AZAL yanacağın qiymətinin artması ilə əlaqədar yanvarın 15-dən etibarən sərnişinlərdən yanacağa görə əlavə haqq yığmağa başlayıb.Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.
“Tarif Şurasının yanacağın qiymətini artırması ilə bağlı AZAL reyslərin rentabelliliyini saxlamaq üçün uçuş məsafəsindən asılı olaraq yanacağa görə əlavə haqq yığmağa başlayıb. Bu haqq ekonom-klass paketi ilə uçan sərnişinlər üçün 12 avro, biznes-klass paketi ilə uçanlar üçünsə 18 avro təşkil edir” - deyə AZAL rəsmisi bildirib.
M.Səfərli deyib ki, aviareyslərdə tariflər əvvəlki kimi qalır. Yəni yanacağa görə bahalaşma biletlərin qiymətinə daxil deyil.
“Yanacağa görə əlavə pul yığımını bir çox aviaşirkətlər tətbiq edir. Bu, ümumi qəbul edilmiş praktikadır” - deyə M.Səfərli bildirib.
AZAL rəsmisi bu yığımın tətbiqindən sonra aviareyslərin hər halda bahalaşdığını etiraf edib.
Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov isə deyib ki, AZAL yanacağa görə yuxarıda göstərilən məbləğlərdə yığımı 2 saatdan uzun çəkən reyslərdə tətbiq edir. 2 saatdan az çəkən reyslər isə cəmi ikidir - Tehrana və Tiflisə. Əgər reys 2 saatdan uzun çəkirsə, sərnişinlərdən yanacağa görə ekonom-klass üçün 18 avro, biznes-klass üçün 27 avro alınır.
Bunun adının nə qoyulmasından asılı olmayaraq nəticə dəyişmir: sərnişin əvvəlkindən baha uçur...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?