirazçıların əməyini yerə vurmaq və onların siyasi qüvvələrin əlində alət olduğuna işarə vermək niyyətim yoxdur. Kəndlilər doğal haqlarını tələb ediblər.
İvanovka - alınmaz qala
Zatən bu məntiqlə məsələn, islamçılar aksiya keçirəndə İran barmağı axtarırıq, sürücülər ayağa qalxanda Ziya Məmmədova əks-qüvvələr axtarışına çıxırıq, xarici şirkətlərdə işçilər tətil elan edəndə Qərbin təzyiqləri kimi qiymətləndiririk. Hərçənd problemlər var və sadəcə onların böyüməsinə gətirib çıxaran təkanverici güclərin olduğu istisna deyil. İvanokva isə mentalitet baxımdan fərqli yerdir. Yeganə kənddir ki, sovetdən sonra Nikitin kolxozunu qoruyub saxlaya bilib. Kəndlilərin ciddi müqaviməti nəticəsində hökumət buradakı kolxozu ləğv edə bilmədi. İndi də ivanovkalılar Nikitin kolxozundan ailəsinə çörək pulu qazanır. Bu kəndi çapıb talamaq istəyənlərə qarşı ciddi narazılıq var, kəndin kosmetik görünüşü məhv edilir, kolxozun hektarlarla ərazisi mənimsənilib.
Bu qədər problemlərin içində bir də illərdir ənənəvi olaraq diskotekadan istifadə edən gənclərə maneçilik yaratmaq gözlənilən nəticəni verib. Əgər icra nümayəndəsinin evi diskotekanın ləğvinə görə daş-qalaq olunursa, o zaman hökumət papağını qarşısına qoyub düşünməlidir. “Axırıncı aşırım”da deyildiyi kimi, “vəziyyət biz fikirləşdiyimizdən də ağırdır, Abbasqulu bəy”.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtda kütləvi etiraz - Polis müdaxilə etdi - FOTO

    Sumqayıtda kütləvi etiraz - Polis müdaxilə etdi - ...

    30-09-2015, 18:17

  • 
  • Ağdaş polisinin qarşısında köçkünlər etiraz aksiyasına qalxdı

    Ağdaş polisinin qarşısında köçkünlər etiraz ...

    2-08-2013, 14:04

  • 
  • İranın Norveçdəki səfirliyi qarşısında etiraz aksiyası keçirildi

    İranın Norveçdəki səfirliyi qarşısında etiraz ...

    16-11-2015, 12:14

  • 
  • Amerika polisinə qarşı etirazlar səngimir

    Amerika polisinə qarşı etirazlar səngimir ...

    9-07-2016, 10:52

  • 
  • Sakinlər İcra Hakimiyyətinə yürüş etdi - Şamaxıda etiraz aksiyası

    Sakinlər İcra Hakimiyyətinə yürüş etdi - Şamaxıda ...

    4-03-2015, 23:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu