Azərbaycan XİN İrana nota verib. XİN mətbuat xidmətindən verilən məlumatına görə, bu gün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfinə Azərbaycan vətəndaşların saxlanılması ilə bağlı nota təqdim edib. XİN-dən notanın detallarını açıqlamayıblar.
İran tərəfi artıq şifahi şəkildə iki Azərbaycan vətəndaşının saxlanılmasını təsdiq edib. Qeyd edək ki, aprelin 30-da İranda azərbaycanlı elmi yazıçı Xalidə Xalid və onun köməkçisinin saxlanıldığı barədə məlumat yayılıb. Xalidə Xalidin oğlu Xalid Məmmədli mətbuata açıqlamasında deyib ki, anası İrana şəhriyarşünas alim kimi elmi işi ilə bağlı gedibr. «Oyannews»un məlumatına görə, Xalidə Xalid və yardımçısı aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Bundan başqa, 3 azərbaycanlı fəalın da həbs edildiyi bildirilir. Onların Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşdıqları söylənilirr. Saxlanan azərbaycanlı fəallar – Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.
Sorğu
Yeni dizaynımız necədir?