Azərbaycan prezidenti İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə İqtisadi İnkişaf Nazirliyinin əsasında İqtisadiyyat və Sənaye Nazirliyi yaradılır.
Dövlət başçısı həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycanda energetika sahəsində səmərəliliyi artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Sənaye və Energetika Nazirliyinin əsasında Energetika Nazirliyi yaradılır.
***
Azərbaycan Prezidenti İlham Əliyev bu gün yeni kabinetin tərkibini təsdiqləyib.
APA-nın xəbərinə görə, prezidentin sərəncamı ilə yeni hökumətdə baş nazirin müavinlərinin sayı artırılıb.
Baş nazirin iki yeni müavini isə İsmət Abbasov və Əli Əhmədov təyin ediliblər.
Digər müavinlər isə Yaqub Eyyubov, Abid Şərifov, Elçin Əfəndiyev, Əli Həsənovdur.
İsmət Abbasov buna qədər kənd təsərrüfatı naziri, Əli Əhmədov isə YAP-ın sədr müavini və icra katibi vəzifələrində çalışıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?