GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Şanlı ordumuz cəbhədə, xalq ayaqda...

Şanlı ordumuz cəbhədə, xalq ayaqda...

Tarix: 13-04-2016, 00:55 Bölmə :Manşet Baxış: 0
Şanlı ordumuz cəbhədə, xalq ayaqda...

Qarabağda son 22 ilin ən ağır döyüşləri gedir

Azərbaycan əsgəri Talış və Lələtəpə yüksəkliklərini düşməndən azad etdi, 31şəhid verən ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, yüzlərlə erməni məhv edildi, atəşkəs elan olunsa da atışmalar səngiməyib; Rusiya isə açıq mesaj verdi - “konfliktin açarı məndədir”

Qarabağda son 22 ilin ən ağır döyüşləri aprelin 1-dən başlandı. 1994-cü ildə imzalanan atəşkəsdən bəri mütəmadi olaraq atəş səsləri eşidilib, itkilər olub. Düşmən də sarsıdıcı zərbələr alaraq hər dəfəsində geri çəkilib. Lakin bütün bu atəşkəs pozulması yekunda şablon bəyanatlar, quru açıqlamalar, ATƏT-in Minsk qrupu həmsədrlərinin təmas xəttində keçirdiyi monitorinqlərlə nəticələnib.

Azərbaycan prezidenti İlham Əliyev Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqedə dayandığını, işğalçı siyasət yürütdüyünü, atəşkəsi pozduğunu, bizim səbrimizin daşdığını bəyan edirdi. Azərbaycanın sülh tərəfdarı olması, öz ərazi bütövlüyünün təmin olunması ilə yanaşı ermənilərin də Qarabağda sivil şəkildə yaşacağına zəmanət verməsinə baxmayaraq BMT-nin çıxardığı 4 qətnamə icra olunmurdu.

Prezidentin yaralı hərbçilərə baş çəkməsi

Bütün bunların fonunda artıq ölkədə Qarabağ problemi siyasi səhnədə sonuncu dərəcəli mövzuya çevrilməkdə idi. Cəmiyyətin torpaqların azad olunacağına ölən ümidi, verilən vədlərin yerinə yetirilməməsi böyük bir inamsızlıq yaratmışdı, ordunun potensialının hərbi əməliyyatlara yetməyəcəyi qeyd edilirdi. Aprelin 1-dən Azərbaycanın ordusu işğal olunmuş torpaqlarda erməni separatçı- terrorçu silahlı birləşmələrinə qarşı rəşadətli mübarizəsi isə yenidən milli ruhu dirçəltdi, xalqı ayağa qaldırdı.

Təqribən, bir həftəyə yaxındır ki cəbhə xəttində atəş dayanmır. 31 şəhid verən vətənimizin hər yerində qəhrəmanlarımız izdihamla son mənzilə yola salınır. İstər dövlət rəhbərliyi, istərsə ictimaiyyət, istərsə də sıravi insanlar şəhidlərimizin göstərdiyi şücaəti alqışlayır, qürur duyur, hərbi əməliyyatların davamını tələb edir. Talış və Lələtəpə yüksəkliklərinin düşməndən azad olunması, 23 il sonra bu ərazilərə sakinlərin yenidən ayaq basması məhz qəhrəman zabit və əsgərlərimizin sayəsindədir.

Aprelin 5-də tərəflər arasında atəşkəs elan olunsa da, Ermənistan tərəfi razılaşmanı pozmaqda, hətta Naxçıvanı hədəfə almaqdadır. Bununla belə düşmən cavab atəşi ilə susdurulur. Prezident İlham Əliyevin yaralı hərbçilərə baş çəkməsi, müdafiə naziri Zakir Həsənovun bu günlərdə səngərdə, əsgərlərlə bir yerdə olaraq onlaraq dayaq durması orduda döyüş əhval-ruhiyyəsinə müstəsna təsirlərini göstərmiş oldu.

Nüvə sammitinin ertəsi...

Eyni zamanda şəhidlərin dəfnində yaşanan izdiham, rəsmilərin iştirakı, şəhid ailələrinə verilən dəstək, medianın vətənpərvər ruhda fəaliyyəti, əvvəlki dövrlərdən fərqli olaraq mətbuatın deziformasiyadan qaçması təqdirəlayiq hallardır.

