GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Supergüclərin Azərbaycan marağı

Supergüclərin Azərbaycan marağı

Tarix: 19-05-2013, 13:24 Bölmə :Manşet Baxış: 705
Supergüclərin Azərbaycan marağı
Beynəlxalq siyasətdə düşmən qüvvələrin ortaq planı: Rəsmi Bakı Rusiya və Qərbin basqıları qarşısında duruş gətirə biləcəkmi?

Azərbaycan XİN-nin rəhbəri Elmar Məmmədyarov ATƏT-in Daimi Şurasının Vyanada keçirilən toplantısında ciddi ittihamlarla qarşılaşıb. Belə ki, toplantının gedişində çıxış edən Amerikanın ATƏT-dəki missiyasının rəhbəri Yan Kelli Azərbaycanda baş verən proseslərdən duyduqları narahatlığı dilə gətirib: “ABŞ hökuməti Azərbaycan hökumətinin sərbəst toplaşmaq azadlıqlarını sıxışdırmasından narahatdır. Biz Azərbaycanın demokratik, inkişaf edən, təhlükəsiz, suveren ölkə kimi uğur qazanmasını görmək istəyirik. Həmin səbəbdən mənim hökumətim Azərbaycan hökumətinin bu il keçirilən etirazlara reaksiyasından narahatdır”.
Məlumat üçün qeyd edək ki, son vaxtlar digər Qərb institutları və rəsmiləri tərəfindən də Azərbaycanda demokratiya və insan haqlarının mövcud durumu ilə bağlı narahatverici bəyanatlar səslənməkdədir. Siyasi ekspertlər isə bu fikirdədir ki, prezident seçkiləri ilində səslənən bu bəyanatlar Qərbin Azərbaycan hakimiyyətinə yönəlik basqılarının tədricən artdığını göstərir. Ekspertlər hesab edir ki, hakimiyyətin demokratik islahatlardan birmənalı şəkildə imtina etdiyi bir zamanda qanunvericilikdə mürtəce dəyişikliklərin aparılması, sərbəst toplaşmaq və fikir azadlığına qarşı mübarizənin kəskinləşməsi, gələcəkdə Qərbin təzyiqinin daha da artmasına səbəb ola bilər.
Mövcud təzyiqlər fonunda diqqət çəkən digər bir mühüm məqam isə Qərbin basqılarının Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda baş verməsi ilə bağlıdır. Rusiyanın Qəbələ RLS-dən imtina etməsi, bir neçə gün öncə Bakı-Novorossiyski neft kəmərində neftin nəqlinin Rusiya tərəfindən birtərəfli qaydada dayandırılması, Kremlin Ermənistana yeni raket sistemləri göndərməsi və s. olaylar Azərbaycan-Qərb münasibətləri ilə yanaşı, Azərbaycan-Rusiya münasibətlərində də ciddi çatların yarandığını göstərir. Bugünə qədər Rusiya və Qərb arasında qismən də olsa balanslaşdırılmış siyasət yürüdən və özünü hər iki cəbhədə sığortalaya bilən rəsmi Bakının artıq hər iki tərəfdən zərbə altına düşdüyü göz önündədir. Bu isə Qərbin təzyiqləri ilə üzləşən mərkəzi hakimiyyətin himayədar axtarışı üçün bu dəfə də Rusiyaya üz tutacağı ilə bağlı ehtimalların reallaşma riskinin kifayət qədər aşağı olduğunu göstərir.
Xatırladaq ki, hələ bir neçə ay bundan öncə hakimiyyətin Rusiya və Qərblə münasibətində ciddi problemlər olduğu müxalif siyasilər tərəfindən qeyd edilmiş və habelə, vurğulanmışdı ki, əvvəlki illərdən fərqli olaraq rəsmi Bakı builki seçkilərdə beynəlxalq dəstəyi təmin edə bilməyəcək. Hakimiyyətin daxildə heç bir dayağa malik olmadığını, sadəcə olaraq hərbi-polis rejimi hesabına ayaqda durduğunu iddia edən siyasilər beynəlxalq dəstəyin olmayacağı təqdirdə mövcud rejimin builki seçkilərdə qəti şəkildə məğlubiyyətə uğrayacağını proqnozlaşdırmaqdadır.
Son günlər Rusiya və Qərb tərəfindən rəsmi Bakının ünvanına səsləndirilən tənqidi bəyanatların sayının artması, habelə hər iki tərəfin, xüsusilə də Rusiyanın Azərbaycanla əməkdaşlığın bəzi sahələrindən imtina etməsi mövcud hakimiyyətin həqiqətən də çətin situasiya ilə üzləşdiyindən xəbər verir. Baş verənlər təsdiq edir ki, bu gün siyasi hakimiyyət sözün gerçək mənasında beynəlxalq aləmdə himayədarsız qalıb və bu mənada bu il keçiriləcək prezident seçkiləri mövcud hakimiyyət üçün asan keçməyəcəyi bəllidi. Odur ki, müxalif siyasilər hesab edir ki, artıq bundan sonra proseslərin inkişafı daxili qüvvələrin mövcud rejimə qarşı səfərbərlik və mübarizlik əmsalından asılı olacaq. Əgər müxalif güclər demokratik qüvvələrin əksəriyyətini bu mübarizəyə cəlb edə bilsələr, o zaman demokratik dəyişikliklərin reallaşması üçün vacib olan təməl şərtləri formalaşdırmaq mümkün olacaqdır.
ATƏT-in Daimi Şurasının toplantısında Y.Kellinin dilindən səslənən fikirlər də Qərbin mövcud durumla bağlı narahatlığının göstəricisidir. Şübhəsiz ki, baş verənləri Qərbin Azərbaycana diplomatik təzyiqi kimi qiymətləndirmək olar. Daha doğrusu, bu təzyiq də deyil, etiraz və narahatçılıqdır. Bunu təzyiq adlandırmaq o qədər də düzgün olmaz. Çünki təzyiq sözü özündə bir qədər mənfi çalarlar ehtiva edir. Belə anlaşılır ki, sanki qeyri-qanuni nə isə istəyir, nə isə tələb edirsən. Lakin bu cür fikirlərlə bizə təzyiq etmir, sadəcə olaraq bizim üzərimizə götürdüyümüz demokratik öhdəlikləri xatırladırlar. Imzaladığımız sənədləri bizim yadımıza salırlar.
Əgər qarşıdakı aylarda demokratik islahatların tətbiqinə start verilməzsə, o zaman seçkilərə doğru bu cür bəyanatların sayı kəskin surətdə arta bilər Qərb Azərbaycanda baş verən proseslərə öz etirazını müxtəlif bəyanat və açıqlamalar vasitəsi ilə bildirəcək.

Seymur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-dan Azərbaycana demokratiya çağırısı

    ABŞ-dan Azərbaycana demokratiya çağırısı ...

    8-07-2013, 23:20

  • 
  • Məmmədyarovla Nalbandyan Vyanada görüşdü (Yenilənib)

    Məmmədyarovla Nalbandyan Vyanada görüşdü ...

    13-07-2013, 15:03

  • 
  • Ch.Smith: «Azərbaycanda Demokratiya Aktı»na ciddi yanaşırıq

    Ch.Smith: «Azərbaycanda Demokratiya Aktı»na ciddi ...

    2-03-2016, 20:34

  • 
  • Serj Sarkisyanın son açıqlaması və erməni müxalifətçinin Bakıya sığınması ATƏT-də - Video

    Serj Sarkisyanın son açıqlaması və erməni ...

    28-09-2015, 19:21

  • 
  • Seçkiyə dair bəyanatlar bir-birinə calanıb

    Seçkiyə dair bəyanatlar bir-birinə calanıb ...

    11-10-2013, 10:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu