MDİ bir milyon dollar vəsaitin hara xərcləndiyi barədə Azərbaycan hökumətinə müfəssəl məlumat təqdim edib” “Milli Demokratiya İnstitutu Azərbaycanda aktiv fəaliyyətini davam etdirir. Təşkilatın nümayəndələri Azərbaycan hökumətinə 1 milyon dollar vəsaitin hara xərcləndiyi barədə müfəssəl məlumat təqdim ediblər”. Bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar söyləyib.
“Azərbaycan hökuməti MDİ ilə bağlı məsələnin artıq gündəmdən qalxdığı barədə mən məlumatlandırıb. Ona görə də MDİ Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir. MDİ nümayəndələri 1 milyon dolların hara xərcləndiyi barədə müfəssəl məlumat təqdim etdikdən sonra mənə Azərbaycan hökumətindən belə dedilər. Şəxsən şahid oldum ki, təqdim olunan məlumatda bütün suallar cavablandırılıb”.
Xatırladaq ki, Azərbaycanın baş prokuroru ABŞ səfirinə Milli Demokratiya İnstitutunun ölkədəki fəaliyyəti ilə bağlı məktub göndərib. Bəzi kütləvi informasiya vasitələrində gedən məlumatlara görə, təşkilatın Azərbaycanda layihələrin reallaşması üçün ayırdığı vəsait MDİ-nin Azərbaycandakı ofisinin rəhbəri Aleks Qriqoryev tərəfindən təyinatı üzrə xərclənməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?