GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hökumətdə böyük ixtisar hazırlanır

Hökumətdə böyük ixtisar hazırlanır

Tarix: 3-06-2013, 12:02 Bölmə :Manşet Baxış: 817
Hökumətdə böyük ixtisar hazırlanır
Nazirlər xof içində; Yeni yaradılacaq nazirlik onların yuxusuna haram qatacaq; onlar səlahiyyətlərinin bir qisminin əllərindən alınaraq yeni nazirliyə verilməsindən rahatsızdırlar
Azərbaycanda regionların iqtisadi inkişafı ilə bağlı yeni nazirliyin yaradılması təklif olunur. Regional İnkişaf Nazirliyi və ya İnfrastruktur və Regional İnkişaf Nazirliyi kimi adlandırılması təklif edilən həmin yeni nazirliklə bağlı hökumət içərisində də müxtəlif vaxtlarda müzakirələr aparılıb, amma istənilən nəticə əldə edilməyib.
Əvvəla belə bir nazirliyin yaradılması nə qədər məqsədəuyğundur? Bu təklifi səsləndirən və müdafiə edən ekspertlərin fikrincə, inkişaf etməkdə olan korrupsiyaya qarşı mübarizə tədbirləri sadəcə inzibati və maarifləndirici alətlərlə yox, həm də institusional islahatlarla müşayiət olunur. Belə islahatlar isə öz növbəsində yalnız bir-birini təkrarlayan dövlət qurumlarının birləşdirilməsini, yaxud ləğvini yox, yeni qurumların yaradılmasını da özündə ehtiva etməlidir. Struktur islahatlarının iqtisadi idarəetmənin müxtəlif sektorlarını əhatə etməsi ilə yanaşı, fəaliyyəti bir-birini tamamlayan dövlət qurumlarının birləşdirilməsi də vacibdir.
MDB ölkələrinin təcrübəsi göstərir ki, dövlət büdcəsi vəsaitlərinin səmərəsini artırmaq, eləcə də ayırmaların təyinatı üzrə xərclənməsini təmin etmək üçün infrastruktur layihələrinə ayrılan pulların istifadəsinə məsul xüsusi dövlət qurumunun yaradılmasına ehtiyac var. Bu təcrübə bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Gürcüstanda tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycanda da İnfrastruktur və Regional İnkişaf Nazirliyinin yaradılması məqsədəuyğundur. Son illər infrastruktur layihələrinə ayrılan pulun illik orta məbləği 5 milyard manatdan çoxdur. Ölkəmizdə tətbiq edilən mövcud institusional struktura əsasən, hər bir nazirlik və komitənin özünün ayrıca infrastruktur xərcləri maddəsi var. Praktik olaraq büdcənin infrastruktur xərcləri müxtəlif dövlət qurumları arasında bölüşdürülür. Bu isə həm qurumların əksərinin fəaliyyətinə birbaşa aidiyyəti olmayan funksiyaları həyata keçirməyə vadar edir, həm də xərclərin səmərəliliyinə tam nəzarət olunmasına imkan vermir.
Məsələn, Nəqliyyat Nazirliyinin funksiyası nəqliyyat sektorunda qaydaların tətbiqi və tənzimlənməsi olmalıdır. Bu nazirlik heç də körpü tikilməsinə, yol çəkilməsinə məsul olmamalıdır. Yaradılmasını təklif etdiyimiz qurum məhz hər il növbəti maliyyə ili üçün müvafiq dövlət qurumlarından təkliflər toplamalı və infrastruktur xərclərinin smetasını tərtib etməlidir. Tutalım, Bakıda, ya ölkənin digər bölgəsində körpü inşa edilməsinə ehtiyac var. Bu zaman Nəqliyyat Nazirliyi nəqliyyat sistemində növbəti il üçün həyata keçirilməsi zəruri olan infrastruktur tələbləri ilə bağlı təklifləri yeni yaradılan nazirliyə təqdim edir ki, bu da Maliyyə Nazirliyi ilə razılaşdırmaqla büdcə layihəsində nəzərə alınır.