Ancaq cəbhədə baş verənlərin pərdəarxası məqamları, masa ətrafında gedən müzakirələr, bu hadisələrin başlanmasının siyasi aspektləri, bağlı qapılar arxasında gedən mühüm danışıqlar, Azərbaycan və Ermənistan tərəfindən tələb olunanlar şübhəsiz ki, təhlil olunmalıdır. Bu baxımdan “Gündəm-xəbər”in araşdırma qrupu təmas xəttində son bir həftədə yaşanan hadisələri analiz edib:

Dağlıq Qarabağ danışıqları artıq dalana dirənmişdi. Bu günə kimi irəli sürülən təkliflər etirazla qarşılanmışdı. Danışıqlar prosesində mövcud status-kvo Rusiya və Ermənistanın maraqlarına uyğun idi. Bu iki hərbi müttəfiq olan dövlətlər vəziyyəti dəyişməkdə maraqlı görünmürdülər. Rusiyanın status-kvonu dəyişməməkdə məqsədi Azərbaycanı təsir dairəsində saxlamaq idi. Eyni zamanda Ermənistanla bərabər Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu nəzarətində saxlayırdı.

Ona görə bu məsələdə birgə müttəfiq kimi hərəkət edirdilər. Ancaq regionda yaranmış vəziyyət, Ukrayna böhranından sonrakı şərait, hərbi münaqişələr Avropa təhlükəsizlik sistemini təhdid edirdi. Ukrayna böhranı göstərdi ki, baş verənlər regional münaqişələrdir. Bu münaqişələrə diqqət daha artdı və genişlənməyə başladı. Həm Avropa Birliyini, həm Azərbaycanı status-kvonu dəyişməyə vadar edirdi.

Yəni, konfliktin həllini dəyişmək istəyirdilər. Rusiya isə buna müdaxilə edirdi. Amma həm Azərbaycan, həm Ermənistan prezidentlərinin Amerikaya səfəri, Rusiyanın Nüvə sammitini boykot etməsinin ardınca, aprelin 1-dən 2-nə keçən gecə atəşkəs pozuldu. Rusiya istədiyi vaxt atəşkəsi poza, istədiyi vaxt dayandıra bilir. Bu hadisələrin fonunda Rusiya açıq mesaj verdi ki, konfliktin açarı məndədir.

Sərkisyanın etirafı

Elə ayın 5-də Baş Qərargah rəislərinin Moskvaya çağırıb atəşkəs imzalatmaqla buna bir daha möhür vurdular. İndi də regiona intensiv səfərlər başlayıb. Lavrov, ardınca Medvedevin səfəri gözlənilir.

Azərbaycan yalnız indiki vəziyyətdə nə edə bilər? Fürsət düşdüyü hallarda lokal hərbi əməliyyatlarla cəbhə xəttində mövqeyini möhkəmləndirə bilər. Azərbaycanın yürüdə biləcəyi düzgün strategiya lokal əməliyyatlar ola bilər. Ordu həm aktiv şəkildə hərbi müttəfiqlərini gözləməlidir, həm də Rusiyanın zəifləməsini.

Nəzərə almaq lazımdır ki, regionda Rusiyadan başqa digər maraqlı qüvvələr də var. Biz hadisələrə bir tərəfli baxa bilmərik. Rusiyadan başqa, İsrail, Türkiyə, ABŞ kimi dövlətlərin də mövqeyini nəzərə almalıyıq. Çünki bu, artıq regional yox, beynəlxalq konfliktə çevrilib. Amma

Azərbaycanın geopolitik taleyi həlledici mərhələyə daxil olub. Ya Azərbaycan özü seçim edəcək, ya da biz olmadan yerimizə həll edəcəklər. Çünki Azərbaycanın strateji seçim etməməsi hər iki tərəfdə etimadsızlıq yaradıb.

