Vətəndaşlar “Azal”da qoçu dəstəsiniin “polad ələmdar”indan şikayət edirlər
gundemxeber.az “Azal” Hava Yollarında qoçu peyda olub. Bu barədə redaksiyamıza şikayət məktubu daxil olub. Bildirək ki, şikayət məktubunda olduqca ilginc məqamlar açıqlanıb. Məlumatda deyilir ki, özünü məşhur serial qəhrəmanı Polad Ələmdara bənzədən Tərlan Poladov adlı bu şəxs şirkətin sərnişindaşıma GHC-nin əməkdaşıdır və daxili uçuş terminalında xidmət edir. Şikayət edən şəxsin bildirdiyinə görə, adı çəkilən şəxs uzun müddətdir “Azal” sərnişinlərini boğaza yığıb. Bİldirilir ki, sərnişinlərlə həddən artıq kobud davranan, onlara qarşı nalayiq ifadələr deməkdən belə çəkinməyən bu şəxsə gözün üstə qaşın var deyən yoxdur. Şikayətçinin sözlərinə görə, hətta bir çox sərnişinlər terminalda bu şəxsi görməmək üçün Bakıdan Gəncəyə maşınla getməyi üstün tuturlar. Bununla bağlı redaksiyamıza məlumat verən şəxs dekabrın 6-da konkret özünün müşahidə etdiyi hadisə barədə yazıb. Şikayətçi bildirir ki, dekabrın 6-da J2 239 nömrəli Bakı-Gəncə reysində T.Poladov bir şəxsə qarşı həddən artıq aqressiv münasibət sərgiləyib. Sərnişin ön sıralarda yer istəsə də, T.Poladov onun üstünə çığıraraq (hətta bağıraraq), “yer yoxdur” deyib. Halbuki həmin uçuşda ön sıralar boş olub. Sərnişinin T.Poladova özünü mədəni aparması xəbərdarlığından sonra isə o, daha da çoşub və sərnişinin üstünmə hücum çəkib. Şikayətçi bildirir ki, iş yoldaşlarının müdaxiləsi olmasaydı, yəqin ki, həmin qoçu ordakı sərnişinə xəsarət yetirəcəkdi. Maraqlısı budur ki, T.Poladovun xidmət rəisi Rövşən Abıyev hadisə baş verən zaman səs-küyə gəlib, baş verənlərə şahid olsa da, öz qoçu işçisinə heç nə deməyib. Hətta sərnişinə bildirib ki, o, öz işçisini sona qədər müdafiə edəcək. Hətta bildirib ki, nə etsə də, Tərlanı işdən azad edən deyil, o, pul verib işə düzəlib. Əldə etdiyimiz məlumata görə, artıq “Azal” şirkətinin yuxarı səviyyədə rəhbərliyinin də bu qoçu işçinin əməlləri barədə məlumatı var və onun hökmən qanun çərçivəsində cəzalandırılmasına hazırlaşılır. Onu da bildirək ki, bu cür qoçuların vaxtında cəzalandırılması gələcəkdə bu kimi halların baş verməsinin də qarşısını almağa kömək edir. Biz də mətbu orqan olaraq, ümid edirik ki, “Azal” rəhbərliyi həmin qoçunu cəzalandıracaq. Əks təqdirdə, onun elə konsern rəhbərliyi tərəfindən himayə olunduğu fikri yaranacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?