Yeni nazirliyin yaradılması təkcə infrastruktur xərclərində şəffaflığın artırılması baxımından yox, regionların inkişafı baxımından da əhəmiyyətlidir. Sözügedən qurum regional icra hakimiyyətlərindən yerlərin tələbi ilə bağlı təklifləri də toplaya bilər. Qonşu Gürcüstanın təcrübəsi göstərir ki, bu qurumun yaradılması digər dövlət qurumlarının məsul olduğu sektora daha çox diqqət ayırmasına və büdcə xərcləmələrində korrupsiya hallarının minimuma endirilməsinə gətirib çıxarır.
Tanınmış iqtisadçı ekspert Vüqar Bayramov həmçinin qeyd edir ki, İnstitusional islahatlar Rəqabəti Müdafiə Agentliyinin yaradılması ilə də müşayiət oluna bilər. Fikrimizcə, İqtisadi İnkişaf Nazirliyinin tərkibindəki Antiinhisar Departamentini nazirlikdən ayırmaqla deyilən adda agentlik yaratmaq tamamilə məqsədəuyğun olardı. Əksər MDB ölkəsində olduğu kimi, həmin agentliyə bazara müdaxilə, inhisar hallarının qarşısını almaq üçün ciddi səlahiyyətlər verilə bilər. Belə bir agentliyin fəaliyyətini genişləndirmək və tənzimləmək üçün isə Rəqabət Məcəlləsinin qəbul olunması zəruri şərtlərdən biridir. Rəqabətli Müdafiə Agentliyi kimi qurumun fəaliyyəti daxili bazarın ən ciddi problemlərindən olan inhisara qarşı mübarizənin gücləndirilməsinə, istehlak bazarının liberallaşdırılmasına gətirib çıxara bilər.
Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində sözügedən qurumlarda müşahidə şuraları yaradılması da vacibdir. Şuraların tərkibi yalnız həmin dövlət qurumlarının yox, həm də vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən formalaşdırılmalıdır. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün yalnız yeni qurumların yaradılması yetərli deyil, əvvəl də dediyimiz kimi, bir sıra mövcud nazirlik və komitənin birləşdirilməsinə ehtiyac var.
Bütün bu deyilənlərin fonunda bir daha vurğulamaq yerinə düşür ki, yalnız ekspertlər deyil, hökumətin özündə də xüsusilə Regional İnkişaf Nazirliyinin yaradılması ideyasına isti yanaşılır; sadəcə, bu mövzuda əvvəllər daxili müzakirələrdə bəzi nazirlər əks mövqe sərgiləyiblər, İqtisadi İnkişaf Nazirliyi varkən yeni nazirliyin yaradılmasını məqsədəuyğun saymayıblar. Halbuki yeni nazirliyin istiqamət və vəzifələri həmin nazirliyin funksiyalarından kəskin fərqlənir.
Bu mövzunun yenidən gündəmə gəlməsi isə bəzi nazirlərdə yenidən narahatlıqlar yaradıb; səbəb isə ondan ibarətdir ki, onlar səlahiyyətlərinin bir qisminin əllərindən alınaraq yeni nazirliyə verilməsindən rahatsızdırlar. Üstəlik, bu, onlar üçün xeyli məbləğdə dövlət vəsaiti üzərində nəzarəti itirmək demək olacaq ki, belədə həmin iri məmurların haqqında bəhs edilən yeni nazirlik ideyasının reallaşmasına sıcaq baxmamaları üçün ciddi əsas verir.
Azər Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 2 NAZİRLİYİN ADI DƏYİŞDİ - BAŞ NAZİRİN MÜAVİNLƏRİNİN SAYI ARTDI

    2 NAZİRLİYİN ADI DƏYİŞDİ - BAŞ NAZİRİN ...

    22-10-2013, 20:21

  • 
  • Arzu Rəhimovun “kantoru” da şişirdilmiş büdcənin yadigarıdır…

    Arzu Rəhimovun “kantoru” da şişirdilmiş büdcənin ...

    4-02-2016, 22:26

  • 
  • Biləsuvar rayonu necə inkişaf edir?

    Biləsuvar rayonu necə inkişaf edir? ...

    3-03-2016, 16:02

  • 
  • Bakıda metrobus olacaq

    Bakıda metrobus olacaq ...

    19-07-2013, 11:40

  • 
  • Rusiyada miqrantlara qarşı daha bir tələb

    Rusiyada miqrantlara qarşı daha bir tələb ...

    25-07-2013, 10:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu