Hakimiyyət tərəfdarları təşviş içində seçki qanunvericiliyində demokratik dəyişikliklərdən qorxurlar; Yeni geosiyasi islahatçı dalğalar vaxtı ondan yeni şəraiti nəzərə almağı tələb edir
Azərbaycanda mayın 10-da hakimiyyət ənənəsi üzrə Brejnev erasında Azərbaycanın rəhbəri, müstəqil Azərbaycanın eks-prezidenti olmuş Heydər Əliyevin ad gününü qeyd etdi. Bu dəfə Əliyevin 90 illiyinin Böyük Vətən müharibəsində qələbəni kölgədə qoyması diqqəti çəkdi. Səbəb təkcə Almaniyanın kapituliyasiyasının 68 illiyi – bütöv olmayan rəqəmlə bağlı deyildi. Müstəqillik əldə edəndən sonra Qələbə günü iki səbəbdən Rusiyadakından daha formal keçirilib: bu gün 1992-ci ildə ermənilərin Şuşanı işğal etməsi ilə üst-üstə düşür, ikinci səbəb hərbi tarixə öz baxışı olan Qərbi qıcıqlandırmamaq istəyidir. Bu dəfə SSRİ-nin qələbəsinə münasibətin soyuması rəsmi Bakı ilə Moskvanın münasibətlərinin soyuması ilə bağldıır. Artıq Rusiya qarşısında ümumi tarixi yaddaşın olmasını həvəslə qabartmaq zərurəti yox idi. İş elə gətirib ki, ötən ildən Moskva, Brüssel, Vaşinqton və London ilə birgə antihakimiyyət koalisiyası yaradıb və düzgün və azad prezident seçkiləri keçirmək istəyirlər. Hakim komandanın administrasiyasının kuluarlarında buna Azərbaycanda şəraiti dəyişmək niyyəti kimi baxırlar. Bunu o da sübut edir ki, hakimiyyət tərəfdarları təşviş içində seçki qanunvericiliyində demokratik dəyişikliklərdən qorxurlar. Onların qəbulu yenidən seçilməyə az şans saxlayır. Müşahidəçilər ata və oğulu müqayisə edərək belə nəticəyə gəlirlər ki, ata Əliyev daha çevik və müdrik siyasətçi idi. O, ölkənin müstəqilliyinin itirilməsinin qarşısını aldı və nəfis şəkildə bütün güc mərkəzlərindən məsafə saxladı, ziddiyyətlərlə oynadı. Bu yaxınlarda oxşar qiymətlər onun varisinin təntənəli nitqlərində və Qərb və rusiyalı ekspertlərin hesabatlarında əksini tapdı. Ancaq heç kim deyilənləri, məsələn, hansısa postsovet ölkəsinin müstəqilliyini itirməsi ilə əsaslandıra bilmədi. Bu faktdır, ancaq yeni ölkələrdən heç biri SSRİ-nin dağılması və sonradan ayrılan respublikaların tam dəyərli demokratik dövlətə çevrilməsi ilə bağlı yüksək razılaşmaların nəticəsində əldə etdiyi müstəqilliyi itirmədi. H.Əliyevin fenomeni məhz ondan ibarətdir ki, o, Azərbaycandan xeyli kənarda bəstələnən partituraya solo tarixi missiyasını həyata keçirmək üçün lazımi vaxtda lazımi yerdə ola bilib. Əliyevin tarixi müdrikliyi və şəraitə uyğunlaşmaq, güc mərkəzlərinin əhvalını aydın tutmaq bacarığı bunda idi. 1993-cü ildə hakimiyyətə gəlməsini, 1994-cü ilin mayında ermənilərlə sülh bağlamasını, 1994-cü ildəki neft kontraktını, Madrid, Ki-uest və başqa prinsiplərin qəbulunu belə nümunələrdən saymaq olar. Kiçik Əliyev 90-cı illərin ortasından 21-ci əsrin ilk onilliyinə qədər mütərəddid və çətin proqnozlaşdırılan nəticələri olan inqilabi dəyişikliklərdənsə sabitliyə üstünlük verən tarixin axarına uyğunlaşıb. Amma yeni geosiyasi islahatçı dalğalar vaxtı ondan yeni şəraiti nəzərə almağı tələb edir. Onun geosiyasi maraqların dəyişməsini nəzərə alaraq öz kumirinin praqmatik izi ilə gedəcəyi, yoxsa 2003-cü ildə götürdüyü kursu davam etdirəcəyi yaxın vaxtlarda məlum olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?