GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Məhərrəm Əliyev üzərində qurulan plan

Məhərrəm Əliyev üzərində qurulan plan

Tarix: 11-12-2012, 12:11 Bölmə :Manşet Baxış: 2 428
Məhərrəm Əliyev üzərində qurulan plan
Ramiz Mehdiyevin komandasına sarsıdıcı zərbə gözlənilir; sabiq rəis DİN-nin rəhbərliyini əvəz edəcəyi ehtimal olunur

gundemxeber.az Qeyd edək ki, dövlət başçısı İlham Əliyev noyabrın 30-da imzaladığı sərəncamlara əsasən PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, PA-nın regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov və müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev Ramiz Mehdiyevin müavinləri təyin ediliblər. Bunun ardınca isə dövlət başçısı Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyevin prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edib.
Məlumat üçün bildirək ki, PA rəhbəri postundan sonra üç mühüm vəzifə var: İctimai-siyasi şöbə, hüquq-mühafizə orqanları ilə iş şöbəsi və regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri. Amma maraqlıdır ki, İlham Əliyev bunlardan yalnız birini - Zeynal Nağdəliyevi Ramiz Mehdiyevin müavini təyin edib. PA rəhbərindən sonra mühüm postlar tutan ictimai-siyasi şöbənin müdiri Əli Həsənov və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov İlham Əliyevin diqqətini “cəlb etməyib”. Ölkə başçısının onları Ramiz Mehdiyevin müavini postuna layiq bilməməsi siyasi mülahizələrlə izah edilir. Bildirilir ki, bu təyinatlar əslində Ramiz Mehdiyevi sıxışdırmaq məqsədi daşıyır. Onun müavini təyin edilən şəxslərdən ikisi PA rəhbərinə qarşı olan şəxslərdir. Əli Əsədov milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın qohumdur və birbaşa Ramiz Mehdiyev və komandasına rəqib olan Paşayevlərə yaxındır. Zeynal Nağdəliyev isə İlham Əliyevin özünə yaxın şəxsdir. Digər tərəfdən o Ramiz Mehdiyevin postuna iddialıdır. Novruz Məmmədovla Vahid Əliyevə gəlincə, onların təyinatı iz azdırmaq məqsədi daşıya bilər.
Bu təyinatlarda məqsəd Ramiz Mehdiyevin təsir imkanlarını azaltmaqdırsa, əlbəttə ki, Əli Həsənovun PA rəhbərinə müavin təyin edilməsi səhv addım olardı. Çünki bu şəxs Ramiz Mehdiyevin komandasının üzvüdür.
Son təyinatların içində Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyevin yeni vəzifəyə təyin olunması müxtəlif mülahizələrə yol açıb. Sabiq rəisin Prezident Administrasiyasına (PA) gəlişindən sonra daxili işlər naziri Ramil Usubov da natahat olub. Bu bərədə "Gündəm Xəbər"ə məlumat verən mənbə iddia edir ki, Məhərrəm Əliyevin əzəli rəqibi olan daxili işlər naziri bu təyinatı onun yerinə hazırlanması kimi dəyərləndirir. Ramil Usubov düşünür ki, bir müddət keçdikdən sonra Məhərrəm Əliyevdən ona qarşı istifadə ediləcək və o istefaya göndəriləcək. Məhərrəm Əliyev onun postuna təyin edildikdən sonra məsələ daha da dramatikləşə bilər. Daxili işlər nazirinin yaxın ətrafını da ən çox narahat edən məqam budur. Çünki Məhərrəm Əliyevin DİN rəhbərliyinə gələcəyi təqdirdə, heç şübhəsiz Ramil Usubovun kadrları ilə işləməyəcək.
Məlumatın səhih olduğunu qəbul etsək, hakimiyyətin Məhərrəm Əliyevə yenidən etimad göstərməsi maraq doğurur. Daxili işlər naziri Ramil Usubovla qarşıdurmada olan Məhərrəm Əliyevi Tacikistana sürgün edən hakimiyyət nədən ona ehtiyac duyub? Mülahizələrə görə, Məhərrəm Əliyevin yüksək vəzifəyə gətirilməsi və ona general-leytenant rütbəsi verilməsi Ramil Usubovun vurulması planının başlanğıcı ola bilər. Nəzərə alsaq ki, sabiq rəislə DİN rəhbərliyi arasında münasibətlər gərgindir və bu halda Məhərrəm Əliyev PA-da yüksək vəzifəyə təyin edilir, onda mülahizə ağlabatan görünür.
Əslində ehtimal etmək olar ki, Məhərrəm Əliyevin PA-ya yeni təyinatı onun üçün daxili işlər naziri vəzifəsinə tramplin rolunu oynaya bilər. Lakin burda PA-nın rəhbəri Ramiz Mehdiyev faktoru dayanır. Təbii ki, Ramiz Mehdiyev də artıq nəzarətə götürülüb. Dövlət başçısı İlham Əliyevin Ramiz Mehdiyevə yeni müavinlər təyin etməsi bunu deməyə əsas verir. Ehtimal etsək ki, Ramiz Mehdiyev yaxın gələcəkdə yola salınacaq, onda Ramil Usubovun da uzun müddət vəzifədə qala biləcəyi mümkün olmayacaq. Elə hakimiyyətdə də Məhərrəm Əliyevin Ramil Usubovun yerinə hazırlandığını düşünənlər var. Bu qənaətdə olanlar hesab edir ki, Ramiz Mehdiyev yola salınacağı təqdirdə onun komandasına sarsıdıcı zərbələrin endiriləcəyi istina deyil. Elə bu baxımdan Ramil Usubovun DİN-də qalması "yuxarılar"ı qane etməyəcək. Ona görə də DİN rəhbərinin əvəzlənməsi qərarına gəlinib. Burda Ramil Usubovdan başqa PA rəhbərinin komandasına daxil olan qurupların da vurulacağı gözləniləndir. Sadəcə prosesin mərhələ-mərhələ həyata keçirilməsi nəzərdə tutulub. Məhərrəm Əliyevin namizədliyinin necə meydana çıxmasına gəlincə, mənbə bildirir ki, Məhərrəm Əliyevin namizədliyini hakim ailəyə yaxın şəxslər tərəfindən irəli sürülüb.
Hər bir halda Məhərrəm Əliyevin nazir postuna gətirilməsi xəbəri doğrudursa, deməli, bunun arxasında hansısa ciddi məqsədlər var.

Fuad
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeni təyinatların sirri

    Yeni təyinatların sirri ...

    7-12-2012, 11:50

  • 
  • Yeni təyinatların sirri

    Yeni təyinatların sirri ...

    7-12-2012, 11:53

  • 
  • Zeynal Nağdəliyev: "30 minə yaxın iş yeri müəyyənləşib"

    Zeynal Nağdəliyev: "30 minə yaxın iş yeri ...

    4-02-2016, 20:27

  • 
  • «Azpetrol»da işçiləri döyən şəxs generalın və deputatın qohumu çıxdı

    «Azpetrol»da işçiləri döyən şəxs generalın və ...

    27-01-2016, 20:33

  • 
  • Hakimiyyət yeni komandanın əlində

    Hakimiyyət yeni komandanın əlində ...

    8-12-2012, 09:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu