ABŞ Dövlət departamenti 2012-ci ildə dünyada terror fəallığı və ona qarşı mübarizənin vəizyyətinə dair hesabat açıqlayıb. Hesabatın Azərbaycana aid hissəsində bir sıra maraqlı məqamlar özünə yer tapır.
Dövlət departamenti Azərbaycanın terrorizmə qarşı mübarizəsinin gücləndiyini, həm terror fəaliyyətinin kök salmasının, həm də ayrı-ayrı terror cəhdlərinin qarşısının alınmasındakı uğurları qeyd edir.
Sənəddə ötən il Azərbayanda baş verən səs-küylü antiterror əməliyyatları sadalanır. Bunların arasında Eurovision-2012 Bakı finalı zamanı genişmiyaslı terror hücumunun qarşısının alınması, 40-a yaxın terrorçunun həbs olunması haqda məlumat da var.
Hesabatda Azərbaycan rəsmilərinin radikal dini qruplara qarşı mübarizəsini tənqid edənlərin fikirlərinə də yer verilir və bildirilir ki, bu tənqidçilərin zənnincə, hökümətin tətbiq etdiyi yasaqlar əksinə ekstremizmin güclənməsinə gətirir.
Hesabat haqqında daha ətraflı məlumat sayta hazırlanır və tezliklə bu yazıya əlavə olunacaq.
Sorğu
Yeni dizaynımız necədir?