İİR-nin Azərbaycandakı səfiri ölkəsinin mövqeyindən danışdı İranda keçirilən prezident seçkilərinə bu ölkənin Azərbaycandakı səfiri Möhsün Pakayin də münasibət bildirib. O, bu seçkilərin dünyaya nümunə olacağını deyib: “Cənab Ruhani İran siyasətini yaxşı bilir. Xarici siyasətimizdə Azərbaycanla münasibətlərə böyük əhəmiyyət veririk. Azərbaycanla xüsusi münasibətlərimiz olmalıdır. Düşünürəm ki, qonşu ölkələrlə yaxşı münasibətlər ölkəmizi təhlükəsizlik baxımından qorumuş olacaq. Gələcəkdə İranın həm xarici, həm də daxili siyasətində müsbət irəliləyişlərin şahidi olacağıq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?