GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan oliqarxları Tehran-İrəvan işbirliyində

Azərbaycan oliqarxları Tehran-İrəvan işbirliyində

Tarix: 10-12-2012, 12:38 Bölmə :Manşet Baxış: 819
Azərbaycan oliqarxları Tehran-İrəvan işbirliyində

Beynəlxalq qanunlar əsasında imzalanmış dövlətlərarası sazişdən bəhrələnərək, milyonlarla vəsaitin mənimsənilir

gundemxeber.az Araz çayı üzərində İranla Ermənistan müştərək Mehri Su Elektrik Satnsiyasının tikintisinə başlayıblar. Təməli noyabrın 8-də qoyulan stansiya 5 ildən sonra istismara verilməlidir. Stansiya İranın «Tavan Ab Araz» şirkətinin sərmayəsi ilə tikilir. razılaşmaya görə bu stansiyanın istehsal etdiyi elektrik enerjisi ilk 15 ildə İrana ötürüləcək. Bu müddət başa çatandan sonra isə SES təmənnasız olaraq Ermənistana veriləcək. Stansiyanın ildə 793 milyon kilovatt saat elektrik istehsal etməsi planlaşdırılır.
Təməlqoyam mərasiminə Ermənistan prezidenti Serzh Sarkisian (Serj Sarkisyan) da qatılıb. İran prezidenti Mahmud Ahmadinejad-ın (Əhmədinejad) da mərasimdə iştirakı nəzərdə tutulsa da Tehranı energetika naziri Majid Namchu (Məcid Namcu) təmsil edib. Mərasimdən sonra Ermənistan prezidenti iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Sarkisian Mehri stansiyasının Ermənistanla İran arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Ermənistan və İran arasındakı enerji əməkdaşlığı ilə bağlı apardığımız araşdırmalar məsələnin yalnız bu rəsmi məlumatla kifayətlənmədiyini göstərir.
Azərbaycan respublikasının erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazisində baş verən qanunsuzluqlar ən yüksək səviyyədə, hətta Avropa Şurasının Parlament Assambleyasında da səsləndirilib. Daha çox erməni tərəfinin adına çıxılan bu qanunsuzluqların bir çoxu nə qədər qəribə olsa da, Azərbaycan hökumətində təmsil olunan şəxslərin adı ilə bağlıdır. Tam nəzarətsiz zona olan bu ərazilərdə bəzi oliqarxlarımızın öz qoyun sürülərini bəsləməsi, Dağlıq Qarabağ və Ermənistanla ticari-iqtisadi əlaqələrin qurulması barədə məlumatlar mətbuatda yer alıb və bugünə qədər də təkzib edilməyib.
Amma bu dəfə əlimizdə olan fakt hansısa azərbaycanlı məmurun gizli biznesinə və ya narkoticarətinə aid deyil. Söhbət beynəlxalq qanunlar əsasında imzalanmış dövlətlərarası sazişdən bəhrələnərək, milyonlarla vəsaitin mənimsənilməsindən gedir.
Məlum olduğu kimi, bir müddət öncə İranın Ermənistanla birgə Azərbaycanın işğal altındakı Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində Su Elektrik Stansiyası tikməsi haqda xəbərlər yayılmışdı. Sonradan məsələlərə aydınlıq gətirildi və məlum oldu ki, deyilən ərazidə həqiqətən SES tikilir, amma bu tikinti Azərbaycan və İran hökumətləri arasında qarşılıqlı razılaşma əsasında aparılır. Belə ki, ikitərəfli sazişlərə və beynəlxalq sənədlərə əsasən sərhəd çaylarının hidroresurslarından istifadə, sərhəd çayları üzərində elektrik stansiyalarının tikintisi dövlətlər arasında razılaşmalara və maraqlara uyğun həyata keçirilməlidir. Bu səbəbdən də ötən əsrin 60-cı illərində İran və Azərbaycan energetiklərinin birgə səyi nəticəsində Araz çayı üzərində 1350 milyon kubmetr tutumlu su anbarının və hər iki tərəfdə qoyulmuş, gücü 22 meqavat olan su elektrik stansiyasının (SES) tikilməsi ilə iki qonşu dövlətin energetika sahəsində əməkdaşlığının əsası qoyulmuşdur. Azərbaycan və İran prezidentlərinin imzaladıqları müvafiq sənəddə də 2x100 meqavat gücündə «Xudafərin» və 2x40 meqavat gücündə «Qız qalası» SES-lərin tikintisi nəzərdə tutulmuşdur.
