GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyət MDİ-nin “ata”sına qarşı...

Hakimiyyət MDİ-nin “ata”sına qarşı...

Tarix: 10-04-2013, 09:56 Bölmə :Manşet Baxış: 650
Hakimiyyət MDİ-nin “ata”sına qarşı...

Postsovet ölkələrində “məxməri inqilablar”ın müəllifi
Qriqoryevs Bakıya buraxılmayacaq; iqtidar ABŞ təşkilatı ilə
tarana gedir, deputat qurumun gələcək fəaliyyətindən danışdı


“Milli Demokratiya İnstitutunun fəaliyyətinə gəldikdə, onlar əvvəllər öz ölkələrində müxalif olan zaman da Azərbaycanda fəaliyyət göstəriblər. Amma öz sələflərindən - o vaxt iqtidarda olan Respublikaçılar Partiyasının maliyyələşdirdiyi və Azərbaycanda fəaliyyət göstərmiş Beynəlxalq Respublikaçılar İnstitutundan fərqli olaraq, onlar balanslaşdırılmış fəaliyyət göstərmirlər”. Deputat Əli Hüseynli ABŞ-ın Milli Demokratiya İnstitutu haqqında danışarkən belə deyib.

Əli Hüseynli: “Radikal müxalifətin təsiri altında...”

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar ölkələrdə insan hüquqları, demokratiya və sair ilə bağlı müxtəlif layihə həyata keçirirlər: “Lakin bütün bu fəaliyyət qarşılıqlı anlaşma, şəffaflıq çərçivəsində, məram və məqsəd aydın olmalıdır. Hər hansı təşkilatın fəaliyyəti ölkədə qarşıdurma yaratmağa, daxili sabitliyi pozmağa, ölkə həyatına müdaxiləyə yönəldikdə isə qarşısı alınmalıdır. Bu istiqamətdə Azərbaycan hüquq-mühafizə orqanlarının mövqeyi başa düşüləndir”.
Deputatın dediyinə görə, MDİ həyata keçirdiyi layihələrdə tərəfli partnyorlar seçib və onlar daha çox radikal siyasi müxalifətin təsiri altında fəaliyyət göstərənlərdir: “MDİ daha çox tərəfli mövqe tutur. Müstəqil yox, daha çox siyasiləşmiş QHT-lərlə layihələr həyata keçiriblər. Eyni zamanda keçirdikləri bu layihələrin özü də tam şəffaf deyil. Baxmayaraq ki, buna görə MDİ təkziblər verir, amma ciddi əsaslandırmır”.
Ə.Hüseynli MDİ-nin gələcək fəaliyyətinə də toxunub: “MDİ Azərbaycan dövlətinin məktubuna, bəyanatına adekvat cavab verməsə, reaksiya olmasa, təbii ki, qanunvericilik çərçivəsində tədbirlər görüləcək. QHT haqqında mövcud qanunvericilik, bundan irəli gələn bütün məsuliyyət növləri, o cümlədən inzibati məsuliyyət növləri tətbiq oluna bilər”.

Qərbə qarşı ikili oyun

Hakimiyyətin MDİ ilə bağlı dərin narahatlığı aşkar şəkildə hiss olunur. Hökumət gerçəkdən də ciddi bir həyəcan təbili çalır və ajiotaj yaradır. Hakimiyyət MDİ ilə bağlı mühüm və səhih məlumat əldə etməsə bu qədər təşkilatın üzərinə getməzdi.
Diqqətçəkən odur ki, proses hakimiyyətin Qərblə münasibətləri yaxşılaşdırmağa çağırışları ilə eyni zamanda baş verir. “Azərbaycan” kimi rəsmi, “Yeni Azərbaycan” kimi hakim partiyanın orqanı olan qəzetlərdə iki zidd xətt yürüdülür.
Birincidə Qərb Azərbaycanda hakimiyyət çevrilişi etməkdə suçlanır, ikincidə isə Qərblə münasibətlərin yaxşılaşdırılmasının vacibliyi təbliğ edilir.
“Hakimiyyət çevrilişinə cəhd” çox ağır ittihamdır. Belə bir ağır ittihamın fonunda Qərblə münasibətlərin yaxşılaşdırılması nə dərəcədə mümkündür? Həm də ortada “Milyarderlər İttifaqı” nümunəsi varkən “Milyarderlər ittifaqı” yarananda hakimiyyət mediası Kremlə qarşı da “çevriliş iddiası” irəli sürmüşdü. İndiyə olan nəticə budur ki, seçki yaxınlaşdıqca iki ölkə arasında münasibətlər sürətlə qırılma nöqtəsinə yaxınlaşır. Həm də prosesin Rusiyanın xeyrinə olması şərti ilə...
MDİ kimi nüfuzlu quruma qarşı ciddi suçlamalar iqtidarı dünyadan təcrid nöqtəsinə daşımırmı? Seçki öncəsi digər dövrlərlə müqayisədə daha ciddi həssaslıq göstərməli olan iqtidar texnoloqları hansı səbəbdən prosesi əngəlləyə bilmir? MDİ-nin Bakı ofisinin rəhbəri A.Qriqoryevsin postsovet məkanında son 15 illik fəaliyyətinə diqqət yetirməyə dəyər.

“Məxməri inqilab”ın “ata”sı

Analitiklər bildirir ki, MDİ olan yerdən inqilab qoxusu gəlir. Bu səbəbdən ötən ilin payızında MDİ-nin Rusiya ofisinin fəaliyyəti də məhdudlaşdırılıb. MDİ Rusiya ofisinin personalını Litvaya köçürüb. Bu bölgədə isə Qərb institutlarının fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Qurumun Bakı ofisinin rəhbəri A.Qriqoryevs də əslən bu bölgədən, daha dəqiqi Latviyadandır. Filologiya elmləri doktoru olan Qriqoryevsin postsovet məkanında “antirusiya qurşağı”nın yaradılması üçün ciddi əmək sərf etdiyi bildirilir. Onun bu kampaniyaya 90-cı illərdə qatıldığı və bir neçə ildə bu hərəkatın aparıcı şəxslərindən birinə çevrildiyi çoxlarına bəllidir.
A.Qriqoryevs postsovet məkanındakı, demək olar ki, bütün “məxməri inqilab”ların ideya müəllifi kimi təqdim olunur. Gürcüstanda inqilabçılar onu “ata”, Moldovada “baş komandan”, Ukraynada “demokratiya daşıyıcısı”, Rusiyada “əsas mitinq nəzəriyyəçisi” adlandırırdı. Rusiya analitiklərinin fikrincə, Qriqoryevs harada varsa, ətrafında gənclər və milyonlarla dollar mütləq yığışacaq.
A.Qriqoryevs bir neçə aydır Azərbaycanda deyil. Onun Türkiyədə olduğu haqda xəbərlər var. Onun Azərbaycana dönüb-dönməyəcəyi isə ciddi sual altındadır.

Yusif Hüseyn
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Demokratiya İnstitutu Azərbaycanda aktiv fəaliyyətini davam etdirir

    Milli Demokratiya İnstitutu Azərbaycanda aktiv ...

    10-06-2013, 17:09

  • 
  • Əli Hüseynli daha şəffaf fəaliyyət üçün Avropadan qrant istəyir

    Əli Hüseynli daha şəffaf fəaliyyət üçün Avropadan ...

    28-11-2014, 01:13

  • 
  • Ch.Smith: «Azərbaycanda Demokratiya Aktı»na ciddi yanaşırıq

    Ch.Smith: «Azərbaycanda Demokratiya Aktı»na ciddi ...

    2-03-2016, 20:34

  • 
  • “İctimai Palatanın fəaliyyət göstərməsinə zərurət yoxdur”

    “İctimai Palatanın fəaliyyət göstərməsinə zərurət ...

    28-10-2013, 12:04

  • 
  • ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya niyə gəlib?

    ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya niyə ...

    10-12-2012, 14:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu