Bakıda polislərin qadınları yerdə sürüməsi, jurnalistə qarşı hücumlar SVT telekanalında nümayiş etdirildi
Xarici media Azərbaycanda insan hüquqları və demokratiya sahəsindəki acınacaqlı durumu diqqətdə saxlamaqda davam edir. Məlum olduğu kimi, bu il "Eurovision" musiqi yarışması İsveçdə keçirilir. İsveçin ictimai kanalı - SVT yarışmanın ötən il Bakıda keçirildiyini xatırladaraq, bu ölkədə insan hüquqları sahəsində pozuntulardan söz açıb. Proqramda əvvəlcə Azərbaycanda ötənilki vəziyyətin xülasəsi verilib. Sərbəst toplaşma azadlığının pozulmasından bəhs olunub, polislərin Bakı küçələrində etirazçıları, o cümlədən qadınları sürüdüyünü əks etdirən görüntülər nümayiş etdirilib. Bundan başqa, ötənilki "Eurovision"un qalibi Lorenin Bakıda olarkən Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək verdiyi qeyd olunur. Əslən Mərakeşdən olan İsveç müğənnisi Lorenin Bakıda Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna baş çəkərkən lentə alınmış kadrlar efirə verilib. Bu dəstəyin davam etdiyi qeyd olunub. Azərbaycanda insan hüquqlarının vəziyyətindən danışarkən araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı şantaj və qarayaxma kampaniyasına da toxunulub. Daha sonra verilişin qonağı - "Civil rights defenders" təşkilatının rəhbəri Robert Hardh mövzu ilə bağlı aparıcıların suallarını cavablandırıb. O da Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşdiyini bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?