Ancaq yada salaq: Ermənistan prezidenti Serj Sərksiyan da Berlində etiraf etdi ki, Azərbaycanın hərbi texnikası Ermənistanın hərbi texnikasını xeyli üstələyir və moderndir, öz ölkələrinin silahları isə 1980-ci illərdən qalmadır. 2-6 aprel tarixlərində hər iki tərəf itki verdi. İndi müvəqqəti atəşkəsdir. Atəşkəsdən sonra Kəlbəcər istiqamətində 2 erməni əsgərini məhv etdik.

Çox demirəm, atəşkəs pozulmasa belə elə gündə snayper atəşi və ya dəqiq minomyot atəşləri ilə 2-3 işğalçını öldürsək, bu il ərzində 700-800 nəfər edir. Əlbəttə, onlar da vururlar, ancaq yorucu müharibədən ermənilər daha çox qorxmalıdırlar. İşğal davam edənə qədər nə Ermənistan, nə də ki, Dağlıq Qarabağdakı ermənilərə rahatlıq vermək olar. Necə ki, onlar torpaqlarımızı işğal etməklə illərdir bizim rahatlığımızı pozublar, demək daimi hərbi təzyiqlə ermənilər bizdən daha çox əziyyət çəkməli, səksəkə içində yaşamalıdırlar.

Naxçıvan təxribatı: rus-türk savaşı

Bundan əlavə, uzun illərdən sonra Naxçıvana da atəş açmağa başlayıblar. Bu o deməkdir ki, Ermənistan Cənubi Qafqazda Türkiyəni Rusiya ilə toqquşdurmaq istəyir. Çünki, Türkiyə ən azı Qars müqaviləsindən çıxış edərək Naxçıvanın uzun müddət atəş altında saxlanılmasına seyrçi qalmayacaq.

Şübhə etmirəm ki, yaxın günlərdə Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Naxçıvanla bağlı Ermənistanı xəbərdar edəcək. Ermənistan bundan sonra da Naxçıvana qarşı təxribatlarını davam etdirərsə, Qarabağ istiqamətində atəşkəsə riayət etməyə Azərbaycanın səbəbi qalmayacaq.

Beləliklə, hələlik Qarabağda 5 günlük savaş bitdi. Döyüş qısamüddətli olsa da bir çox məsələlərə baxış bucağımızı dəyişdirdi. Dərs götürənlər götürdü, götürməyənlərin qozbelini düzəltmək də torpağa qaldı. Bu günlərdə dostları, düşmənləri tanıdıq. Əsas olan millətin davranışıydı ki, bu imtahandan da üzü ağ çıxdıq.

Çünki bu çətin günlərdə vətən üçün hamı bir ürək ola bilməyi bacardı. Bu da bəlkə də hər şeydən önəmlidir. Çünki bu fakt göstərdi ki, millətin özünüqoruma instinkti məhv olmayıb və hər hansı bir çətinliklə üzləşəndə sistem olaraq bütünləşə bilir.

Qısamüddətli savaş bitdi və yenidən atəşkəs elan olundu. Bu qısa zaman çərçivəsində bəlli oldu ki, Qərb Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bunu Qərb mətbuatında gedən yazı və münasibətlər də ortaya qoydu. Baxmayaraq ki, Qərbdə döyüşlərin dayandırılmasını tələb edirdilər, amma əsasda bu tələblər o qədər də təhdidedici deyildi və özündə Azərbaycanın haqlı mövqeyini də daşıyırdı.

Lavrovun 1 aprel “zarafat”ı?

Doğrudur, Qərb Ermənistanın tamamilə Azərbaycan ordusu tərəfindən əzilməsini də istəmirdi, amma bu istəklərin içərisində Rusiyanın forpostu olan dikbaş Sarkisyan hakimiyyətinə azacıq da olsa, dərs verilməsinin tərəfdarı olduqları da hiss olunurdu. Bunu “Ermənistan ordusunun işğal olunmuş torpaqlardan çıxma zamanı gəlmişdir” kimi ifadələr də təsdiq edirdi.