İşğal olunmuş ərazilərimizə yaxın kəndlərin sakinlərinin və İran ərazisində-Güney Azərbaycanda yaşayan soydaşlarımızın verdiyi məlumata görə hər iki obyektin tikinti işləri artıq aparılır. Maraqlı burasındadır ki, aparılan tikintilərdə Azərbaycan tərəfinin nümayəndələrinin-mütəxəssislərin də iştirak etdiyi bildirilir. Belə ki, məlumatlara görə, İran İnqilab Mühafizləri Korpusunun bölmələri Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərinə doğru bir neçə kilometr irəliləyib; erməni hərbi birləşmələri işğal olunmuş Füzuli rayonunun İranla həmsərhəd hissəsindən bir neçə kilometr geri çəkilib. Yəni Ermənistan silahlı qüvvələri öz yerini İranın İnqilab Mühafizləri Korpusuna verib və bununla da azərbaycanlı energetiklərin ərazidə işləməsi üçün təhlükəsizliyi təmin edilmiş olub. Amma baş verən qanunsuzluqlar və gizli əməllər bununla yekunlaşmır.
Məsələ burasındadır ki, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının ərazisinin bir hissəsindən əhalinin köçürülərək, Xudafərin körpüsündən bir az yuxarı, yəni 300-500 metr Zəngilan rayonu istiqamətində yerləşdiriləcəyi və burada SES tikiləcəyi haqqında hələ Sovetlər vaxtı söz-söhbət gedirdi. Bu layihənin baş tutması zamanı əhalinin köçürülməsi zəruri idi. Hər iki SES faktik olaraq bir neçə kəndin su altında qalmasına gətirib çıxaracaqdı. İndi Arazın quzeyində, nəzərdə tutulan kəndlərdə heç kəs yaşamadığından əhalinin köçürülməsi ilə bağlı da bir problem yoxdur. Amma Arazın o tayında, Cənubi Azərbaycan tərəfdə Sarcalı, Şuceyri, Mahruzlu, Cananlu, Cəfərabad yaşayış məntəqələri bütövlüklə, Babaylu, Dirili, Tuəli, Kürəzə, Aşağı Tatar, Yuxarı Tatar yaşayış məntəqələri isə bu layihənin gerçəkləşdirilməsi ilə əlaqədar qismən köçürülüb. Bunun üçün İran dövləti köçürdüyü insanlara kompensasiya da ödəyib. Kompensasiya Azərbaycan-İran arasındakı dövlətlərarası sazişə əsasən həyətyanı sahə üçün 1 kv.m-ə 35 dollar, tikinti sahəsinə görə 1 kv.m-ə 85 dollar, əkin sahəsinə görə 1 kv.m-ə 365 dollar ödənilib. Bundan başqa, köçürülməyə görə dəymiş mənəvi ziyan üçün hər ailəyə 30-50 min dollar civarında təzminat da verilir. O yaşayış məntəqələrindəki qəbirstanlıqların köçürülməsi isə dövlət orqanlarının öhdəsinə düşüb. Azərbaycan hakimiyyəti isə öz ərazilərində aparılan işlərlə bağlı hər hansı təzminat və kompensasiya ödəmək fikrində deyil. Halbu ki, tikinti işləri aparıldığından, məlum kəndlərin su altında qalacağı mütləqdir. Həmçinin vətəndaşların o ərazidə yaşamamasına baxmayaraq imzalanmış sazişə əsasən Azərbaycan tərəfi də öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, lazımi təzminatı ödəməlidir. Nəzərə alsaq ki, söhbət yüz hektarlarla ərazidən gedir, onda mənimsənən vəsaitin də miqyasını təsəvvür etmək olar.
Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana qarşı erməni-fars birliyi

    Azərbaycana qarşı erməni-fars birliyi ...

    18-12-2012, 13:18

  • 
  • Rusiya İranda daha bir atom elektrik stansiyası inşa edəcək

    Rusiya İranda daha bir atom elektrik stansiyası ...

    12-08-2013, 10:14

  • 
  • Ermənistan prezidenti müdafiə nazirinə yeni müavin təyin edib

    Ermənistan prezidenti müdafiə nazirinə yeni ...

    3-06-2016, 02:04

  • 
  • İran və Azərbaycan müştərək iqtisadi komissiyasının 9-cu iclasının tarixi açıqlandı

    İran və Azərbaycan müştərək iqtisadi ...

    4-05-2014, 11:40

  • 
  • Azərbaycan Almaniyada günəş elektrik stansiyası tikəcək

    Azərbaycan Almaniyada günəş elektrik stansiyası ...

    20-10-2015, 16:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu