Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədr ölkələrin bəyanatında Azərbaycanın mövqeyi öz əksini tapır
Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədr ölkələrin bəyanatında Azərbaycanın mövqeyi öz əksini tapır. Trend-in məlumatına görə, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çərşənbə günü mətbuat konfransında bildirib.
O bildirib ki, Azərbaycanın mövqeyi pragamtikliyi ilə seçilir. Azərbaycan münqaişənin ədalətli həllini dəfələrlə vurğulayıb və bu həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Ədalətin bərpası işğal olunmuş ərazilərin qaytarilmasi və qaçqinlarin oz torpağlarına qayitmasıdır:
"Həmsədr ölkələrin prezidenləri tamamilə düz buyurublar ki, hərbi gücdən istifadə qarşıdurma və qeyri-stabilliyin yaradilmasına səbəb olur. Bunun qarşını almaq üşün Azərbaycan torpaqları geri qaytarilmali və Ermənistanın silahlı qüvvələri Azərbycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Gücdən istifadə etməmək prinsipi Ermınistan tərəfindən pozulub və bunun da nəticəsi Azərbaycanın torpaqlarının işğalıdır".
Abdullayev bildirib ki, "əgər biz gələcəkdə sülh şəraitində bir region qurmaq istəyiriksə, Ermınistan öz işğalçı siyasətindən əl çəkməlidir. Ermənistanın hazırkı siyasəti regionda təhlükəsizliyi təhdid altında saxlayır. Azərbaycan tərəfi dəfələrlə münaqişənin yol xəritəsi əsasında həllini tələb edib. Bu da danışıqlarda öz əksini tapin. Təəsüflər olsun ki, Ermənistan Azərbyacanın və həmsədr ölkələrin təkliflərini rədd edir və bunun əsas göstəricisi kimi, Ermənistan tərəfinin uzun müddət ərzində həmsədrlərin təklif etdiyi yenilənmiş Madrid prinsiplərinin qəbul etməməsidir. Bu səbəbdən də yüksəksəviyyəli görüşlərdə irəliləyişlər əldə olunmayıb. Azərbaycan tərəfi isə həmsədlərin ilk gündən təklif etdiyi yenilənmiş Madrid prinsiplərini nəzərdən keçirdi və qəbul etdiyini vurğuladı. Həmsədrlərin fəaliyyətinə baxmayaraq, münaqişə hələ öz həllini tapmayib. Minsk qrupunun həmsədrləri Ermənistana təzyiqlərinin artırmalıdırlar ki, münaqişə öz həllini tapsın. Azərbaycan cəmiyyəti vasitəçilik fəaliyyətindən narahatdir.
Abdullayev qeyd edib ki, "hüquqları pozulan Azərbaycan xalqıdır, belə ki, 1 milyona yaxın insan qaçqındır. Ermənistanın davam edən işğalı səbəbindən ilk baxışdan regionda bu gün tam müharibə şəraiti mövcuddur. Ermənistan öz işğalçı siyasətindən əl çəkmiyincə, regionun təhlükəsizliyi təhdid altında olacaq".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?