“Moskva Dağlıq Qarabağla bağlı hazırkı situasiayanı qəbuledilməz hesab edir. Bu münaqişə faktiki olaraq Ermənistanı iqtisadi blokadada saxlayır”Bu sözləri Rusiya XİN-ini rəhbəri Sergey Lavrov Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünün nəticələri barədə danışarkən bəyan edib. “Satatus-kvo qəbuledilməzidr. Bu hər şeydən əvvəl Azərbayacan, Ermənistan və Qarabağda yaşayanlar üçün qəbuledilməzidr. Mən buna əminəm. Status–kvo təkcə Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı məsələnin həll olunmaması deyil, həmçinin Ermənistanın iqtisadi blokadası deməkdir”-deyə Lavrov bildirb. O qeyd edib ki, Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biri Qafqazda sabitlikdir. “Moskva buna görə hazırkı situasiyanı çözmək üçün bütün səylərini ortaya qoyacaq”. Lavrov vurğualyıb ki, hazırkı vəziyyətdə “əgər durğunlaq varsa, heç nə alınmayacaq” kimi tələsik qiymətləndirmə aparmaq olmaz. “Hər iki tərəfin qanuni maraqları əsasında kompromiss axtarsaq, hər şey alınacaq”.“Biz bu istiqamətdə işləri davam etdiririk. Bütün iştirakçılarla birgə bu güzəşt prosesini dəstəkləmək lazımdır. Biz problemin həlli üçün lazım olan şəraitin yaradılması üçün bütün səylərimizi göstərəcəyik”.Rusiyanın münaqişədə tutduğu rolu yüksək qiymətləndirən Elmar Məmmədyarov bildirib ki, Bakı üçün ərazinin hazırkı status-kvosu qəbuledilməzdir. “Həta erməni ordusunun Dağlıq Qarabağdan çıxarılması barədə konkret vaxtın elan edilməsi münaqişənin həll edilməsində fenomenal irəliləyişə səbəb olacaq. Mən əminəm ki, əgər siyasi iradə olacaqsa, biz təbii təkcə ciddi razılaışamaya deyil, normal qonşuluq siyasətinə çıxa bilərik”-deyə Məmmədyarov bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?