Görüş əvvəlcə təkbətək, sonra isə həmsədrlərin iştirakı ilə keçirilib Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli müzakirə olunub: “Azərbaycanın prinsipial mövqeyi xarici işlər naziri tərəfindən həmsədrlərlə ayrılıqda və Edvard Nalbandyanın iştirakı ilə keçirilən görüşlərdə ifadə edilib. Bu mövqe ondan ibarətdir ki, sülh prosesinin “ölü nöqtə”dən tərpənməsi üçün Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir”.
E. Abdullayevin sözlərinə görə, nazir E. Məmmədyarov mövcud status-kvonun qəbuledilməz olduğunu bir daha bəyan edib.
***
14.10
Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan xarici işlər naziri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, nazirlər əvvəlcə təkbətək, sonra isə ATƏT-in Minsk Qrupun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Yan Kelli (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə görüşüblər.
Görüşdə Dağlıq Qarabağın sülh yolu ilə həlli yolları müzakirə olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?