Peyğəmbərlə bağlı keçirilən müsabiqədə biabırçılıq
Məhəmməd Peyğəmbərin mövlud günü ilə bağlı keçirilən ədəbiyyat müsabiqəsindən sonra qalmaqal yaranıb. Buna səbəb isə Ədalət Ələsgəroğlunun müsabiqəyə təqdim etdiyi əsərə qarşı qərəzli mövqenin nümayiş olunmasıdır. Məlum olub ki, AYB-nin mətbuat katibinin təqdim etdiyi şeir, müsabiqəyə buraxılmayıb, yəni ört-basdır edilib. Qeyd edək ki, müsabiqənin təşkilatçısı və münsif heyəti Qafqaz Müsəlmanları İdarəsinin Elmi-dini Şurasının sədri Vasif Məmmədəliyev və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran olub. Qalib gələnlər də məhz bu iki şəxsə yaxın adamlar olub. Birinci yer iki şəxs arasında bölünərək, V.Məmmədəliyevin rəhbərlik etdiyi kafedrada çalışan Şahin Fazil və Ələmdar Mahirə təqdim edilib. İkinci yer isə Səyyad Aranın Qazax rayon prokurorluğunda çalışan yaxın qohumuna verilib. Bu hadisəni Ədalət Əsgəroğlu da təsdiqləyib. Bildirib ki, ona qarşı ədalətsizlik olub: “Əvvəlcə məni həmin müsabiqəyə münsif üzvü kimi dəvət etdilər. Görəndə təklif olunan mükafat yaxşıdır və mənim qalib gəlmək şansım çoxdur, müsif təklifdən imtina edib, müsabiqə iştirakçısı olmaq qərarına gəldim və öz şeirimi təqdim elədim. Sonradan məlum oldu ki, mənim şeirim ümumiyyətlə, üzə çıxmayıb, ört-basdır edilib. Və mükafat da təşkilatçıların öz yaxın adamlarına verilib. Əslində onlar da mənim qələm yoldaşlarımdır. Mən təmənnasız adamam. Kim nə edibsə, edib”. Qeyd edək ki, müsabiqədə birinci yerin qalibinə 5, ikinci yerin qalibinə isə 4 min manat pul mükafatı nəzərdə tutulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?