Ancaq eyni davranışı biz Rusiyadan görmədik. Nəinki görmədik, hətta son 5 gündə Rusiya mediası Azərbaycana qarşı bir savaş açdığını deyə bilərik. Nəhayət, Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri arasında Bakıda başlayan üçtərəfli danışıqlar bitib. Nazirlər isə fotoreportyorların onları lentə aldıqları dəqiqələrdə bir-birləri ilə zarafatlaşıblar. “Mən artıq bu üçtərəfli görüşlərə alışmağa başlayıram”-İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər nazirlərin üçtərəfli formatda işgzar səhər yeməyinə eyhamla bildirib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə jurnalistləri sakitləşdirməyə çalışıb: “Danışıqların yekunu olaraq bizim əhatəli bəyanatımız olacaq, ona görə də mətbuat konfransını gözləyin”.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə onu çəkən jurnalistlərə eyhamla deyib : “Nə vaxt əlimi burnuma aparsam onda çəkirlər”. Nazirlərin kefi yerində olub və öz aralarında zarafatlaşıblar. Xatırladaq ki, üçtərəfli görüş əvvəlcədən planlaşdırılmışdı, Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi və digər mövzular müzakirə olunmalıydı.

Lakin Qarabağda başlayan döyüşlər Bakı görüşündə bu münaqişənin də mərkəzi mövzuya çevrilməsinə səbəb oldu.

Lavrov isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki vəziyyətdən, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarından danışıb. Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb: “İndi əsas məsələ zorakılığın yenidən baş qaldırmasına imkan verməməkdir.

Biz Bakıda Azərbaycan prezidenti ilə müzakirə apardıq, ümidvaram ki, Ermənistan tərəfinin iştirakı ilə də müzakirə aparılacaq. Hələ 3-4 il əvvəl Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən görüşlərdə qəbul edilən birgə bəyanatlarda əks olunmuş ideyalara qayıtmaq lazımdır.

Siyasi həll yolunda səylərdən başqa təmas xəttində etimad tədbirləri ilə bağlı məsələlər də müzakirə olunmuşdu. Hər iki tərəfdən itkiləri nəzərə alaraq snayperlərin təmas xəttindən bir qədər geri çəkilməsi ideyası irəli sürülmüşdü. Adamların hər saat, hər dəqiqə bir-birinə nişangahda baxması çox risklidir. Kiminsə əsəbləri buna davam gətirməyə bilər”.

Lavrov təmas xəttindən snayperlərin çəkilməsi məsələsinin çoxdan planlaşdırılıdığını deyib: “Razılığa əsasən, Azərbaycan, Ermənistan və Rusiya prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə qəti addımlar atmaqla məşğul olmuşdular. Bu, hələlik sonadək təsdiqlənmiş

sənəd deyil, amma belə bir sənəd mövcuddur, onun üzərində neçə ildir iş gedir. Düşünürəm ki, hazırkı vəziyyət bizim hamımızı tələsdirəcək və tezliklə həmin tədbirləri qəbul edib həyata keçirməyə məcbur edəcək”.

Rusiyanın xarici işlər naziri məsələni Azərbaycan prezidenti ilə müzakirə etdiyini və İlham Əliyevin yanaşmanı dəstəklədiyini bildirib: “Amma bu şərtlə ki, həmin tədbirlər status-kvonu əbədiləşdirməyə xidmət etməsin. Bunu heç kim istəmir, sözügedən addımlar siyasi proses üçün əlverişli atmosfer yaratmaq üçün atılmalıdır.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ordumuz düşmən mövqelərinə 120 dəfə  sarsıdıcı  zərbələr endirib.

    Ordumuz düşmən mövqelərinə 120 dəfə sarsıdıcı ...

    11-04-2016, 17:41

  • 
  • Ordumuz döyüş hazırlığı vəziyyətinə gətirilib – Rəsmi

    Ordumuz döyüş hazırlığı vəziyyətinə gətirilib – ...

    23-01-2014, 20:50

  • 
  • Qarabağda bir erməni hərbçi məhv edilib

    Qarabağda bir erməni hərbçi məhv edilib ...

    1-05-2016, 12:08

  • 
  • Atəşkəsin 13 dəfə pozulduğu deyilir

    Atəşkəsin 13 dəfə pozulduğu deyilir ...

    26-05-2016, 16:51

  • 
  • Ermənilərin komanda-qərargah məntəqəsi və generalları belə məhv edildi - ŞOK VİDEO

    Ermənilərin komanda-qərargah məntəqəsi və ...

    11-05-2016, 18:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (94)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu