Ağdaşda Kəlbəcərdən olan bir qrup məcburi köçkün yerli polis şöbəsinin qarşısına etiraza toplaşıb. Onlar yerli polisi baş vermiş bir cinayət hadisəsinə göz yummaqda ittiham edirlər.
Bu barədə “azadlıq.info”ya aksiyanın şahidi olan sakinlərdən biri məlumat verib. Şahidin sözlərinə görə, məcburi köçkünlər etirazlarını belə izah edirlər ki, onların yaxını olan yetkinlik yaşına çatmayan bir qız rayon ərazisində qaçırılıb. Bu barədə polisə məlumat verilib, lakin heç bir nəticə yoxdur. Məcburi köçkünlər hesab edirlər ki, polis hadisəyə etinasız yanaşır və ya bilərəkdən göz yumur.
Məlumatı verən mənbə onu da deyib ki, aksiya iştirakçılarına qarşı polis zorakılığı baş verib. Məcburi köçkünləri zor tətbiq edərək ərazidən uzaqlaşdırmağa çalışıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?