Səfərdə məqsəd Azərbaycanda prezident seçkiləri ərəfəsində ölkədə demokratiya və insan hüquqları sahəsində durumu öyrənməkdir
Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya naminə Məruzəçilər Qrupuna (GR-DEM) daxil olan bir neçə ölkənin səfirlərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib. Məlumatına görə, səfərdə məqsəd Azərbaycanda prezident seçkiləri ərəfəsində ölkədə demokratiya və insan hüquqları sahəsində durumu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini öyrənməkdir. Nümayəndə heyətinə Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya naminə Məruzəçilər Qrupunun (GR-DEM) sədri, Polşanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, xanım Urszula Gacek rəhbərlik edir. Səfər aprelin 11-də yekunlaşacaq. Azərbaycan buna qədər AŞNK-nin «Aqo qrupu» adlanan qurumun monitorinqi altında olub. «Aqo» qrupu ləğv edilsə də, Azərbaycandakı vəziyyəti AŞNK-nin Demokratiya naminə Məruzəçilər Qrupu (GR-DEM) izləyir.
Sorğu
Yeni dizaynımız necədir?