Beynəlxalq idman və mədəniyyət tədbirlərinin, müğənnilərin Bakıya gətirilməsinin təşkilinə milyonlar sərf edən ARDNŞ-in 4 milyard dollar borcu var Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) xarici ölkələrdə bir sıra iri layihələr həyata keçirir. Burada zavod tikintisindən tutmuş, daşınmaz əmlakın alınmasına qədər olan investisiya layihələrindən söhbət gedir. Son xəbərlərə görə də, ARDNŞ Türkiyədə neftayırma zavodunun tikintisi üçün xarici banklardan təxminən 4 milyard dollar borc alacaq. ARDNŞ-nin törəmə şirkəti olan «SOCAR Turkey» Türkiyədə «Star» neft emalı zavodunu (NEZ) tikəcək konsorsiumla saziş də imzalayıb. Bitməsi 2016-cı ildə gözlənilən layihənin qiyməti 5-6 milyard dollar arasında təxmin edilir. Layihənin 65 faizini bank kreditləri, qalan 35 faizini isə Azərbaycan maliyyələşdirəcək. Xarici maliyyə mənbələrindən Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı və bir sıra xarici kommersiya bankları layihəyə maraq göstəriblər. Bununla Azərbaycanın xarci borclanması sürətlə artacaq. Məsələ təkcə bununla bitmir. SOCAR iri investistya layihələrlə yanaşı, beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübə qazanmağa başlayıb. Belə ki, 2016-cı il Futbol üzrə Avropa Çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsoru olacaq. Bu, 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 Qadınlararası Dünya Çempionatından sonra SOCAR-in növbəti beynəlxalq idman yarışına sponsorluq etməsidir. Bundan əlavə, «Eurovision» musiqi yarışmasının, habelə əcnəbi müğənnilərin Bakıya səfərlərinə də maliyyə ayırıb. Göründüyü kimi, invetisiya layihələrin reallaşdırmaq üçün dövlət hesabına borca girən ARDNŞ, digər tərəfdən idman və mədəniyyət tədbirlərinə sponsorlu etməklə yüklənir. Şirkət həm də Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin funksiyasını həyata keçirir. Özünün investisiya xərclərini kredit hesabına həyata keçirən SOCAR-in əlavə sponsorluqlar hesabına yüklənməsinə nə ehtiyac var? İqtisadçıların hesablamalarına görə, ortamüddətli perspektivdə ARDNŞ-in özünün bu borcları ödəməsi üçün kifayət qədər imkanları var. Lakin gələcəkdə neft gəlirlərindən asılılıq azalmayacağı halda götürülən kreditlər və neft gələrlərinin «sponsorluqlara» xərclənməsi ölkənin iqtisadi rifahı üçün müəyyən təhlükələr yarada bilər. Yeri gəlmişkən, 1 yanvar 2013-cü il tarixinə Azərbaycanın xarici borcu ümumi daxili məhsulunun 8,3 faizini təşkil edir. Hökumətin məlumatına əsasən, 2012-ci ilin yekunlarına görə xarici borc adambaşına 610,1 dollar təşkil edib. ARDNŞ-in 4 milyardlıq krediti isə bu il ölkənin borcunu sürətlə artmaına rəvac verəcək. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev ARDNŞ-in böyük sənaye müəsssələrinin tikintisinə vəsait yatırmasını müsbət hesab etsə də, orada şəffaflığın olmadığını önə çəkir: «Dövlət şirkəti ölkə daxlində böyük Neft-Kimya Kompleksinin tikilməsi üzərində işləyir. Bundan əlavə, Malaziyada, İndoneziyada neftayırma zavodlarının tikilməsi ilə bağlı danışıqlar aparır. SOCAR beynəlxalq miqyaslı layihələr həyata keçirməyə çalışır. Lakin burada başqa bir məsələ var. Dövlət Neft Şirkətinin həyata keçirdiyi bütün bu layihələrin iqtisadi baxımdan nə dərəcədə əsaslandırılmış olması bilinmir. Bu haqda cəmiyyətə heç bir məlumat verilmir». A.Mehtiyev əlavə etdi ki, hazırda Dövlət Neft Şirkəti öz statusuna aid olmayan xeyli işlərlə məşğuldur: «SOCAR-ın təsdiq olunmuş Əsasnaməsinə görə, dövlətə məxsus kommersiya qurumudur. Bu cür qurumlarla dövlət arasında müəyyən müqavilələr bağlanmalıdır. Həmin müqaviyə əsasən, dövlət əmlakından istifadə edilməsi üçün şirkətlə hökumət arasında münasibətlər müəyyənləşməlidir. Xaricdə belə şirkətlərin təmsilçiliyində hökumətlə yanaşı, menecerlər, ictimai nümayəndələr də iştirak edir. Amma SOCAR həyata keçirdiyi investisiya layihələri barədə nə parlamentə, nə də ictimaiyyətə hesabat verir. Türkiyədə, Gürcüstanda və Avropa dövlətlərində bir sıra layihələr həyata keçirsə də, gəlirləri barədə hesabatlılıq yoxdur. Sadəcə olaraq, hökumətin müəyyən funksiyalarını üzərinə götürməklə bu münasibətlərin formalaşmasına gətirib çıxarır. Əvvəllər geniş miqyaslı sosial layihələr yerinə yetirirdi- məktəblər, xəstəxanalar, bağça tikintisi ilə məşğul olurdu. Beynəlxalq standartlara keçid adı altında bu sosial obyektləri balansından çıxardı. İndisə siyasi təbliğata hesablanmış ayrı-ayrı idman və mədəniyyət tədrirlərini maliyyələşdirməyə başlayıb. Bunun hansı səbəbdən irəli gəlməsi barədə cəmiyyətə məlumat verilmir. Nə üçün digər mənbələr hesabına maliyyələşməli olan tədbirlərə ARDNŞ sponsorluq edir? Beynəlxalq idman və mədəniyyət tədbirlərinin, müğənnilərin Bakıya gətirilməsinin təşkilinə nə qədər vəsait sərf olunur? Bu xərclər Dövlət Neft Şirkətinin sərəncamında qalan mənfəət hesabına olur, yoxsa vergi tutulan mənfəətin azaldılmasına hesabına həyata keçirilir? Bu suallar cəmiyyət üçün qapalı olaraq qalır» Xalid
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?