"İran səfirliyi Dünya Azərbaycanlıları Konqresinin rəhbərlərindən biri, deputat Sabir Rüstəmxanlının İran ərazisində "Cənubi Azərbaycan"ın yaradılmasını dəstəkləməsinə etiraz olaraq Azərbaycan XİN-ə nota təqdim edəcəyi haqda xəbər doğrudur. Lakin hələ ki, nota XİN-ə təqdim olunmayıb".
Bu barədə SalamNews-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nota hazırlanmaq mərhələsindədir və yaxın günlərdə Azərbaycan XİN-ə təqdim ediləcək.
Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Rusiya mediasına açıqlamasında deyib ki, DAK həmsədri Sabir Rüstəmxanlı mövcud sərhədlərin dəyişilməsini dəstəkləməklə İranın ərazi bütövlüyünə hörmətlə yanaşmır. Bununla "Cənubi Azərbaycan"ın yaradılmasını dəstəkləyənlər Azərbaycan Respublikası iə İran arasındakı münasibətlərə xələl gətiririlər və bu kimi təhqiredici ifadələr bundan sonra cavabsız qalmayacaq.
Səfir söyləyib ki, onlar Azərbaycan dövlətinin və xalqının mövqeyinin DAK-ın mövqeyi ilə fərqləndiyinə əmindirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?