GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » MTN-lə Arif Qasımovu birləşdirən tellər

MTN-lə Arif Qasımovu birləşdirən tellər

Tarix: 15-04-2016, 13:13 Bölmə :Manşet Baxış: 0
MTN-lə Arif Qasımovu birləşdirən tellər

Eldar Mahmudovla olan yaxın münasibətləri zamanında başçının köməyinə
gəlsə də hazırda onun əsas başağrısına çevrilib

Arif Qasımovu diqqət mərkəzinə gətirən şok səbələr Ölkə gündəmində ciddi müzakirələrə səbəb olan kadr dəyişikliklərindən sonra öz işinin öhdəsindən gəlməyən, fəaliyyətdə olduğu müddətdə adı korrupsiya və rüşvət siyahılarında ilk pillələrdə qərarlaşan bir çox məmurların da növbəsinin çatdığı haqqında informasiyalar yayıldı. Yeni dövrdə, tamamilə yeni iqtisadi münasibətlərin qurulduğu zamanda icra başçılığından daha çox biznesmen kimi ad çıxaran bir çox məmurların da vəzifəsi ilə vidalaşacağı gözləniləndir. Belə ki, uzun illər vəzifə səlahiyyətlərindən öz şəxsi biznes maraqları üçün istifadə edən, rəhbərlik etdiyi rayonu az qala özəlləşdirən məmurlar indiki iqtisadi tələblərə cavab vermir, həm xalq, həm də iqtidar düşərgəsi tərəfindən narazılıq doğurur. “Gündəm Xəbər”ə daxil olan məlumatlarda məmurluq karyerası dövründə adı bir çox korrupsiya qalmaqallarında çəkilən və rəhbərlik etdiyi rayonlarda heç bir uğur qazana bilməyən Arif Qasımovun adı vəzifədən alınacaq məmurlar içərisində ilk sıralarda çəkilir. Ona göstərilən etimadı doğrultmaq üçün kifayət qədər zamanı olmasına baxmayaraq A. Qasımov hər zaman şəxsi maraqlarını ön plana çəkib. Nizami bələdiyyəsinin sədri olduğu dövrdə də, Siyəzənin icra başçısı olduğu müddətdə də belə olub, bu gün də belədir. Bildirək ki, digər yüksək çinli məmurlarımız kimi, A.Qasımov da geniş biznes şəbəkəsi ilə tanınıb. 2011-ci ildə Siyəzənin icra başçısı təyin olunan Arif Qasımov özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib. Bu fermaları saхlamaq üçün təbii ki, əkin və otlaq sahələrinə ehtiyac var. Arif Qasımov bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib. Həmin ərazilər indi icra başçısının fermalarına хidmət edir. Məlumatlı mənbə “Gündəm Xəbər”ə bildirir ki, Arif Qasımovun Siyəzəndə bir neçə üzlük daş sexləri də fəaliyyət göstərir. Həmin seхlər rayonda görülən bütün təmir-tikinti işlərini tikinti materialları ilə təmin edirdi . Mənbə bildirir ki, hazırda bu proses Nizami rayonunda davam etdirilir. Amma Arif Qasımovun biznesi Siyazənlə məhdudlaşmır. Əldə etdiyimiz faktlara əsasən, onun əvvəllər bələdiyyə sədri işlədiyi, indi isə icra başçısı kimi təyinat aldığı Nizami rayonunda, icra başçısının nümayəndəsi olduğu Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Həmçinin icra başçısının Bakının müхtəlif yerlərinə tikinti işləri apardığı bildirilir. Paytхatda özünün və yaхınlarının adına onlarla mənzilinin, dəyəri milyonlarla manatla ölçülən bir neçə villasının olduğu da deyilir. Arif Qasımovun məmurluq dosyesində “600 minlik rüşvət “ qalmaqalı da qırmızı xəttlə keçir. Belə ki, Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi. Məlumata görə, bu işdə o dövrdə Siyəzən İcra Hakimiyyətinin başçısı olan Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib. O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib. Bildirilir ki, Arif Qasımovun cidd-cəhdlə ört-basdır etməyə çalışdığı nüanslardan biri də keçmiş MTN Eldar Mahmudovla olan sıcaq münasibətləridir. Keçmiş nazirlə olan yaxın münasibətləri zamanında A. Qasımovun köməyinə gəlsə də hazırda onun əsas baş ağrısına çevrilib. Lakin, verilən məlumatlara əsasən eks nazirin bütün keçmiş əlaqələri, o cümlədən Arif Qasımovla olan əlaqələri də araşdırılıb və ortaya ciddi faktlar çıxıb. Qasımovun Nizami rayonuna başçı təyinatından elə də çox vaxt keçməsə də burada vəziyyət hər gün daha da pisləşir. Rayon problemlər girdabında boğulur. Hazırda bu rayonda yollardan tutmuş, insanların yaşayış səviyyəsinə kimi vəziyyət pisləşib. Nizami baxımsız rayona çevrilib. Rayonun yol infrastrukturu düzəlmir ki, düzəlmir. A.Qasımovun gəlişindən sonra rayonda küçələrin bərbad olması, ağacların kəsilərək ərazilərin baha qiymətə satılması indi dəb halına çevrilib. Küçələrin arasındakı ağaclıqların məhv edilərək 10-15 min manat alınaraq çayxanaya çevrilməsi sıradan bir hadisə sayılır. Bu yaxınlarda özünün dəbdəbəli “şahlıq taxtı” ilə gündəmin baş qəhrəmanına çevrilən A. Qasımov Nizami rayonunun artan problemlərin həll etmək iqtidarında və ya həvəsində deyil. “Gündəm Xəbər”ə daxil olan məlumatlarda bildirilir ki, ona dəfələrlə fəaliyyətində dönüş yaratması ilə bağlı xəbərdarlıq edilsə də heç bir dəyişiklik olmayıb. Nəticədə qısa vaxt ərzində vəzifədən alınacağı və ciddi cəzalandırılacağı bildirilir. Başçının özünü gözlənilən zərbədən qorumaq üçün bütün vasitələrdən istifadə etsə də vəziyyəti dəyişə bilmədiyi vurğulanır. Yaxın günlərdə Nizami rayonunda baş verən qanunsuzluqlarla əlaqədar daha geniş araşdırmamızla sizləri tanış edəcəyik.

Akif Quliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Arif Qaraşov Eldar Mahmudovla üz-üzə gəldi - Səbəb

    Arif Qaraşov Eldar Mahmudovla üz-üzə gəldi - Səbəb ...

    18-05-2020, 21:37

  • 
  • Eldar Mahmudov Arif Alışanovu necə tələyə salıb?

    Eldar Mahmudov Arif Alışanovu necə tələyə salıb? ...

    16-11-2015, 12:44

  • 
  • Nizami rayonuna 2 ildir rəhbərlik edən Arif Qasımovu tanıyırsınızmı? - İLGİNC FAKTLAR

    Nizami rayonuna 2 ildir rəhbərlik edən Arif ...

    23-06-2018, 14:54

  • 
  • Kərəm Həsənov imkanlı adamları MTN-nə necə satırmış?- KOMİTƏ SƏDRİ ELDAR MAHMUDOVA 200-Ə YAXIN "İŞ" VERİB

    Kərəm Həsənov imkanlı adamları MTN-nə necə ...

    17-11-2016, 00:21

  • 
  • Arif Alışanov iqtidariçi qovğaların güdazına gedir

    Arif Alışanov iqtidariçi qovğaların güdazına gedir ...

    12-12-2013, 21:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu